Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Aqşin Yenisey: “O münsiflərə əsər vermərəm”. Qan Turalı isə deyir ki...


Aqşin Yenisey
Aqşin Yenisey
-

Aqşin Yenisey: “O münsiflərə əsər vermərəm”

AYO üzvü, yazar Qan Turalı isə “Facebook” hesabında MKM-ə qatılacağını bəyan edib: “"Mustafa" romanını MKM-ə vermək haqda düşünürəm...”


Milli Kitab Mükafatı (MKM) növbəti seçimlərinə start verdi. Ötən müsabiqələr müəyyən qalmaqallarla və narazılıqlarla yadda qalmışdı. MKM-ə qatılanlarla yanaşı, müsabiqəni qeyri-ciddi hesab edib baykot yolunu tutanlar olmuşdu. İndiyə kimi MKM-i boykot yolunu tutmuş Azad Yazarlar Ocağının (AYO) bu dəfə hansı addım atacağı cəmiyyət üçün çox maraqlıdır.

Aqşin Yenisey: “O münsiflərə əsər vermərəm”

Bu il baş tutacaq MKM-lə bağlı AYO-nun sədri, Aqşin Yenisey “Gündəlik Teleqraf” qəzetinə açıqlama verib:

“MKM-in o şəkildə keçirilməsinə münasibətim ilk müsabiqədə olduğu kimi qalır və yəqin ki, axıra qədər belə davam edəcək. Mən o münsiflərlə, o ekspertlərlə heç bir əsərimi, heç bir yazımı paylaşmaram və onların verəcəyi qiymətlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə də indiyə kimi heç bir əsərimi, yazımı ora təqdim etməmişəm.

Ola bilsin, AYO üzvlərindən kimsə öz əsərini mükafata təqdim edəcək, ilk mükafat zamanı rəhmətlik Rafiq Tağı və Həmid Herisçi öz əsərlərini təqdim etmişdilər. Amma ikinci il birmənalı olaraq heç kim müsabiqəyə əsər vermədi. Bu o demək deyil ki, AYO üzvləri yığışıb hansısa bir qərarı qəbul ediblər ki, hər hansı bir müsabiqədə biz mütəşəkkil bir qrup, kolxoz kollektivi şəklində iştirakdan imtina edəcəyik. Bu, doğru deyil. Bütün hallarda qərarları müəlliflər özləri verir. Bizim o müsabiqəyə münasibətimiz düşmənçilik səviyyəsində deyil. Sadəcə istəyirik ki, o müsabiqə daha şəffaf keçirilsin. Necə ki, bütün dünyada, yaxın qonşu ölkələrdə keçirilən müsabiqələrdə olur. Hamı öz rahat fikrini, əsərini təqdim edə bilir”.

Aqşin Yenisey müsabiqəyə mənfi münasibətini münsiflər heyətinin tərkibi ilə əsaslandırıb:

“O müsabiqə o vaxt şəffaf olar ki, orda olan münsiflər Azərbaycan ədəbiyyatında heç olmasa beş yaxşı şeir, iki yaxşı hekayə yazsınlar, ümumiyyətlə, ədəbiyyat nədir, dünya ədəbiyyatında və fəlsəfəsində nələr olub və var, bundan xəbərdar adamlar olsunlar.
Xanəmir
Xanəmir
Təvazökarlıqdan uzaq olsa da, mən şəxsən öz oxucumu cəmiyyətin, xalqın içərisində axtarıram”.

Dünən MKM-ə start verildikdən sonra AYO üzvü, yazar Qan Turalı da “Facebook” hesabında MKM-ə qatılacağını bəyan edib: “"Mustafa" romanını MKM-ə vermək haqda düşünürəm...”

Xanəmir Telmanoğlu: “Hər kəsə öz işıqlı və qaramat məqsədində uğurlar diləyirəm”

İndiyə qədər baş tutan heç bir müsabiqədə iştirak etməyən, MKM-i baykot edən yazıçı Xanəmir Telmanoğlu MKM və onun münsifləri haqda çox sərt fikirlər səsləndirib və bu ildə MKM-ə qatılmayacağını bildirib:

"MKM-ə qatılmamaqda arqumentim ondan ibarətdir ki, mənim yazılarım Azərbaycan ədəbiyyatı nümunəsi deyil. Mən şəxsən özümə bu ortamda tanıdığım hansısa bir "münsifin" münasibətini, qiymətini vermək istəyini rəva görməzdim. Məsələn, Azərbaycanda bu gün özündən deyən ən maraqlı bildiyiniz bir yazar göstərin görüm, mənim "surda gizlənən səs" ramonuma, "Ağğğbaaağğğ" ramonuma (ramon janrı Xanəmirin özünəməxsus janrdır. C. C) öz ədəbi əxlaqı səviyyəsində qiymət verməyi bacarsın. Bu gün adi oxucu tanıyıram ki, sizin yazar dediyiniz, adına "münsiflər heyəti" dediyiniz o yazarları özlərinin söz demə, yazma, əsər təhlil etmə bacarığıyla yeyərlər.

