Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:29

Rüstəm İbrahimbəyov: «Milyarderlərə Bakıdan hökm etmək olmaz» [VIDEO]


Rüstəm İbrahimbəyov "Milyarderlər İttifaqı" barədə danışır
Gözlə

No media source currently available

0:00 0:05:43 0:00

Rüstəm İbrahimbəyov "Milyarderlər İttifaqı" barədə danışır

-
Noyabrın 12-də yazıçı, rejissor, Ziyalılar Forumunun təsisçilərindən biri Rüstəm İbrahimbəyov Moskvada yaranan Ümumrusiya Azərbaycanlıları Təşkilatları İttifaqı ilə bağlı açıqlama verdi. Həmin söhbətdə AzadlıqRadiosu, «Azadlıq», «Bizim yol» və «Yeni Müsavat» qəzetləri iştirak edib.

- Rüstəm müəllim, Rusiyada yaranan «Milyarderlər İttifaqı» hansı zərurətdən yarandı?

- Bu adı kim qoyub ona?

- Onda belə deyək, Ümumrusiya Azərbaycanlıları Təşkilatları İttifaqını yaratmaqda məqsəd nədir?

- İş ondadır ki, bu adamlarla mən 12 ildir bir yerdə Ümumrusiya Azərbaycanlıları Konqresində bir yerdə fəaliyyət göstərirəm. O vaxt da bunlar varlıydılar. Heç kəs demədi ki, Rüstəm İbrahimbəyov bunlarla haradan tanışdır? Biz illərdir Rusiyada yaşayırıq. Mən onların pulunu saymıram, bilmirəm milyarderdirlər ya yox. Amma onlara böyük hörmətim var, onlar da mənə hörmətlə yanaşıblar.

- 12 il əvvəl Abbas Abbasov da orda idi?

- Xeyr. 12 il əvvəl Abbas Abbasov burda bizim iqtidara fəal şəkildə qulluq edirdi. Bu yaxınlarda da mətbuata dedi ki, həmişə bu iqtidara qulluq edib və edəcək... Yeni ittifaqda olan adamlar Konqres fəalıydılar. Biz Konqresdə vitse-prezident idik, prezidentimiz isə görkəmli cərrah Məmməd Əliyev idi. Lakin 2 il bundan qabaq Azərbaycandan ora «desant» getdi və həmin təşkilatı dağıtdılar. Konqresin strukturunu dəyişdilər, vitse-prezident institutunu ləğv etdilər. Biz olduq Rəyasət Heyətinin üzvləri. Konqresi qeydiyyatdan keçirmədilər. İki ildir qeyri-qanuni təşkilatdır. Bu vəziyyətdə sual yarandı ki, yaxşı bəs, bu ölkədəki 2 milyon azərbaycanlının taleyi heç kəsi maraqlandırmır? Biz də bir neçə nəfər yığışdıq ki, Konqres işləmir, gəlin yeni təşkilat yaradaq. Abbas Abbasov kimi Rusiyada böyük hörməti və imkanları olan adamı rəhbər qoyaq, o da problemləri həll etsin. Mən Spielberg-lə bir film çəksəm, yazacaqlar ki, Rüstəm İbrahimbəyov Azərbaycan hökumətini yıxmaq istəyir. Başa düşmürəm bunu. Nəyə görə bunlar təşvişə düşüblər?

- Bu qurumun Kremlin göstərişi ilə yaranması haqda fikirlər səslənir. Yeni ittifaqda üzvlər var ki, heç vaxt ictimai işlə məşğul olmayıblar, bura necə gəldilər?

- Bu adamlarda informasiya yoxdur, uydurma versiyalar yazırlar. Adamın gülməyi gəlir. Gah deyirlər ki, ittifaqı Kreml yaradıb, Paşayevlər yaradıb, gah da deyirlər ki, Rəsul Quliyev Eldar Namazovla birlikdə yaradıb. İki milyon azərbaycanlıya kömək edənsə yoxdur. Bir politoloq da demədi ki, iqtidar öz işi ilə məşğuldur, iki milyon azərbaycanlı özbaşına
Onların prezidenti Putin-dir, onlara burdan hökm etmək olmaz

qalıb.

