Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Filmdə Nəsiminin dilindən Allah haqda küçə səviyyəsində fikirlər...


Güntay Gəncalp
Güntay Gəncalp
-

Nəsimi və hürufi kimliyi üzərinə onlarca kitab, poema, roman yazıldı. Film çəkildi. Heç birinin isə, nə ədəbi, nə tarixi, nə də fəlsəfi dəyəri var idi.

Filmdə Nəsimi deyir: “Elmi və ədalətli şah ikiqat Allahdır...” Bu, sadəcə küçə sözü səviyəsində bir deyimdir...


Güntay Gəncalp


“NƏSİMİ" FİLMİ ÜZƏRİNƏ TƏNQİD

(ixtisarla)


Hürufilik həm doğuşu etibarı ilə antitürk hərəkət idi, həm də sovet ideolojisinə xidmət edəcək boyutda gərəkli idi.

İdeoloji nəzm yığını olan və estetik, şeirsəl dərinliyi olmayan Nəsiminin yaradıcılığı göylərə qaldırıldı.

Nəsimi və hürufi kimliyi üzərinə onlarca kitab, poema, roman yazıldı. Film çəkildi.

Heç birinin isə, nə ədəbi, nə tarixi, nə də fəlsəfi dəyəri var idi.

Sadəcə sovet ideolojisinə yararlı olan və türklüyü yox sayan hürufilik Moskvanın əmri üzərinə abartılmalı idi.

Bu əsərlərdən biri İsa Hüseynovun yazdığı və onun əsasında “Nəsimi” filminin çəkildiyi “Məhşər” romanı idi…

İndi isə keçəlim filmin incələnməsinə…

Filmdə Şirvan şahı ilə Nəsimi arasındakı dialoqlara baxalım:

Nəsimi: “Azərbaycanı Şirvanın təhti-himayəsində birləşdirmək üçün biz sənə kömək etməyə hazırıq. Ümdə şərtimiz: Şah və bahadırları gərək hürufi olsun...”

Bu fikirlərin Nəsiminin ağzı ilə səsləndirilməsi qismən də olsa, anlaşılırdı. Azərbaycanlı kimliyin təsisi üçün hürufiləri də 14-cü əsrdə Azərbaycanlı və Azərbaycan məfkurələri kimi göstərməyə çalışmışlar.

Ancaq bu, başdan sona qədər yalan və iftiradır.

Hürufilik sırf bir Fars milliyətçiliyi məfkurəsidir.

Onun təsisçisi Fəzl də açıq-aydın bir Fars milliyyətçisi olmuşdur. Fəzlin əsas siyasi ərəyi (hədəfi) özündən öncəki şüubiyənin amacladığı Irani kimliyi icad etmək idi.

İrani kimlik necə təsis edilə bilərdi? Fars dili vasitəsi ilə. Bu üzdən də Fəzl 28 hərfdən ibarət olan Quran əlifbasının yetərsiz olduğunu və 32 hərfdən oluşan fars dilinin dönəminin hürufiliklə başladığını duyurdu…

Şah: “Fəzlin elminə istinad edərək döyüşə bilmərik.”

Nəsimi: “Onların etiqadı Quranadır. Quransa deyir insan zəif və aciz xəlq olmuşdur. Talehi alnına yazılmış. Yəni öz iradəsi yoxdur. Heç bir şeyə qadir deyil. Bəlaya düçar olan insan bir Allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Həqiqətsə belədir ki, Aləm din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş həmin xaliq zərrələrin məcmusundan yaranıb. İnsan özü xaliqdir.”


Bu düşüncələr marksist-leninist-stalinist zehniyyətin ürünüdür. Əslində hürufiliklə marksizm arasında ortaq görüşlər mövcuddur. Ancaq Nəsiminin ağzı ilə burada Quran haqqında deyilənlər başdan-ayağa yalan və iftiradır.

