Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:33

İsmayıllının icra başçısı: «Hansısa qeyri-sağlam qüvvələr onları mənim evimə yönəldib»


Nizami Ələkbərov
Nizami Ələkbərov
-

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov yanvarın 24-də «Media forum» saytına müsahibə verib.

- İki nəfər şəxs arasında insident yaranıb, onların maşınları toqquşub. Daha sonra isə hadisələr xoşagəlməz istiqamətdə davam edib. Amma indi, şükür Allaha, hər şey normaldır. Rayonda hər şey öz axarında davam edir. Rayon rəhbərliyi də rayondadır, hər şey öz qaydasındadır.

- Nizami müəllim, həmin şəxslər kimlərdir? Adları sizə bəllidirmi?

- Hazırda istintaq gedir. Məsələni istintaq qurumları araşdırır, ona görə də biz dəqiq deyə bilmərik. Otelin meneceri və daha bir nəfər başqa vətəndaş olub.

- Bu başqa vətəndaşın sizin qardaşınız oğlu olduğu deyilir.

- Qətiyyən, qətiyyən. Nə qardaş oğlu, nə də digər yaxınlıq var. Biri işçidir, digəri isə vətəndaşdır.

- Siz həmin şəxsləri tanıyırsınızmı?

- Yox, heç birini tanımıram.

- Onlar rayon sakinləri deyillər?

- Biri İsmayıllı sakinidir, otelin meneceri isə, deyəsən, Bakı sakinidir.

- Nizami müəllim, bəs nə üçün sonra sizin evə hücum olub? Rəsmi açıqlamada da belə göstərilir. Hətta sizin evin həyətində olan bir maşın da yanıb.

- Birinci otelə hücum olub, sonra isə hansısa qeyri-sağlam qüvvələr onları mənim evimə yönəldib.

- Sizin əmlakınız ziyan görübmü?

- Elə bir ciddi ziyan yoxdur. Pəncərə-qapı sınıb, heç bir şey yoxdur.

- Siz həmin vaxt evdə olmusunuzmu?

- Yox, evdə olmamışam. Başqa tədbir vardı, orda idim.

- Hazırda rayonda durum necədir? Bakıdan hadisəni araşdırmaq üçün hüquq mühafizə orqanlarının rəhbərlərindən orda olan varmı? Durum necədir?

- Durum normaldır, mən özüm də rayondayam, səhər çıxıb rayonun mərkəzində gəzdim, bazar tərəfə getdim, sakitlikdir, hər şey qaydasındadır.

- Hazırda insanların etirazı yoxdur, eləmi?

- Yox, yoxdur.

- Hadisə ilə bağlı saxlanılan varmı?

- Bilmirəm, mən dəqiq deyə bilmərəm.
XS
SM
MD
LG