- Bakı niyə belə etdi?

- Mən haradan bilirəm? Soruş özlərindən... Bu iki təşkilat, yəni hökumət tərəfindən dəstəklənən Konqresə bizi Heydər Əliyev dəvət etdi, məni də, Məmmədi də, milyarderləri də. Dedi ki, siz bu təşkilata kömək etməlisiniz. On il fəal işlədilər. Təxminən bir il əvvəl «desant» gedəndən, təşkilatı darmadağın edəndən, xəbər vermədən bizi vitse-prezidentlikdən çıxarandan sonra onlar küsdülər. Dedilər ki, bizə hörmət etmirlərsə, pul da verməyəcəyik.

- Yeni təşkilatın yaradılmasının təşəbbüskarı kim olub?

- Həmin Koordinasiya Şurasının üzvləri. Söyün, Abbas, mən, Vahid, Telman...

- Bu təşkilat yaranandan sonra Bakı etiraz bəyanatı verdi. Təşkilatın üzvlərindən biri Araz Ağalarov hakimiyyətlə qohumdur. Niyə etiraz edirlər, onu anlamırıq?

- Onlardan soruşmaq lazımdır bunu. Mən nə bilim. Mən deyərdim ki, siyasətdən başları çıxmır. Hər hökumət istəyər ki, orda yaşayan azərbaycanlıları idarə etsin. Amma bunu gizli edirlər, incə edirlər. Bunu belə etməzlər. Bunların prezidenti Putin-dir və onlara burdan hökm etmək
Rəsul Quliyevə böyük hörmətim var

olmaz.

- Təşkilat yaranandan az sonra ABŞ-a səfəriniz də birmənalı qarşılanmadı. Bu səfər yaradıcılıqla bağlıydı?

- Mən 1989-cu ildən ildə 3-4 ayı ABŞ-da keçirirəm. Bu dəfə bir səbəb də vardı. Yoldaşım cərrahiyyə əməliyyatı edilməli idi. Bu, mənə çox toxunur. Bu cür axmaq versiyalar... 1989-cu ildən mənim ABŞ-da evim var. Evimə getməməliyəm? Sovet vaxtı indiki Azərbaycan milyarderlərinin xaricdə heç nəyi yox idi. Mənim evim var idi və bunu elan edirdim.

- Orda Rəsul Quliyevlə görüşdüyünüz deyilir?

- Rəsul Quliyevlə mən təəssüf ki, çoxdandır görüşmürəm. Vaxtilə görüşərdik, indi görüşmürük. Bu da uydurmadır ki, mübahisəmiz olub-filan...
Rüstəm İbrahimbəyov, Eldar Namazov və Şahnaz Bəylərqızı
Rüstəm İbrahimbəyov, Eldar Namazov və Şahnaz Bəylərqızı
Özü də Rəsul Quliyevə böyük hörmətim var. Ancaq siyasətçi kimi yox.

- Vəfa Quluzadə deyirdi ki, bu təşkilatın əli ilə Rusiya burda çevriliş edə bilər, Azərbaycana təzyiq etmək istəyə bilər.

- Vəfa Quluzadə ağıllı, savadlı adamdır. Amma o da hərdənbir səhv edir. Kremlin əlaqəsi yoxdur. Başqa məsələ, bizim iqtidar yavaş-yavaş yatanları oyadır, neytral adamları özünə düşmən edir. Abbas Abbasova bir az da təzyiq etsə, əlindən hər şeyi alsalar, Abbas Abbasov bunların düşməni olacaq.

- Rüstəm müəllim, təşkilatı yaradanda hiss edirdinizmi ki, Bakı sizə təzyiq edəcək?

