Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:23

Bir daha Əliyevin Meksikadakı heykəli haqda


Meksikanın paytaxtında Heydər Əliyevin bürünc heykəli. 3 oktyabr 2012
Meksikanın paytaxtında Heydər Əliyevin bürünc heykəli. 3 oktyabr 2012
Mexikonun şəhər parkında Azərbaycan liderinin heykəli yenidən etiraza səbəb olub

Bu haqda xəbər verən “Los Anceles Taymz” yazır ki, Heydər Əliyevin Polanko məhəlləsinin qonşuluğundakı heykəlinə etiraz edənlər insan haqları fəallarıdırlar.

Qəzetin müxbiri Tracy Wilkinson xəbər verir: “Mexiko şəhərinin yaşıl parklarının qonşuluğundakı dəbdəbəli Polanka məhəlləsi, yaxınlıqdakı heykəlləri siyasi baxımdan artıq qəbul edib. Dayaz gölün yanında fikrə getmiş Abraham Lincoln, onunla üzbəüz Martin Luther King və bir az aralıda Mohandas (Mahatma) Gandhi. Və sonra burada, adamı baş qaşımağa vadar edən yeni bir əlavə var: Azərbaycanın avtoritar lideri Heydər Əliyev”…

Qəzet yazır ki, Əliyevin şəhərin nişanələrindən biri olan Reforma Bulvarında peyda olması yerli sakinləri qəzəbləndirib.

İcma fəallarından Eduardo Farah keçmiş Uqanda diktatoruna işarə ilə belə deyir: “Bu ona bənzəyir ki, gətirib İdi Amin-in heykəlini Washington Mall ticarət mərkəzində yerləşdirəsən”.

Los Anceles Tayms-a görə, Farah bu günlərdə 20-dən çox fəalla birlikdə piket keçirərək “diktatorun” buradan götürülməsini tələb edən şüarlarla çıxış edib.

HEYKƏLİ MEKSİKAYA TƏHQIR KİMİ QƏBUL EDİRLƏR

"Bu açıq təhqirdir, - deyə etirazçılardan biri, şair və ətraf mühit fəalı Homero Aridjis dillənir, - Bizim elə burda, Mexikoda özümüzün kifayət qədər pis simvollarımız var, birini də kənardan gətirməyə ehtiyac yox idi”…

Məqalədə deyilir ki, yerli sakinlər qaz emissiyalarından boğulan şəhərdə, ümumiyyətlə yaşıllıq ərazilərin hakimiyyət tərəfindən hərraca qoyulmasından narazıdırlar.

Sözü gedən və Latın Amerikasının ən böyük parkı olan Çapultepek parkı Atsteklərin zəmanəsindən şəhərin ağ ciyəri kimi tanınır.

Qəzet yazır ki, Heydər Əliyevin abidəsindəki lövhədə bu adamın Azərbaycan xalqını işıqlı günlərə çıxardığı iddia olunur.

“Halbuki, - yazır qəzet, - WikiLeaks saytında Əliyevlər ailəsinin Don Corleone ailəsi kimi mafia ilə müqayisə olunduğundan və ya Azərbaycanın dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olmasından söz açılmır.

ŞƏHƏR ŞURASINI ALDADIBLAR

Məqalədə deyilir ki, Mekiska paytaxtının meri, solçu Marcelo Ebrard-ın diktator kimi tanınmış bir şəxsi qəbul etməsinə inanmaq çətindir. Buna baxmayaraq, o, Azərbaycanın bu töhfəsinin şəhər hökümətinin ən böyük uğuru olduğunu vurğulayır.

Heykəl haqqında qərarın qəbul edilməsi tarixinə nəzər salan muxbir qeyd edir ki, Çapultepek parkından istifadəyə ictimai nəzarəti həyata keçirən Palata əvvəlcə heykəlin qoyulmasına icazə verib. Lakin sonradan vətəndaşlardan ibarət bu qurum özünü təmizə çıxararaq Əliyevin əməllərindən xəbərsiz olduğunu bildirib.

Palata üzvlərindən Monica del Villar bir radio müsahibəsində deyib ki, “biz bu yeni respublikanı heç tanımırdıq da, onların bizə göstərdikləri layihə, tikilimiş abidədən tam fərqli idi”.

Tracy Wilkinson yazır ki, bütün bu iddialar barədə Ebrard-ın ofisindən şərh ala bilməyib.

MEXİKO MERİ PREZİDENT OLMAQ İSTƏYİR

“Dünyanı gəzib dolaşan və 2018-ci ildə keçiriləcək seçkilərdə namizədliyini Meksika prezidentliyinə vermək iddiasında olan mer özünü həmişə ekologiyanın dostu kimi qələmə verib” – yazır müəllif.

Lakin Farah və başqa fəallar iddia edirlər ki, Çapatultepek parkının 20-30 faizi restoranların, mənzillər komplekslərinin və ofis binalaraının tikintisi üçün fərdi istifadəçilərə ya satılıb, ya da icarəyə verilib.

Fəallar bildirirlər ki, qanun ictimai istifadədə olan parkların, bağların, yaşıl meydançaların mənzərəsini dəyişəcək obyektlərin tikintisini qadağan edir və bunun cəzası cərimə və ya həbs ola bilər.

Lakin qanunda bir istisna var, - yazır qəzet, - əgər layihə ətraf mühitin qorunması, sağlamlaşdırılması və təhsil üçün xüsusi əhəmiyyət daşıyırsa, bunu etmək olar.
Los Ancele Tayms yazır ki, “görünür Ebrard adıçıəkilıən abidəni məhz bu qanun boşluğuna yerləşdirib”.

“UTANC PARKI”

Məqalədə deyilir: “Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bildirib ki, onun ölkəsi Azərbaycanın müstəqüilliyini ilk tanıyan ölkənin paytaxtı ilə əlaqələrini sıxlaşdırmaq istəyir”.

“Azərbaycan və Meksika nəhəng neft hasilatına malik olsalar da, çabalayan iqtisadiyyatları ilə tanınırlar və burada iki ölkə arasında bənzərlik bitir”, - yazır qəzet.

Səfir, Əliyev abidəsinin inaqurasiyasında jurnalistlərə bildirib: "Şəhər hakimiyyəti mənə müraciət edib bu ictimai məkanın dirçəldilməsi layihəsində iştiraka dəvət edəndə, mən çox sevindim, çünki öz ölkəmi göstərmək üçün yer axtarırdım”.

Bu məkan indi Dostluq Parkı adıanır.

“Lakin Farah, Aridjis və başqa fəalların qənaəti fərqlidir: buranı Utanc parkı adlandırmaq daha düzgün olmazdımı?” – yazır Tracy Wilkinson.
Los Anceles Taymz qəzetindəki məqalə
Los Anceles Taymz qəzetindəki məqalə
XS
SM
MD
LG