Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:08

Tarixi abidələrin ətrafında yeyib-içmək qadağan edildi


Kolizey
Kolizey
-

...Günahkarlar - bir qrup əcnəbi turist məşhur abidənin üstündə oturmuşdu. Əllərində də sendviç vardı. Turistlər keçən il Romada qüvvəyə minən qanunu pozmuşdular...

Bu qanun Kolizey, Panteonİspan Pilləkənləri kimi abidələri daha yaxşı qorumaq məqsədilə Romanın mərkəzindəki tarixi yerlərdə yeyib-içməyi qadağan edir. Cərimə isə 650 dollara qədərdir.

İtaliya şəhərləri tarixi abidələri turistlər və sakinlərindən qorumaq üçün uzun müddətdir müxtəlif yollar axtarırdılar.

Romanın bələdiyyə sədri Gianni Alemanno adamların evdəki kimi davrandıqları şəhər mərkəzində qaydaların sərtləşdirilməsinə qərar verdi. Bələdiyyənin turizm üzrə nümayəndəsi Antonio Gazzellone deyir ki, bu qanun tarixi abidələrin əvvəlki düzgün görünüşünü geri qaytaracaq:

«Romanın mühafizəyə ehtiyacı var. Şəhərin gözəlliyinə hörmət etmək lazımdır».

«BUNUN TƏSİRİ OLMAYACAQ»

Qanuna qarşı çıxanlar da var. Panteonda polisin gözü qarşısında sendviç yeyən Yaşıllar Partiyasının üzvü Angelo Bonelli deyir ki, bundan sonra Kolizeyin ətrafında dondurma yeyə-yeyə gəzən turistlər cəzalandırılacaq.
Roma
Roma
Bonelli son 5 ildə Roma rəhbərliyinin fahişələr, evsizlər və parklarda özlərini günəşə vermək üçün köynəklərini çıxaran kişilər üçün də qadağalar tətbiq etdiyini, ancaq bunların təsirli olmadığını deyir:

«Adamları qadağalarla idarə etmək olmaz».

Romalıların çoxu onunla eyni fikirdədir. Yaxınlarda bir neçə yüz adam bələdiyyə binasına gedən pilləkənlərdə yığışıb pizza yeyib. Polislər onları saxlayıb.

Bu qaydalar başqa İtaliya şəhərlərində də var. Venesiyanın polis məmuru Marco Agostini hər il 25 milyon turistin gəldiyi Müqəddəs Mark Meydanında oturub yemək yeməyin illərdir qadağan olduğunu bildirir:

«Bura Venesiyaya gələn bütün turistlərin görmək istədiyi əsas yerdir».

Florensiyada isə turistlərin oturmalarının qarşısını almaq üçün şəhər kilsəsinin pilləkənləri bu il hasara alınıb.
XS
SM
MD
LG