Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:30

Rüstəm İbrahimbəyovun kasasiya şikayəti təmin edilmədi


-
Dekabrın 4-də Ali Məhkəmədə kino xadimi Rüstəm İbrahimbəyovun Dövlət Neft Şirkətinə (ARDNŞ) qarşı kasasiya şikayətinə baxılıb.

Hakim Mehparə Əhmədovanın sədrlik etdiyi məhkəmə iddianı təmin etməyib.

R.İbrahimbəyovun vəkili Fuad Ağayev AzadlıqRadiosuna deyib ki, əslində bu nəticə gözlənilirdi:

«Mən çıxış etdim, Kasasiya şikayətinin dəlillərini detallarına qədər izah etdim. Neft Şirkətinin həmin əraziyə heç bir hüququ yoxdur. Onların istinad etdiyi Bakı Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 1962-ci il tarixli qərarı isə qüvvəsini çoxdan itirib».

F.Ağayev deyir ki, növbəti ünvan Avropa İnsan Hüquqları Məhkəməsidir.

R.İbrahimbəyovla Dövlət Neft Şirkəti arasındakı məhkəmə çəkişməsinə səbəb Bayılda kino kompleksinin tikintisi üçün ayrılan torpaq sahəsidir. Hər iki tərəf həmin ərazinin ona məxsus olduğunu bildirir.
XS
SM
MD
LG