Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Tolstoy: "Vətənpərvərlik ziyanlı hissdir, o, bütün vasitələrlə boğulmalı, məhv edilməlidir”


Lev Tolstoy
Lev Tolstoy
-


Rus yazıçısı Lev Tolstoyun bir çox mübahisəli fikirləri var. Onlardan biri də vətənpərvərlik haqdadır. Tolstoyun 1900-cü ildə yazdığı “Vətənpərvərlik və hökumət” məqaləsindən seçmələr:


“Mən bu barədə fikrimi artıq bir neçə dəfə bildirməli olmuşam: vətənpərvərlik bizim dövrümüzdə qeyri-təbii, sağlam düşüncəyə zidd, ziyanlı, bəşəriyyətin əziyyət çəkdiyi bəlaların böyük hissəsinin kökündə dayanan bir hissdir.

Buna görə də bu hiss, indi edildiyi kimi, aşılana, tərbiyə edilə bilməz, əksinə o, ağıllı adamların əli çatan bütün mümkün vasitələrlə boğulmalı, məhv edilməlidir.

Amma təzada baxın ki, kütləvi silahlanma və müharibələrlə xalqın müflisliyi arasında bağlılıq aydın və təkzibedilməz bir fakt olduğu halda, mənim vətənpərvərliyin yersizliyi və ziyanı barədə arqumentlərim ya sükutla qarşılanır, ya qəsdən anlamazlıq nümayiş etdirilir, ya da həmişəki qəribə etirazlara tuş gəlir:

Deyilir ki, yalnız pis vətənpərvərlik, cinqoizm, şovinizm ziyanlıdır, əsl vətənpərvərliksə yüksək mənəvi hissdir və onu pisləmək nəinki olmaz, hətta bu, cinayətdir.

Amma həmin o əsl, yaxşı vətənpərvərliyin nədən ibarət olması ya izah edilmir, ya izah əvəzinə gəlişigözəl sözlər söylənir, ya da vətənpərvərlik məfhumuna vətənpərvərliklə heç bir əlaqəsi olmayan, hamımızın bildiyimiz və olmazın əziyyətlər çəkdiyimiz mənalar sığışdırılır...

Onlar deyirlər ki, hər bir xalqın özəməxsusluğu bəşəriyyətin tərəqqisi üçün vacib şərtdir və buna görə də həmin özünəməxsusluqları yaşadan və qoruyan vətənpərvərlik yaxşı və faydalı hissdir. Amma məgər aydın deyilmi ki, əgər bir zamanlar hər bir xalqın bu özünəməxsusluqları, ənənələri, inancları, dili bəşəriyyətin mövcudluğu üçün vacib şərt idisə, bizim dövrümüzdə həmin özünəməxsusluqlar xalqların qardaşcasına birliyi idealının gerçəkləşməsi qarşısında maneəyə çevrilib.

Ona görə də rus, alman, fransız, anqlosakson xalqlarının özünəməxsusluqlarının dəstəklənməsi və qorunması nəinki macar, polyak, irland xalqlarının, hətta bask, provansal, mordov, çuvaş və çoxlu sayda başqa xalqların ozünəməxsusluqlarının da eyni
Russia -- Rus rəssamı Konstantin Makovskinin "Bolqarıstanın şəhid qızları" rəsmi. 1877-ci ildə çəkilib. Həmin il Rusiya İmperiyası Türkiyəyə müharibə elan etməsini həm də Balkandakı slavyan xalqlarının müdafiəsinin vacibliyi arqumenti ilə əsasıandırılırdı.
Russia -- Rus rəssamı Konstantin Makovskinin "Bolqarıstanın şəhid qızları" rəsmi. 1877-ci ildə çəkilib. Həmin il Rusiya İmperiyası Türkiyəyə müharibə elan etməsini həm də Balkandakı slavyan xalqlarının müdafiəsinin vacibliyi arqumenti ilə əsasıandırılırdı.
qaydada dəstəklənməsi və qorunmasını doğurur. Bu isə insanların nəinki yaxınlaşmasına və birliyinə xidmət edir, əksinə onları yadlaşdırır, parçalayır”.

