Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:03

Fahişənin ölümü (Seçmə şeirlərdən)


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Hacıbala Səfərov


Fahişənin ölümü

hər gün yatmaq üçün girdiyin yatağa,
bir gün ölmək üçün girəcəksən.
yatağın xəbəri olmayacaq,
tanrının xəbəri olmayacaq,
yanındakı qadınının xəbəri olmayacaq,
sonra da tv-də operativ xəbərçi olduqlarını deyəcəklər,
amma yataqda intihar edənləri
heç kim intihar etmiş saymır nədənsə.


Müharibədəyik

daxilimizdə bir şəhər boyda tənhalıq var.
tərk edilmiş binalar,
solmuş çiçəkli bağçalar,
bombalanmış xəstəxanalar,
talan edilmiş uşaq evləri
və qaçırdılmış uşaqlar,
içində pişiklərin gizləndiyi maşınlar,
müxtəlif şüarlar yazılan divarlar var.
daxilimizdə müharibə şəraiti yaradıb,
özümüzsə mühacirət etmişik.

Durğu işarələri

üç nöqtə kimi
davam edir həyat,
sonluqlu, amma qeyri-müəyyən.
insanların boynuna asılmış
suallarla davam edir.
ya da valideynləri tərəfindən
deyilmiş əmr cümləsiylə davam edir,
sonunda nida işarəsi olan.
müəyyən bir çərçivədə
davam edir həyat-
doğuldum, iməklədim, yeridim,
danışdım, qaçdım, oxudum,
yazdım, sevdim, ayrıldım,
ağladım, sevindim,
yenidən sevdim, evləndim
və s. və ilaxır şəklində davam edir.
hər vergüldən sonra
birini itirməklə davam edir.

bağışlayın, deyəsən davam etmir-
nöqtə.
XS
SM
MD
LG