Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Azərbaycanda hər kəsin 548 dollar xarici borcu, 4900 dollar isə ehtiyat pulu var


Alov Qüllələri
Alov Qüllələri
-
45 MİLYARD DOLLAR VALYUTA EHTİYATI HARADA SAXLANIR

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Nazirlər Kabinetinin iclasında bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 45 milyard dollara çatır. Bu ehtiyatların əsasən neft satışından yarandığını dövlət başçısı özü də həmin iclasda etiraf edib.

Hazırda ölkənin valyuta ehtiyatlarının əsas hissəsi Dövlət Neft Fondunda cəmləşib. Fondu 2012-ci il oktyabrın 1-ə olan rəsmi məlumatına görə 33.2 milyard dollar miqdarında aktivləri var.

Fond bu pullarının yarıdan çoxunu – 51.1 %-i ABŞ dollarında, 40 %-ə yaxınını avroda, 5.1 %-i ingilis funtunda saxlayır.

Fondun pullarının 2 %-ə yaxınına da qızıl alınıb. Hazırda Dövlət Neft Fondunda 10.89 ton qızıl saxlanır.

Azərbaycanın strateji valyuta ehtiyatlarının ikinci böyük hissəsi isə Mərkəzi Bankın valyuta ehtiyatlarıdır. Bankın 2012-ci il noyabrın 1-ə olan rəsmi məlumatına görə valyuta ehtiyatları 11.7 milyard dolları keçir.

DÖVLƏT BORCU DA 5 MİLYARD DOLLARI KEÇİR

Azərbaycanın dövlət borcunun miqdarı haqqında isə rəsmi məlumat bir qədər köhnədir. Maliyyə Nazirliyinin sonuncu rəsmi xəbəri 2011-ci il iyulun 1-ə aiddir və orada Azərbaycanın xarici borcunun ümumi məbləği 4.5 milyard dollar göstərilir.

Amma hökumətin Milli Məclisə təqdim etdiyi 2013-cü ilin dövlət büdcəsi zərfində Azərbaycanın xarici dövlət borcunun artıq 5.1
Dollar
Dollar
milyard dolları keçdiyi qeyd olunur.

EHTİYAT PAYLASA, BORC QAYTARILSA, ADAM 4 300 DOLLAR QALAR

Dövlət Statistika Komitəsinin məlumatına görə 2012-ci ildə Azərbaycan əhalisinin sayı 9.2 milyon nəfər olub. Bu hesabla Azərbaycan vətəndaşlarının xərc-borc dəftəri belə alınır:

Əgər sabah hökumət qərara gəlsə ki, ölkənin strateji valyuta ehtiyatlarını vətəndaşlar arasında bölsün, ondan hər adama 4 841 ABŞ dolları düşər.

Eynilə fərz etsək ki, sabah bütün xarici dövlətlər və qurumlar Azərbaycana verdikləri borcu geri tələb etdilər. Onda hər kəs cibindən təxminən 548 dollar çıxarıb borcu qaytarsın.

Yəni, Azərbaycan vətəndaşı sabah qəfil ehtiyatda olan pullarını alsa, və xaricə olan borcunu qaytarsa, cibində təxminən 4 300 dolları qalar. Bu, məsələn, 4 nəfərlik ailə üçün 18 000 dollar pul çatması demək olardı.

Hazırda hökumətin əlində olan təxminən 11.6 ton qızıl da adam başına bölünəcək olarsa, hərəyə 1.26 qram qızıl düşərdi.

AZƏRBAYCAN ƏRAZİSİNİ 4 SM. QIZILLA ÖRTMƏK ŞÜARI DOĞRULURMU?

1988-ci ilin mitinqlərində çox işlənən şüarlardan biri də «Neft özünün olsa, Azərbaycanın ərazisi 4 sm. qalınlığnda qızılla örtülə bilər» şüarı idi.

İndi kiçik hesablama aparaq:

Azadlıq Meydanı
Azadlıq Meydanı
Tutaq ki, ölkənin 45 milyard dollarlıq strateji valyuta ehtiyatının hamısına qızıl alındı. Bu, indiki qiyməti ilə 790.8 ton qızıl deməkdir. Azərbaycanın ərazisinin 86 600 km2. olduğunu nəzərə alsaq, hələlik, ölkə ərazisinin hər 1 km2-ə cəmi 9.1 kilo qızıl düşür.

Yəni, qısası, hələlik Azərbaycanın əlində olan 790.8 ton qızılla ölkə ərazisinin nəinki 4 sm., heç 0.1 mm qalınlığında da qızılla örtmək mümkün olmur.

Təbii ki, bunun səbəbləri haqqında hərənin öz izahı ola bilər. Hökumətin tənqidçiləri yəqin ki, daha çox neft pullarının mənimsəndiyini (məsələn, müxalifətin birləşdiyi İctimai Palata son illər ölkədə 48 milyard dolların xaricə çıxarıldığını iddia edir), hökumət neft pullarının bir hissəsinin artıq ölkəyə xərcləndiyini və hələ qarşıdakı illərdə daha çox neft pulu gələcəyini deyərək hesablamanın indilik tez ola biləcəyini deyərdi.

Bəs, səncə, əsas səbəb nədir? Neft bahalaşdı, üstəlik Azərbaycan ərazisinin 20 faizini itirdi, bəs, niyə neft puluna ölkə ərazisinin 4 sm. olmasa da heç olmasa 1 sm qalınlığında qızıla bürümək olmur?

Fikirlərini, şərhlərini aşağıdakı foruma göndər, polemikaya sən də qoşul.

XS
SM
MD
LG