Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Gülər Əhmədova: «Hələ ki, dözürük!»


Gülər Əhmədova
Gülər Əhmədova
-

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin açıqlamalarında və eləcə də, rüşvət sövdələşməsi videolarında tez-tez adı hallanan və bu səbəbdən Yeni Azərbaycan Partiyası sıralarından çıxarılan keçmiş millət vəkili Gülər Əhmədova «Amerikanın səsi»nə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə əlaqələrinə aydınlıq gətirib. O, habelə istintaqın gedişi, Türkiyədə vəfat edən Sevinc Babayevanın oğlunun ittihamları, ev dustaqlığı barədə dolaşan məlumatlardan danışıb.

Müsahibəni təqdim edirik:

- Elşad Abdullayev yaydığı videolarda sizi rüşvət almaqda ittiham edir.

- Elşad Abdullayevin dedikləri hər bir şeylə bağlı istintaq öz işinə başlayıb və güman edirəm ki, istintaqın sonunda onun bütün dediklərinə qiymət veriləcək.

- İstintaqın gedişindən razısınızmı?

- İstintaqın, vallah, gedişindən razı olub-olmamağı başa düşmürəm, amma hər halda istintaq altında olmaq xoşagəlməz prosedurdur. Hələ ki, dözürük!

- Mətbuat yazır ki, siz ev dustaqlığındasınız...

- Yox, o düz deyil, deməli, yanlışlıq olmuşdur, yanlışlıqdır.

- Yəni, faktiki olaraq, ev dustaqlığında deyilsiniz, Baş Prokurorluqdan bu barədə açıqlama gəlib ki, belə bir şey yoxdur.

- Gəlibdir, bəli. Yanlışlıq olmuşdu.

- Səhhətinizlə bağlı nə deyə bilərsiniz?

- Normaldı. Yəni belə bir qorxulu bir şey yoxdur.

- Sevinc Babayevanın oğlu sizi anasının öldürülməsində ittiham edir, buna necə cavab verərdiniz?

- Bu sualla müraciət eləsinlər istintaqa, yoxlasınlar, baxsınlar da. Cavan uşaqdır da, danışır da.

- Elşad Abdullayev videoların çoxunda sizinlə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev arasında əlaqələrdən danışır. Sizin Ramiz Mehdiyevlə nə kimi əlaqələriniz var?

- Bizim normal, işgüzar, yəni bütün insanlarda olan, bir-birini tanıyan insanlarda olan normal münasibətimiz var. Amma mən onu tədbirdən-tədbirə görmüşəm. Əlaqələr var deyəndə deyə bilməzdim ki, çox da həddindən artıq mehriban və işçi əlaqələrimiz olub. Normal. Hamımızdan yaşca böyük adam olub, akademikimiz olubdur. Normal salam verib getmişik, salam verib gəlmişik. Belə bir münasibətimiz olub.
XS
SM
MD
LG