Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Əli Həsənov: «İranla münasibətlər normallaşmaya doğru gedir»


Əli Həsənov
Əli Həsənov
-
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunmasına münasibət bildirib.

«Media forum» saytına açıqlamasında Əli Həsənov hadisəni İran-Azərbaycan münasibətlərinin normallaşması kimi qiymətləndirib:

«İranla Azərbaycan arasındakı münasibətlər normallaşmaya doğru gedir. Bunun əsas əlaməti kimi İranda ruhaniyyətin antiazərbaycan yönlü çıxışların dayandırılmasını göstərmək olar. «Səhər» kanalının Azərbaycana qarşı yürütdüyü total qarayaxma, əhalini zəhərləmə siyasətində müəyyən yumşalma gedir. O cümlədən Azərbaycan tərəfi də İranla bağlı ölçülü-biçili şərhlərə üstünlük verir. Bunlar onu göstərir ki, ilk növbədə İran tərəfinin təşəbbüsü və cəhdləri ilə kəskinləşən münasibətlər normallaşmağa doğru gedir».

Əli Həsənov deyib ki, Azərbaycan İranla münasibətləri iki müstəqil, dost qonşu dövlətin, müştərək dinə, mədəniyyətə malik xalqların münasibəti kimi yaxşı saxlamaq istəyir. Amma dövlətlər bir-birinin daxili və xarici siyasətinə qarışmamalıdır:

«Şairlərin azad olunmasına da bu kontekstdə yanaşırıq. Onlar İranda bir günah törətməmişdilər. Onların heç bir günahı yox idi. Gənclər oraya müxtəlif şeir, sənət adamları tərəfindən dəvət olunmuşdu. Onları tutub müəyyən problem yaratmaq yaxşı hal deyildi. Hər halda bu, İran-Azərbaycan münasibətlərinin ruhuna, İran xalqının qonaqpərvərlik prinsiplərinə də uyğun gəlmirdi. İstənilən halda şairlərin azad olunması jestinin, bu addımın atılmasının mehriban qonşuluq münasibətlərini davam etdirməyə hesablandığını düşünürük. Bunu dəyərləndiririk. Bunun üzərində də gələcək münasibətlərimizi quracağıq».

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid HüseynŞəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunmuşdular. Şairlərin konkret hansı maddələrlə ittiham olunmaları barədə məlumat verilmirdi.

Nəhayət, avqust ayında onların məhkəməsi olmuş və hökmün oxunması sentyabrın 7-ə saxlanmışdı.
XS
SM
MD
LG