Tolstoy öz dövrünün adamlarının çoxunun ziyanlı vətənpərvərliyin təsiri altında oduğunu düşünürdü.

Onun fikrincə, mənəvi nemətləri yalnız öz xalqına arzulamaq, öz xalqını və dövlətini başqalarından üstün saymaq, öz dövlətinin daha zəngin, daha qüdrətli olmasını arzulamaq düzgün deyil. Çünki adətən həmin rifah və qüdrət başqa xalq və dövlətlərə vurulan ziyan hesabına təmin edilir.

Yazıçı düşünür ki, öz xalqına məhəbbət və düşmənlərə nifrət şəklində olan vətənpərvərlik qədim insanlara xas xüsusiyyət idi. O zamanlar ki, xalqlar öz rifahı üçün hücum edib başqa xalqları talana, soyğuna məruz qoyurdu. Düşünmək olardı ki, bəşəriyyətin böyük nailiyyətlər qazandığı bir vaxtda belə vaxtı keçmiş, köhnə ideyalar artıq ortadan çıxacaq, amma əksinə daha da qızışdırılır. Buna təəssüflənən yazıçı qeyd edir ki, xalqlar nəinki dövlətlərini başqa ölkələrə, xalqlara hücum etməkdən çəkindirir, əksinə onları başqalarının torpaqlarını ələ keçirməyə sövq edir, işğala sevinir, onunla fəxr edirlər:

“Hətta böyük dövlətlərin hakimiyyəti altında yaşayan kiçik məzlum xalqlar, məsələn polyaklar, irlandlar, çexlər, finlər, ermənilər də hakim xalqın onları basqı altında saxlayan vətənpərvərliyinə reaksiya olaraq onları əzən həmən o vaxtı keçmiş, lazımsız, mənasız və ziyanlı vətənpərvərliyə elə yoluxublar ki, onların bütün fəaliyyəti buna yönəlib və onlar güclü xalqların vətənpərvərliyindən əziyyət çəkdikləri halda elə həmin vətənpərvərlik hissinə sarılaraq başqa kiçik xaqların başına onları fəth etmiş xalqların törətmiş olduqları və törətdiyi əməlləri gətirməyə hazırdırlar”.

Tolstoy düşünür ki, belə vəziyyət ona görə yaranır ki, hökumətlər insanların vətənpərvərlik hisslərinin coşması hesabına hakimiyyətdə qala bilir, hərbçilərin rütbəsi vətənpərvərliyin nəticəsi olan müharibələrdə artır. Vətənpərvərlik hisslərinin coşması və müharibələr qəzetçilərə böyük qazanc gətirir. Bu, tacirlərə də sərfəlidir. Hər bir yazıçı, müəllim, professor vətənpərvərliyi nə qədər çox təbliğ edirsə, maliyyə vəziyyəti bir o qədər yaxşılaşır, hökumətdən çox sağ ol alır, hökmdarlar, imperatorlar təbəələrinin vətənpərvərlik hisslərinin coşması hesabına şöhrətə çatır.

Yazıçı qeyd edir ki, pul, məktəb, din, mətbuat hakim siniflərin əlindədir. Onlar məktəblərdə vətənpərvərlik hissini qızışdırmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Uşaqlara deyilir ki, onların xalqı başqalarından yaxşıdır, tarix boyu həmişə haqlı olub. Böyüklərdə də eyni hissi qızışdırırlar: dəbdəbəli mərasimlər, heykəllər, yalançı vətənpərvər mətbuat vasitəsilə.

Tolstoy Avropa xalqları arasında vətənpərvərlik hisslərinin qızışdırılaraq “son həddə çatdırıldığını” qeyd edir.
XS
SM
MD
LG