- Birinci iclasda mən aydın şəkildə dedim ki, Azərbaycandan ümumiyyətlə təşkilata və ayrı-ayrılıqda hər birinizə təzyiq olacaq. İndidən qərara gəlin - girirsiniz təşkilata ya yox? Hamısı da dedi ki, Azərbaycan iqtidarına hörmətimiz var, amma hamımız Rusiya vətəndaşıyıq və nəyə görə təşkilat yaratmaq üçün Azərbaycandan icazə almalıyıq? Çünki onlar qul deyillər.

- Təşkilatın fəaliyyətini dondurduğu deyilir.

- Təşkilat işini necə dayandıra bilər ki, o, işə başlamayıb. Biz bir dəfə yığışdıq və dedik ki, işə başlayırıq, sonra da dağıldıq.

- Növbəti addım nə olacaq? Yenidən nə vaxt bir araya gələcəksiz?

Milyarderlər Ziyalılar Forumuna hörmətlə yanaşırlar
- Bilmirəm. Təşkilat bir neçə adamdır. Tək qalsam da, bu işi davam etdirəcəm. Abbas Abbasov istəyir prezidentlə görüşüb başa salsın ki, ittifaq Sizin əleyhinizə yaranmayıb. Amma görüşə bilmir. Bu hökuməti prezident idarə edir? Yox. Hamı bilir ki, 5 nəfər idarə edir.

- Bu təşkilatın Azərbaycanın daxili siyasətinə təsiri olmayacaq?

- Yox. Necə ola bilər ki? Mən Ziyalılar Forumunun təsisçiyəm, İsgəndər Xəlilov prezidentlə birgə işlər görür.

- Rüstəm müəllim, bu məsələ ortaya çıxandan sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Moskvaya getdiyi, danışıqlar apardığı deyilir. Eləcə də Moskvadakı səfirin Polad Bülbüloğlunun Bakıya gəldiyi bildirilir. Səfirlik məlumat yayıb ki, səfir Rusiya xarici işlər nazirinin iki müavini ilə danışıqlar aparıb. Rusiyanın əli ilə sizə təsir, təzyiq edə bilərlərmi?

Siz məni təhqir edirsiz. Deyirsiz ki, sən, 73 yaşlı Azərbaycan yazıçısı Rusiyanın agentisən

- Xeyr. Siz başa düşmürsünüz Rusiya necə ölkədir. Rusiya ilə Azərbaycanı müqayisə etmək olmaz. Orda da diktaturadır, amma ağıllı diktaturadır. Kremlin, Putinin bu təşkilat nəyinə lazımdır? Siz başa düşmürsünüz ki, bunu mənə deyəndə, məni təhqir edirsiz. Siz mənə deyirsiz ki, sən, 73 yaşlı Azərbaycan yazıçısı Rusiyanın agentisən.

- Belə fərziyyə var ki, məhz Siz o təşkilatda olduğunuz üçün ona aqressiya var. Bununla razılaşırsız?

- Bunu deyə bilmərəm. Onu deyə bilərəm ki, bu aqressiyanı 3 ildir üzərimdə hiss edirəm, kino ittifaqı ilə bağlı, Ziyalılar Forumu ilə bağlı. Amma siz dediyiniz milyarderlər Ziyalılar Forumuna böyük hörmətlə yanaşırlar. Deyirlər ki, nəhayət Azərbaycanda vətəndaş cəmiyyəti yaranır, ictimai rəy yaranıb. Bu o demək deyil ki, iqtidara qarşıdırlar. Bunlar başa düşmürlər ki, biz Qarabağ problemi, neftin tükənməsi haqda fikirləşməliyik. Biz, vətəndaş cəmiyyəti, ziyalılar bununla məşğul olmasaq, axırımız pis olacaq. Bunu hansı iqtidar edəcək, mənim üçün fərqi yoxdur. Demokratiya o demək deyil ki, mən hər səhər duranda prezidentin nə dediyini fikirləşməliyəm. Prezident məni saymırsa, mən də onu saymıram. Mən özümü ona görə kəskin aparıram ki, 3-4 il öncə gördüm ki, ziyalılara, mədəniyyət xadimlərinə bu hökumət tərəfindən hörmət yoxdur. Bunlar elə bilir ki, qaymaq bunlardır, tariximiz də 1993-cü ildən başlayır. Bu hörmətsizlik mənə şəxsiyyət kimi toxundu.
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Ona görə səsimi qaldırdım. Amma o demək deyil ki, bunların düşməniyəm.

