Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Sosial şəbəkələrdə «Əsgər ölümlərinə «dur» deyək» kampaniyası başlayıb


Əsgər Ceyhun Qubatov ölüb, yoxsa öldürülüb?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Əsgər Ceyhun Qubatov ölüb, yoxsa öldürülüb?

-

2012-ci ilin oktyabrında hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun ölüsünün fotoları «Azadlıq» qəzetində yayıldıqdan sonra etiraz aksiyaları başlayıb. Əsgərin anası Samirə Qubadovanın bildirdiyinə görə, oğlu hərbi hissədə döyülərək öldürülüb.

Sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciət yayılıb. Müraciətdə bildirilir ki, orduda əsgər ölümlərinə diqqət ayrılmalı, problem təcili şəkildə həllini tapmalıdır.

Sözügedən olay bir qrup gəncin sosial şəbəkələrdə «Əsgər ölümlərinə «dur» deyək» kampaniyası başlatmasına da səbəb olub. Həmin gənclər yanvarın 12-də paytaxtın Fəvvarələr Meydanında aksiya keçirməyi də planlaşdırıblar. Aksiyaya çağırışda yazılıb:

«Atəşkəs şəraitində yaşamağımıza baxmayaraq hər həftə əsgər ölümü xəbərləri eşidirik! Ölümlərə səbəb olanlar cəzalandırılmır. Əgər biz bu haqsızlığa DUR deməsək heç kim deməyəcək!».

Sosial şəbəkələrdə etiraz kampaniyasını dəstəkləyənlərin sayı 7 mini ötüb.

Ceyhun Qubadovun ölümü ilə bağlı isə Respublika Hərbi Prokurorluğunda cinayət işi açılıb.
XS
SM
MD
LG