Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Nizami Cəfərov: "Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" romanı elə nəhəng əsərdir ki..."


Hüseynbala Mirələmov və Yunus Oğuz canlı klassikdirlər?
Gözlə

No media source currently available

0:00 0:30:03 0:00
Direct-ə keçid

Hüseynbala Mirələmov və Yunus Oğuz canlı klassikdirlər?

-

Nərmin Kamal:

- Bütün dərsliklərdən bu, qırmızı xətt kimi keçir: biz böyük millətik, ulu Turan və s. Elə bil ki sabaha döyüşçü hazırlayırlar.


Nizami Cəfərov:

- Amma mən Sabir Rüstəmxanlıdan çox Zəlimxan Yaqubun orta məktəb dərsliklərinə salınmasının tərəfdarıyam. Niyə? Çünki millətin, xalqın dilidir...



Orta məktəbin ədəbiyyat dərslikləri hansı meyarla tərtib edilir? “Pen klub”dakı debata parlamentin Mədəniyyət Komitəsinin sədri, dərslik həmmüəllifi Nizami Cəfərov (telefonla), xalq yazıçısı Sabir Əhmədlinin oğli Etibar Əhmədli və yazıçı Nərmin Kamal qatıldılar.


Etibar Əhmədli:

- Açığı, Sabir Əhmədlinin oğlu kimi məni heç maraqlandırmır ki, adı dərslikdə var, ya yox.

Ancaq vətəndaş kimi düşünəndə 20 roman müəllifidir, böyük yaradıcılığı var, öz məktəbi olan yazıçıdır, ustad adını alıb, ardıcılları var, nəhayət, xalq yazıçısıdır.

Bu
Nərmin Kamal və Etibar Əhmədli
Nərmin Kamal və Etibar Əhmədli
mənim üçün də sualdır ki, niyə adı dərslikdə yoxdur?

Nərmin Kamal:

- Əvvəla, problem ondadı ki, dərslikləri yazanlar elə bil ki xüsusi təyinatlı bir vətəndaş yetişdirməyə çalışırlar.

Bütün dərsliklərdən bu, qırmızı xətt kimi keçir: biz böyük millətik, ulu Turan və s.

Elə bil ki sabaha döyüşçü hazırlayırlar. Ədəbiyyat burada hərbə xidmət edən bir şeyə çevrilib. İkincisi, bu günkü hakimiyyəti dəstəkləyən yazarlara dərsliklərdə geniş yer verilir.

Bizim küçədə rastlaşdığımız, dünyadan bixəbər, savadsız azərbaycanlı obrazının mayası bu günkü və bundan əvvəlki dərsliklərdən gəlir.

“SABİR ƏHMƏDLİ ORTA MƏKTƏB ÜÇÜN DEYİL”

Nizami Cəfərov:

- Sabir Əhmədli çoxdan dərslikdədir. Amma Hüseynbala Mirələmov, Yunus Oğuz təzə-təzə dərsliklərə salınır. Burda problem yoxdur, ədəbiyyat inkişaf edir. Hər dövrün hadisələri və zövqləri var. Sabir Əhmədli haqda dərslikdə ona görə çox qısa məlumat verilir ki, o, Sabir Əhmədli orta məktəb üçün deyil. Onun miqyası fərqlidir.

Şahnaz Bəylərqızı:

Nizami Cəfərov
Nizami Cəfərov
- Sizcə, Füzulini oxuyub dərk edən şagird Sabir Əhmədlini dərk etməyəcəkmi?

- Füzulini də oxumaq çox çətindir. Ancaq artıq Füzulinin tədrisinin metodikası var. Biz Füzulinin o əsərlərini dərsliklərə daxil edirik ki, milli-ictimai şüur onu dərk edir.

Əsərin normal dili olmalıdır ki, orta məktəb uşağı çaşmasın. Sabir Rüstəmxanlının da şeiri düşə bilər.

O da Sabir Əhmədli kimi eyni ictimai təzyiqlərlə üzləşib. Amma mən Sabir Rüstəmxanlıdan çox Zəlimxan Yaqubun orta məktəb dərsliklərinə salınmasının tərəfdarıyam. Niyə? Çünki millətin, xalqın dilidir. Sabir Əhmədli böyük yazıçıdır, amma dili orta məktəb dili deyil.

“BELƏ ÇIXIR Kİ, SABİR ƏHMƏDLİNİ TANIMAQ ÜÇÜN GƏRƏK 21-22 YAŞIN OLSUN”

Etibar Əhmədli:

- Bir çoxları mütaliəyə elə orta məktəbdə başlayır. Belə çıxır ki, Sabir Əhmədlini tanımaq üçün gərək 21-22 yaşın olsun və ancaq filologiya fakültəsinin tələbəsi olasan. İkincisi, Sabir Əhmədli məktəbi gözəl bilirdi.

Özü müəllim işləyib, direktor olub. Onun məktəb haqda gözəl hekayələri var. “Yanvar hekayələri” var, axtarsalar, taparlar yəqin.

Nərmin Kamal:

- Yəni hər bir müəllifin orta məktəb üçün hansısa hekayəsindən sadələşdirilmiş bir
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
parçanı təqdim etmək olar. Bu mümkün olmasaydı, nəyə görə Rusiyada orta məktəbdə şagirdlər Ceyms Coysu, Selinceri oxuya bilirlər? Sabir Əhmədli “Uliss” qədər mürəkkəb deyil ki? Sabir Əhmədli elə xalq yazıçısıdır.

“HÜSEYNBALA MİRƏLƏMOV ÜMUMMİLLİ LİDER HAQDA YAZDI...”

Şahnaz Bəylərqızı:

- Nizami bəy, bir müsahibənizdə demisiz ki, Hüseynbala Mİrələmov Qarabağ haqda çoxlu emosional pyeslər və ümummili lider haqda yazdı. Buna görə Mirələmov haqda dərsliklərdə məlumat verildi. Bu özü onu göstərmirmi ki, dərsliklər siyasi ideologiyaya xidmət edir?

Nizami Cəfərov:

- Hüseynbala Mirələmov ümummilli lider haqda yazdı, bu, çox böyük hadisədir. Çünki Azərbaycanı bizə bütün ruhuyla qaytaran Heydər Əliyev olub. Amma onun tək “Gəlinlik paltarı” povesti var. O qədər nəhəng əsərdir. Əsərin məzmunu budur ki, bizim baba-nənələrimiz abır-həya ilə ərə gedirdilər. İndikilər üç gündən bir gedirlər. Bu gün ailə yoxdur...

Bunlar proqramdan seçmə fikirlər idi. Debatı tam şəkildə burda dinlə:

soldan sağa: Proqramın aparıcısı Şahnaz Bəylərqızı, Etibar Əhmədli və Nərmin Kamal
soldan sağa: Proqramın aparıcısı Şahnaz Bəylərqızı, Etibar Əhmədli və Nərmin Kamal
XS
SM
MD
LG