Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:32

Əyyub Qiyas "Ölüm" (Hekayə)


Əyyub Qiyas
Əyyub Qiyas
-

ÖLÜM

Pianonun dilləri onun barmaqlarını yandırırdı. O hiss edirdi ki, barmaqlarının ucu suluqlayıb, ancaq pianodan ayrıla bilmirdi.
-Sən orada baş- qulağımızı çox aparacaqsan?
- Hə ölənə kimi- bu sözləri öz aləmində əzabla ləzzətin arasında çırpınan barmaqlarının ağrısını canına çəkə- çəkə, ağızucu dedi. Arvadı başını bulayıb yan otağa keçdi…
… Pianonun içi yanırdı, suluqlamış barmanların ağrısı getdikcə çoxalır, onun canına hopurdu. Ağrılar artdıqca onun gözləri qızarır, göz qapanları daralırdı.
- Xəbərin var saatdan?
O heç nə eşitmirdi.
- Sənnənəm e, eşitmirsən?
Hiss elədi ki, kürəyinə tanış bir əl toxunub. Beyninin bapbalaca bir hissəsini həmin tanış əlin sahibəsinə ayırdı.
-Nə olub?
-Deyirəm ki, saatdan xəbərin var?- Qışqırdı.
-Nə olsun ki, mənim üçün fərqi yoxdur.
- Sənə nə var ki, qonum- qonşuynan mən üzləşirəm də, sən məni biabır eliyirsən də…Camaatın kişiləri…
-Qurtar, mane olursan mənə…
-Qapı döyülsə mən açmayacağam.
-Nümayəndə hey'ətinin tərkibində Cenevrəyə yola düşürlər. Pis deyil, amma təyyarə ilə uçmaqlarının əleyhinəyəm. Təyyarə qaçırmaq yaman dəb olub indi. Berlinə qar yağır… Təsəvvür eliyirsən? Bakıda gəzirlər… Dedin saat neçədir?
-Dördə işləyib.
-İşıqlı gözlərindən yuxu tökülə- tökülə Bakıda gəzən uşaqlar, sizə eşq olsun! Mən ömrümdə belə çalmamışam…
-Bəsdir daha… Səbrim tükəndi… Mən iki dəfə yatıb durmuşam, amma sən hələ də bu zəhrimarı dınqıldadırsan. Yandıracam bu zibili sabah.
-Yandıra bilməyəcəksən. İlahi! Gör necə çalıram!
-Barmaqların ağrımır sənin?
-Bilmirəm… Bircə onu bilirəm ki, indi okeanın ortasında tənha, balaca, kimsəsiz bir adayam…
-Mənsiz?
-Bilmirəm.
-Bəs sən nə bilirsən axı?
-Mən heç nə bil…
-Mən getdim üçüncü dəfə yatmağa. Bezmişəm daha, qurtar.
Pianonun qapağını çırpdı. Onunsa barmaqları sanki dəmirə dönmüşdü, bu ağrını da yavaş- yavaş canına çəkməyə başladı. Arvadı getdi yatmağa.
… İşıqlar yanmırdı, yox deyəsən lap yaxınlıqdan ağappaq bir işıq dəyirdi gözə. Közərirdi. Yox, bu işıq balaja deyildi, bu pianonun közərmiş dillərinin işığı idi, onun gözlərinə görünürdü. İlahi bu günkü kimi heç vaxt çalmamışdı. Heç vaxt. Kimsə əl çalırdı onun çalğısına, kimsə gül- çiçək dəstələri səpirdi onun başına, o da ehtiramla baş əyirdi. Pianonu çala- çala ifa etdiyi mahnının sözlərini pıçıldayırdı özüyçün:


Basdırın məni
günahlarımın dərinliyində…

Saat neçənisə vurdu. Küçədə maşınların səsi eşidilirdi yavaş- yavaş. O isə çalırdı. Barmaqlarının suluqları partlamışdı, barmaqları hər dəfə pianonun dillərinə dəyəndə nəsə isti bir maye ondan ayrılıb harasa toxunurdu.
Ağappaq bir işıq dolmuşdu otağa. Bu işıq haradan gəlirdi, bilinmirdi, amma heç bu dünyanın bənzəri yoxuydu.
… Səkkizinji sinifdə oxuyanda Leyla da ondan iki sinif yuxarıda, onunju sinifdə oxuyurdu. Günlərin birində başa düşdü ki, Leylanı sevir. Elə o andaja onu da başa düşdü ki, bu sevgi boş, mə'nasız bir axmaqlıqdır. Çünki Leylanı hər səhər dərsə gətirən və hər gün dərsdən apraran bir «Ciqulinin» sürüjüsünə nişanlamışdılar, özü də deyəsən Leyla da həmin oğlanı sevirdi.
Bir də anladı ki, otağı bürüyən bu ağ işıq həməl ağ «Ciquli»nin iişığıdır.
Telefon zəng çaldı, amma o heç nə eşitmirdi. Arvadı gözlərini ovuşdura- ovuşdura gəldi:
-Karsan, götür də…
O doğrudan da heç nə eşitmirdi.
-Hə mama mənəm…
… Beş yaşı olanda həyətlərindəki yellənjəkdə yellənirdi, özü də çox möhkəm yellənirdi. Yellənjək hər dəfə onu yuxarı qaldıranda ona elə gəlirdi ki, ulduzların qoynundadır. Birdən həmən ulduzların arasından balaja, ağappaq bir ulduz sürüşüb düşdü. Onun körpə qolları yellənjəkdən ayrıldı, yerə düşməkdə olan ulduzu göydəjə tutub yerinə qoydu. Gözlərini xəstəxanada anasının qolları üstünə açmışdı…
Fikrinə gəldi ki, yox, otağı bürüyən bu işıq həmən ağ ulduzun işığıdır.
…Pianonun dilləri ona azlıq edirdi, bə'zən barmaqları hava çalırdı. Hava boş- boş xarij səslər çıxarırdı. Bütün bədəni tər içində idi. Onun təri yavaş- yavaş otağa dolurdu. Bu vaxt arvadı yelkənli bir qayıqda üzə- üzə ona sarı gəldi.
- Saat səkkiz oldu, get yuyun,- deyib məhrəbanı onun çiyninə atdı.
O hiss elədi ki, son dərəjə qüvvətli bir ilan onu boğmaq istəyir. Barmaqları pianodan ayrılıb ilanla vuruşmağa başladı, bir xeyli vuruşdunqdan sonra ilanı boynundan açdı. Sonra otağa dolmuş suya kəllə vurub üzə- üzə hamamxanaya getdi, suyu açıb yuyunmağa başladı.
Saat yarımdan sonra bütün qonum- qonşu sevinirdi, sevinirdi ona görə ki, daha gejələrsəhərəjən bir köpəkoğlu piano çalıb onların yuxusuna haram qatmayajaqdı.
Arvadı da sevinirdi. Özü də deyəsən hamıdan çox sevinən o idi…

son
XS
SM
MD
LG