Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

2012-ci ildə Azərbaycan ordusu 97 itki verib


Foto: Arxiv
Foto: Arxiv
-
Yanvarın 8-də «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2012-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda apardığı monitorinqin nəticələrini açıqlayıb. Nəticələrə görə, 2012-ci ildə Azərbaycan ordusu 97 itki verib, 91 nəfər yaralanıb.

Səbəblər Say
Qeyri-nizamnamə hadisələri (ehtiyatsızlıq) 19
İntiharlar 19
Avtomobil qəzaları 16
Bədbəxt hadisələr 8
Erməni hərbçisinin gülləsi 16
Mina və sursat partlayışı 3
Xəstəliklər (zəhərlənmə) 14
Müəmmalı və ya naməlum ölümlər 1
əməliyyat tədbirləri zamanı 1
İtkilərin ümumi sayı 97
MN-84, DSX-6, DQ-4, MTN-2, SHXÇDX-1

Monitorinqlər zamanı 4 nəfərin ölüm səbəbini dəqiqləşdirmək mümkün olmayıb.

«Doktrina» Mərkəzinin Müdafiə naziri Səfər Əbiyevin adına ünvanladığı informasiya sorğusu cavablandırılmayıb.

2012-ci ildə ümumilikdə 91 nəfər yaralanıb və ya xəsarət alıb.

Səbəblər Say
Qeyri-nizamnamə hadisələri (o cümlədən ehtiyatsızlıq) 16
İntihar cəhdləri 2
Avtomobil qəzaları 37
Bədbəxt hadisələr (yanğın, yıxılma, donvurma, beton düşmə, əqrəb sancma, yanma) 8
Erməni hərbçisinin gülləsi 13
Mina partlayışı 11
Xəstəlik 1
Əməliyyat tədbirləri 3
Yaralananların (xəsarət alanlar) ümumi sayı 91
MN-84, MTN-4, DQ-1, DSX-1, FHN-1

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2003-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və yaralıları haqda məlumatları da açıqlayıb. 9 ildə Azərbaycan ən azı 647 hərbi qulluqçu itirib.

Səbəblər \ illər 2012 2011 2010 2009 2008 2003
Qeyri nizamnamə hadisələri 19 17 16 18 10 10
İntiharlar 19 12 9 5 11 8
Avtomobil və təyyarə qəzalar 16 17 15 10 6 1
Bədbəxt hadisələr 8 17 1 7 14 5
Erməni hərbçisinin gülləsi 16 13 16 8 18 16
Mina partlayışı 3 1 1 3 - 7
Xəstəliklər (zəhərlənmə) 14 12 7 8 7 7
Müəmmalı və ya naməlum ölümlər 1 9 5 4 3 3
əməliyyat tədbirləri zamanı 1 1 1 1 3 -
İtkilərin ümumi sayı 97 99 71 64 72 57
Yaralananlar(xəsarət alanlar) 91 102 71 41 55 35


«Doktrina» Mərkəzi bu hesabatı KİV-də yayılmış məlumatlar əsasında hazırlayıb.
XS
SM
MD
LG