Filmdə Nəsiminin işarə etdiyi Quran ayəti budur: “Allah (tövbələrinizi qəbul edərək)
Nəsiminin Bakıdakı heykəli, 2006
Nəsiminin Bakıdakı heykəli, 2006
yükünüzü yüngülləşdirmək istər. Və insan zəif yaradıldı.” İslam fəlsəfəsində Allahın insana cüzi ağıl verdiyi söz qonusudur. Ancaq bu cüzi ağlın ölçüsünü insan bilmir. Bunu bilən də Allahdır. Bu cüzi ağılla insan öz yazqısını dəyişdirəcək və gəlişdirəcək düzeydədir. Gerçək olan da budur. Çünkü gerçəkdən də insan zəif yaradılmışdır. Bəlli yaş sınırından sonra həm bədən, həm də əqli imkanları azalmağa başlar. Lakin buradakı zəiflik insan ağlının bütünü dərk etməsi ilə ilgilidir. İnsandakı cüzi ağıl mütləq doğru olanı görə biləcək tutumda deyildir. Bunu Mövlana Cəlaləddin Rumi bu şəkildə açıqlar:

“Külli ağıldır da mazağ-ul bəsər,
Cüzi ağıl hər yana eylər nəzər."


Anlaşıldığı kimi cüzi ağılla nəyi icad etsən də, son aşama olmayacaq. Bu, cüzi ağılın varlığının inkarı deyildir. Buradakı zəiflikdən amac cüzi ağlın yetərsizliyidir...

Nəsimi “Elmi və ədalətli şah ikiqat Allahdır...”

Allah da bu söyləmdə qatlara parçalanır. Bu, sadəcə küçə sözü səviyəsində bir deyimdir. Çünkü Allah iki qat isə, birinci qatın bitimindən sonra ikinci qat başlamalıdır. Birinci qatın sonu varsa, ikinci qatın da sonu olmalıdır. Oysa Allah sonsuzdur.

Kainat sonsuzdur, varlıq sonsuzdur. İki kainat, iki varlıq olmadığı kimi iki qatlı və iki qatlı Allah da olamaz.

Filmdə hürufilərin “Fəzl həq”, “Fəzl Allah” söyləmələri də həzyandan başqa bir şey deyildir.

Füzuli bu həzyanları çox gözəl cavablamışdır.

Füzuliyə görə insan Allah olamaz. Çünkü Allah olursa, kainatın necə yaradıldığı sirrinə də agah olacaq. O zaman o da bir başqa aləm yaratma vəsvəsəsinə qapıla bilər. Füzuli deyir:

“Bir kimsə əgər olaydı agah,
Kim xalqı necə yaratmış Allah.
Mümkün ki, iradət ilə ol həm,
Xəlq etmiş olardı özgə aləm.
Faş oldu ki, sirri-həq nihandır,
Aləmdə nişanı binişandır.”


Filmin ən diqqət çəkici yeri Əmir Teymurun oğlu və filmdə deyildiyi kimi “İranın, Azərbaycanın padşahı” olan çox çirkin sifətli Miranşahla bağlıdır. Miranşah gizlincə və bir oğru kimi gəlib şeyxin evinə girib onun qızı ilə tanış olur. Bu, tam məsxərə və aşağılayıcı səhnədir.

Filmdəki duyqusallıq seyircinin gerçəyi görməsini önləməkdədir. Ancaq ölkələr sultanı olan Miranşahın, sanki bir oğru kimi gizlincə evlərə girməsi kəsinliklə doğru deyildir.

Miranşahın bir əmri ilə minlərcə “Şəms” kimi qızlar saraya toplanardı.

Hürufi bağnazlarını (doqmatistlərinı) yüksəltmək üçün gerçəyi bu qədər sapdırmaya sovet zərurəti gərək duymuş olmalı idi.

Filmdə Fəzl deyir “Teymur, alimləri at döşündə Səmərqəndə aparır.”

Bu da yalan və iftiradır. Əmir Teymuru çox tənqid etmək olar. O da bir dövlətin qurucusu kimi çox qanlar axıtmışdı. Özəlliklə Əmir Teymurun Altın Ordu dövlətini devirməsi böyük faciələr doğurdu və o gündən sonra Ruslar böyüməyə başladı. Ancaq tarixçilər Əmir Teymurun alimlərə çox böyük sayqı ilə yanaşdığını yazmaqdadırlar. Səmərqənd boşuna bilim mərkəzinə dönüşmədi. Əmir Teymurun ölümündən sonra da Teymurun qaladığı bilim ocağı sönmədi.



Məqaləni tam şəkildə burda oxu
XS
SM
MD
LG