Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Gürcüstanda yeni "video-bomba" partladı


Gürcüstan prezidenti Mikheil Saakashvili
Gürcüstan prezidenti Mikheil Saakashvili
-
Gürcüstan prokurorluğu Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxslərini tanınmış ictimai fiqurların homoseksuallarla yataq səhnələrini çəkib sonradan onları şantaj etməkdə suçlayıb.

İttihama görə, keçmiş vəzifəli şəxslər videolardan istifadə edərək həmin ictimai fiqurlardan həm pul qoparıblar, həm də onları təhlükəsizlik orqanları ilə əməkdaşlığa məcbur ediblər.

Bəzi hallarda isə onları şantaj edərək prezident Saakaşvili və onun partiyasını tərifləməyə vadar ediblər.

Baş prokuror Arçil Kbilaşvili deyib ki, onlar keçmiş hökumətin ölkəni nəinki qanunları pozaraq, hətta cəmiyyətin əsaslandığı mənəvi dəyərləri də tapdalayaq idarə etdiyini göstərmək istəyirlər.

Kbilaşvili əvvəlki hökumətin belə metodlardan “sistemli şəkildə” istifadə etdiyini deyib.
İttihamları əsaslandırmaq üçün prokurorluq bir neçə seks videosunu (qurbanların üzünü göstərməyərək) açıqlayıb.

Həmin videoları bəzi telekanallar da yayımlayıb.

Güman edilir ki, onlarla belə video var.

Prokurorluğun yaydığı seks videosundan kadr
Prokurorluğun yaydığı seks videosundan kadr
Prokurorluq bildirir ki, 3 keçmiş vəzifəli şəxs bu məsələ ilə bağlı saxlanıb və hələ ki zaminə buraxılıblar.

Onlar bu videoların çəkilməsi üçün homoseksualları əməkdaşlığa cəlb etməkdə, imtina edərlərsə, onların kimliyini cəmiyyətə açıqlamaqla hədələməkdə suçlanırlar.

Həmin şəxslərin homoseksual olduğu güman edilən ictimai fiqurlarla tanış olaraq onları gizli kameraların quraşdırıldığı mənzillərə cəlb etdiyi deyilir.

Əgər bu iddialar təsdiqlənərsə, partiyası iqtidardan salınsa da, özü prezident kimi qalan Saakaşviliyə böyük zərbə olacaq.

Ötən ilin payızında parlament seçkiləri ərəfəsində yayımlanan video faktiki olaraq onun partiyasının məğlubiyyətinə səbəb olmuşdu.

Həmin videoda türmədə məhkumların zorlandığı əks olunmuşdu.

Saakaşvili seks videolarının çəkilməsi ilə heç bir əlaqəsinin olmadığını bildirib.

O deyib ki, tezliklə şəxsi həyatın qorunması ilə bağlı parlamentə yeni qanun layihəsi təklif edəcək.
XS
SM
MD
LG