Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Avropa Parlamentində Ramil Səfərovla bağlı qətnamə müzakirəyə çıxarılır


Arxiv foto
Arxiv foto
Sentyabrın 13-də Avropa Parlamentinin plenar sessiyasında azərbaycanlı zabit Ramil Səfərovla bağlı təcili qətnamə müzakirəyə çıxarılacaq. AzərTAc-ın məlumatına görə, sessiya ərəfəsində Avropa Parlamentinin liberallar qrupunun daxili iclası keçirilib.

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib ki, sentyabrın 11-də keçirilmiş iclasda Avropa Parlamentinin rumıniyalı deputatı Norika Nikolai Liberallar Qrupuna Ramil Səfərovla bağlı qətnamə layihəsini imzalamamağı təklif edib:

«Təklif qəbul olunub. Liberallar hesab edirlər ki, qətnamə qeyri-obyektivdir və sənədin heç bir hüquqi əsası yoxdur, Avropa Parlamenti Prosedur Qaydalarının 122-ci bəndindəki Təcili Qətnamələr adlı tələbə uyğun gəlmir və münaqişə tərəfləri arasında müharibəyə aparan hal kimi qəbul edilə bilər».

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Macarıstan paytaxtı Budapeştdə erməni zabit Qurgen Markaryanı öldürməkdə təqsirli bilinərək tutulub. Məhkəmə Ramil Səfərovu ömürlük həbsə məhkum edib. 2012-ci il avqustun 31-də Ramil Səfərov Azərbaycana təhvil verilib. Elə həmin gün Azərbaycana gətirilən zabit prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub və azadlığa çıxıb.
XS
SM
MD
LG