Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

AYB-də tövbə testi, Murad Köhnəqalanın allahla münasibətləri... (Lətifələr)


Komplekssiz Seymur Baycan... yəqin yaşlı nəsildən olan bir çox yazarlar belə şəklinin yayılmasını istəməz
Komplekssiz Seymur Baycan... yəqin yaşlı nəsildən olan bir çox yazarlar belə şəklinin yayılmasını istəməz
-

"250plyus" satirik şousu xüsusi olaraq "Oxu zalı" üçün


QƏLƏM ƏHLİ HAQDA LƏTİFƏLƏR


Murad Köhnəqala işə gecikir, təzə aldığı maşını saxlamaq üçün redaksiyanın qabağında yer tapa bilmır. Əlacsızlıqdan üzünü göylərə tutub deyir:
- İlahi, burda bir "parkovka" yeri tapmağa kömək ol, içməyi də, siqareti də atacam, daha şeyxülislama həcv yazmayacam, hər cümə günü də məscidə gedib namaz qılacam.
Elə bu zaman möcüzəli şəkildə bir "parkovka" yeri peyda olur.
Murad Köhnəqala yenə üzünü göylərə tutur:
- Vsyo, özüm tapdım, lazım deyil.

***

Azərbaycan islamçılar hakimiyyətə gəlirlər.
Uşaqdan-böyüyə hamını, o cümlədən yazıçıları "İslamın əsasları" fənnindən imtahan verməyə məcbur edirlər.
Molla sinfə girib deyir:
- Kim "4", yaxud "5" alsa, cənnətə düşəcək, kim "2", yaxud "3" alsa, cəhənnəmə.
Birinci partada oturan Günel Mövlud özünü saxlaya bilmir:
- Başa düşmədim, imtahandan sağ çıxmaq variantı yoxdu?

***

Seymur Baycan axır ki evlənir. Yatmamışdan qabaq oğluna "Qurd və 7 çəpiş" nağılını danışır.
Uşaq qurdun çəpişləri bir-bir yeməsinə görə qətiyyən halını pozmayıb axırda soruşur:
- Bəs bu çəpişlərin kazyol atası hardaydı?

***

Şərif Ağayar Yazıçılar Birliyinə müxalif olmaqdan bezib yenidən üzvlük üçün müraciət edir.

AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu deyir ki, Anar müəllim heç kəsi elə-belə bağışlamır, tövbə edənlər İQ testindən keçməlidirlər:

- 1-cu sual: Zürafəni "xaladenik"ə necə soxmalı?

Şərif Ağayar gözünü döyür.

- Düzgün cavab: "Xaladenik"in qapısını açmalı, zürafəni içəri soxmalı və qapını bağlamalı. 2-ci sual: Fili "xaladenik"ə necə soxmalı?

Şərif Ağayar bu dəfə dərhal cavab verir:

- "Xaladenik"in qapısını açmalı, fili içəri soxmalı və qapını bağlamalı.

- Yox. Düzgün cavab belədir: "Xaladenik"in qapısını açmalı, zürafəni çıxarmalı, fili içəri soxmalı və qapını bağlamalı. 3-cü sual: Şir meşədəki bütün heyvanları iclasa çağırır, yalnız bir heyvan gəlmir. O hansı heyvandır?

Şərif Ağayar düşünür ki, şirin çağırışına gəlməməyə yəqin ancaq pələngin cürəti çatar.

AYB-də yeyib-içmək mərasimi, lətifənin yeri var...
AYB-də yeyib-içmək mərasimi, lətifənin yeri var...
- Yox, bu, fildi. Axı o "xaladenik"dədi. Və sonuncu şans: dördüncü sual: Çay timsahla doludu, siz isə o taya keçməlisiz. Necə keçərsiz?

Şərif Ağayar qayıdır ki, əgər çayın üstündə körpü varsa, körpüylə, sahildə qayıq varsa, qayıqla...

- Təəssüf... Yenə səhv cavab... Çayı üzüb keçmək olar. Axı bütün timsahlar şirin çağırdığı iclasa gediblər...

***

Vaqif Səmədoğlu Hüseyn Arif haqda

Bir dəfə də ova getmişdik. Ovçular sübh səhər tezdən, ən uzağı saat 5-də ova gedəcəkdilər deyə tez uzandılar. Hava soyuq idi. Ona görə pəncərələrin dal taxtalarını bağladılar. Çarpayı az olduğundan döşəmədə, gəbənin üstündə yorğan-döşək töküb yer saldılar. Hüseyn Arifə də dedilər ki çarpayıda yat. O isə “bura yaxşıdır” deyib hamıdan əvvəl gurhagur yanan sobanın yanındakı döşəyin üstünə uzandı. Yoldaşlar dedilər ki, “pəncərənin yanında yatma, soyuq olar”, Hüseyn inadından dönmədi. Bir də gördük gecədən xeyli keçmiş ovçulardan biri oyanıb, Hüseyni səsləyir.
- A şair, zəhmət olmasa, pəncərənin taxtasını arala, bax, gör işıqlaşmır ki, sonra yatıb qalarıq.
Hüseyn taxtanı aralayıb baxır.
- Yox hələ qaranlıxdı, yıxıl yat. İşıqlaşan kimi özüm sizi qaldırajam.
Aradan bir az keçir, yenə kimsə oyanır.
- A şair, başına dönüm, bax, gör işıqlaşmır ki?
Hüseyn taxtanı aralayıb baxır və sakitcə cavab verir.
- Yox, hələ. Yıxıl yat, işıqlaşanda özüm qaldırajam.
Hüseyn yenidən bürünüb yorğanın altında büzüşür.
Nə qədər mürgülədiyindən xəbəri olmur. Səs-küyə oyanır və tez taxtanı aralayıb baxır.
- Ə, nə hay-haray salıfsız, görmürsünüz hələ qaranlıxdı?
- A şair, deyəsən elə bütün gecəni pəncərələrin taxtası ilə paltar şkafının qapısını dolaşıq salıbsan.
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
- Elə şey olmaz, -deyə Hüseyn Arif təəccüblənir və başa düşür ki, gecə pəncərə əvəzinə başını şkafın içinə salıb, baxırmış. Tez ayağa durub paltarlarını geyinir.
Qəh-qəhə çəkən yoldaşlarının yanında özünü sındırmır.
- Qarışıq salmayıb, neyləsin, taxtalar bir-birinə oxşayır. Di, tez olun gedək.
Hava isə çoxdan işıqlanmışdı.

(modern.az)

* * *

Bir gün "Oxu zalı"nın redaktoru Rövşən Qəmbərovla "525-ci qəzet"in redaktor müavini Seyfəddin Hüseynli "Mağara" kafesində yaxşı yeyib-içəndən sonra kefləri "99" vəziyyətində meşənin qırağı ilə evə qayıdırlar.

Birdən qabaqlarına bir bomj çıxır, məzələnmək üçün buna bir-iki şillə, təpik vurub yollarına davam edirlər.

Bir az gedirlər. bu dəfə qabaqlarına bir ayı çıxır. Ayıya da tarapp bir qapaz, tarapp bir təpik, şil-küt edib yenə yollarına davam edirlər.

Biri-o birisinə qayıdır ki, ə, birinci qabağımıza çıxan kimiydisə, mal-mağmının biriydi, amma o ikinci dublyonkalı kimiydisə, əclaf yaman müqavimət göstərirdi.

ardı aprelin 1-də
XS
SM
MD
LG