Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Nazir müavini: «İcarə haqqının ödənilməsi heç kəsi vergidən azad etmir»


Binə Ticarət Mərkəzi aksiyadan 2 gün sonra
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Binə Ticarət Mərkəzi aksiyadan 2 gün sonra

-
«Sahibkar icarəçiyə icarə haqlarını ödəməklə yanaşı, eyni zamanda kassaya çek vurmalı və öz gəlirlərindən vergi ödəməlidir».

Bunu yanvarın 22-də keçirdiyi mətbuat konfransında Vergilər nazirinin 1-ci müavini Natiq Əmirov «Binə» Ticarət Mərkəzində sahibkarların etirazına münasibət bildirərkən deyib.

Natiq Əmirov «Binə» və «Sədərək» ticarət mərkəzlərində baş verənləri rəhbərliyin lazımı izahat verməməsi nəticəsində sahibkarlar arasında yaranan anlaşılmazlıq sayır.

«BİNƏ»DƏKİ SAHİBKARLAR NƏYƏ İNANMASINLAR?

Natiq Əmirov
Natiq Əmirov
«Bu məsələdə Vergilər Nazirliyinin mövqeyi qeyri-adi və ya kimin üçünsə qaranlıq olan bir mövqe deyil. Hər bir sahibkar, xüsusən pərakəndə satışla məşğul olursa, kassa aparatına çek vurmalı, öz dövriyyəsini açıqlayıb vergi orqanlarına təqdim etməli və yaranan vergiləri də ödəməlidir. Biz hər iki bazarda xidmət məntəqələri yaratmışıq. Həmin məntəqələrdə sahibkarların vergi uçotuna durmasına, bəyannamələrin tərtibinə, elektron hesabatlara yardım edilir».

Nazir müavini hesab edir ki, bazar rəhbərliyi sahibkarlardan alınan pula verginin də daxil olduğunu deyirsə, sahibkarlar buna inanmamalıdır:

«Burda bir yanlışlıq var. Vergi ödəmənin ünvanı dövlət büdcəsidir. Bizim saytımızda hər kəsin vergiləri hara ödədiyi aydın şəkildə göstərilib. Bu hesabdan kənar hər hansı ödəniş vergi deyil. Bunu sahibkar bilməlidir. İcarəni də bağlayanda sahibkar bilməlidir ki, bu, icarə müqaviləsidir. Vergi yalnız vergi orqanlarına bəyannamə təqdim olunmaqla ödənilir».

«Binə» Ticarət Mərkəzində aksiya
«Binə» Ticarət Mərkəzində aksiya
«Binə» Ticarət Mərkəzində çalışan satıcılar icarə haqlarının yenidən qaldırılması və kassa aparatlarının quraşdırılmasına etiraz olaraq yanvarın 19-da etiraz aksiyası keçiriblər. Narazı sahibkarlar Salyan-Ələt yolunu bağlamağa cəhd ediblər. Bir az sonra polis aksiyanın qarşısını alıb. 10 sahibkar barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN AzTV VƏ İTV NƏ QƏDƏR VERGİ ÖDƏYİR?

AzadlıqRadiosunun «Dövlət büdcəsindən maliyyələşən AzTV və İTV ilboyu nə qədər vergi ödəyir» sualına Natiq Əmirov belə cavab verib:

«Vergiödəyicilərinin ödədiyi vergi məbləğləri onların kommersiya sirridir və yalnız onların özlərinin razılığı ilə açıla bilər».

Media eksperti Ələsgər Məmmədli isə deyir ki, hər iki televiziyanın vergi ödəmələri ilə bağlı məlumatları tam açıq olmalıdır:

««İnformasiya əldə etmək haqqında» qanunun 29-cu maddəsinə əsasən, dövlət büdcəsindən bütün xərcləmələr nəyin ki açıqlanmalıdır, hətta internet səhifəsində yerləşdirilməlidir».
XS
SM
MD
LG