Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:32

Sarkisian: “Azərbaycan yeni müharibə ilə hədələyir” [Yenilənib]


Serzh Sarkisian
Serzh Sarkisian
Bu bəyanatı Ermənistan prezidenti Yerevanda Reuters agentliyinə müsahibəsində səsləndirib.

Serj Sarkisyan bildirib ki, Azərbaycan döyüşlərin bərpa edilməsi üçün “qorxulu miqdarda” silah toplayıb.

Ermənistan prezidenti bunu da deyib ki, Yerevan münaqişənin danışıqlar yolu ilə həllini istəyir və bunun üçün əlindən gələni əsirgəməyəcək.

“İndi, atəşkəs müqaviləsinin imzalanmasından 18 il sonra Azərbaycan bizi yeni müharibə ilə təhdid edir”, - Sarkisyan deyib.

Serj Sarkisyan deyib: “Mən Azərbaycanda ermənilərə qarşı nifrətin, ümumi bir ksenofobiyanın olmasını, Azərbaycanda silahların qorxulu bir şəkildə toplanmasını, Azərbaycanın yeni hərbi əməliyyatlara hazırlaşdığını və münaqişəni hərbi yolla həll etmək istədiyini desəm də, bu o demək deyildir ki, danışıqların davam etdirilməsinə ehtiyac yoxdur”.

Reuters yazır ki, iki ölkə arasında gərginlik Budapeştdə NATO-nun təlimləri zamanı erməni zabiti öldürmüş azərbaycanlı zabitin Azərbaycana təhvil verilməsindən sonra artıb.

Sarkisyan deyib ki, Ramil Səfərovun əfv olunması 160 minlik əhaliyə malik Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyini bir daha nümayiş etdirib.

Ermənistan prezidenti vurğulayıb ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində heç bir gələcəyi yoxdur.

"Biz şübhə etmirik ki, Azərbaycanın məqsədi öz hərbi qüdrətini tətbiq etməklə vəziyyəti dəyişməkdir və onun bu arzusunu önləmək üçün yeganə vasitə Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığıdır”, - Serj Sarkisyan deyib.

Reuters xəbər verir ki, Sarkisyan beynəlxalq ictimaiyyəti münaqişənin həlli üçün konkret addımlar atmağa çağırb.

O deyib ki, Azərbaycan silahların kəmiyyəti limitini pozub, silah müfəttişləri bundan xəbərdardırlar, lakin bu istiqamərtdə heç bir tədbir görülmür.

2008-ci ildə prezident seçilmiş və gələn il keçiriləcək seçkilərdə yenə də namziəd olacaq Sarkisyan münaqişənin çözüləcəyinə əmin olub-olmadığına dair suala, əmin olduğunu deyərək cavab verib.

"Ən azı ümid edirəm ki, mən Dağlıq Qarabağı bir daha Azərbaycanın tərkibində görməyəcəyəm və bunun özü böyük uğurdur”, - Ermənistan prezidenti deyib.
XS
SM
MD
LG