- Ziyalılar Forumu yarananda deyirdiz ki, siyasi təşkilat deyil. Amma elə proseslər getdi ki, Forum siyasi hadisələrə reaksiya verməyə məcbur oldu. Elə bir proses gedə bilərmi ki, Rusiyada yaranan qurum da siyasətlə məşğul olsun?

- Hər şey ola bilər. Mən Allah deyiləm, deyim ki, yox olmayacaq. Biz istər-istəməz siyasətlə məşğuluq. Biz siyasi fəaliyyətimizin nəticəsini orda görmürük ki, biz prezident olacağıq, kimisə aradan götürəcəyik. Məqsədimiz başqadır. Əsas gücümüz ona yönəlib ki, Azərbaycanda bir balaca siyasətlə bağlı olmayanlar da qorxmasınlar, sözlərini desinlər. Məqsədimiz ölkəmizi demokratik yola yönəltməkdir. Bunlar siyasətlərini dəyişməsələr, inqilab olacaq, dəhşətli inqilab olacaq.

- Prezident seçkilərinə bir il qalır, güclü maliyyəsi olan adamlar təşkilat yaradır. Hakimiyyət də bundan qıcıqlanır. Siz də deyirsiz ki, ittifaqda olanlar arasında burda baş verənlərdən narazı olanlar var, Ziyalılar Forumunun fəallaşmasından, vətəndaş cəmiyyətinin fəallaşmasından sevinirlər.

Mən o ittifaqda narazıların olduğunu demədim. Onlar öz işlərini görürlər, bir milyardı olan bunu iki milyard etməyə çalışır və Azərbaycanda baş verənlərə fikir vermirlər. Bu, böyük dərddir. Şəxsən mənə hörmətləri var və mən yaradan təşkilata hörmətləri var. Vaxtlarını isə pul qazanmağa sərf edirlər. Hərdənbir nəyləsə maraqlanırlar.
Mənimlə oturub-dururlar deyə, maraqlanırlar, yarım saat sonra Azərbaycan yaddan çıxır

Mənimlə oturub-dururlar deyə, maraqlanırlar, yarım saat sonra Azərbaycan yaddan çıxır. Bunlar o adam deyil ki, oturub düşünsünlər ki, təəssüf... Gürcüstanda Ivanishvili tapıldı. Bizim varlılar təəssüf ki, ancaq öz işləri ilə maraqlanırlar.

- Onların arasından Ivanishvili çıxa bilərmi?

- Hələlik görmürəm.

- Siz deyirsiniz ki, Azərbaycanın dərdlərini düşünürsünüz, ancaq elə dostları var ki, bu haqda danışandan yarım saat sonra bunu unudur. Bu adamlar eyni ittifaqda necə birləşir? O məntiqlə həmin ittifaqa üzv olanları Rusiyadakı azərbaycanlıların problemi də düşündürməməli idi.

- Əzizlərim, burda yaxın dostlarım var ki, Azərbaycan taleyi onlar üçün heç nədir. Onlar da Rusiya vətəndaşıdırlar. Onlar yüngül yolla vicdanlarını kompensasiya edirlər, pul verirlər, yığışırlar. Elə bilirsiz fəal işləyirlər?...

- Bir video qalmaqalı da yarandı. Həmin videoya görə, YAP-çı deputat rektordan deputat seçdirmək üçün 1 milyon manat pul istəyib.

- İşin içindəyəm. Bu, dəhşətdir. Bu o deməkdir ki, belə bir şey varsa, parlament legitim deyil. Ona hörmətlə, ciddi yanaşmaq olmaz.
XS
SM
MD
LG