Ancaq bu o demək deyil ki, Xanəmirin əleyhinə olduğu nəysə, həyata keçirilməməlidir. Mən məqsəd və məramın bu şölənlərin ədəbiyyatımız üçün xeyirli olacağını o zaman deyə bilərəm ki, yaşadığımız zaman çərçivəsində ədəbiyyat adına atılan hər bir addım şəxsi münsibətlərdən çox-çox uzaq olaraq sənətin ehkamlarınının başına ip salmasın, mənəviyyatları pisliklərə çevirməsinlər. Bir-iki yazar nəyi isə açıq deyirsə, demək ki, ortalıqda problem var. Hesab edirəm ki, oyunu quranlar da, oyunu oynayanlar da, mənim kimilərinin hələ ki, bu ölkədə qurbanlarından başqa bir şey deyillər.
Hər kəsə öz işıqlı və qaramat məqsədində uğurlar diləyirəm”.

Gənc yazar, Çölçülər Ədəbiyyat Mərkəzinin başqanı Şahlar Ruhi ötən MKM-ə qatılmadığı kimi, bu MKM-ə də qatılmayacaq:

“Xüsusi bir hadisə olmasa, MKM-ə qatılmayacağam. Çünki mən ədəbi müsabiqələri məntiqsiz hesab edirəm. Məntiqsiz bir şeyi analiz etmək gülüncdür”.

Kənan Hacı: “Müsabiqəyə qatılmağı düşünürəm”

Gənc rəssam və yazar Fərhad Yalquzaq MKM-ə qatılmaq arzusundadır:

“MKM-ə qatılmağı düşünürəm, ancaq hələ nə ilə qatılacağımı qət etməmişəm. Hələ zaman var, bir şey hazırlayıb təqdim edəcəyəm. O ki qaldı gözləntilərimə... açığı hər
Kənan Hacı
Kənan Hacı
şeyin obyektiv keçəcəyinə o qədər də inamım yoxdur, Azərbaycan reallıqlarını bilirəm. Ancaq yenə də balaca bir ümid var ki, az da olsa obyektivlik olacaq... digər tərəfdən, hər kəs qalib olmaq istəyir və öz əsərinin buna layiq olduğunu düşünür və bunun özü də subyektiv bir amildir. Odur ki çalışıb yaxşı əsər təqdim etmək lazımdır, qalanını, necə deyərlər, buraxaq münsiflər heyətinin vicdanına...”

Yazıçı Kənan Hacı da MKM-ə qatılmağa qərar verən yazarlar arasındadır:

“Ötən il MKM haqda tənqidi fikirlərimi mətbuatda yazmışdım. Amma çox şükür ki, ədalətli seçim oldu. Münsiflərdə ədəbiyyatı bilən adamlar vardı. Bu il də münsiflərdə ədalətinə inandığım insanlar var. Sabir Rüstəmxanlı, Əkrəm Əylisli kimi yazıçıların münsiflərdə yer alması məni bir az ümidləndirir. Müsabiqəyə qatılmağı düşünürəm”.

Gənc yazar Zaur Qəriboğlu ədəbi müsabiqələri mənasız hesab etsə də, bu müsabiqəyə qatılacaq:

“Heç vaxt bu musabiqəyə qatılmaq fikrində olmamışam, amma bəlkə, bu il qoşuldum. Nə gözlədiyimə qaldıqda isə bu gedişatdan asılıdır. Uğurlar diləyək, başlasın, görək, nə olur.”

Gənc yazar Şəbnəm Karslı isə MKM-ə qatılmaqda tərəddüdlüdür:

“MKM haqqında yenilikləri mətbuatdan oxudum. Düzünü deyim ki, fikirlərim qarışıqdır. Qərar verməkdə çətinlik çəkirəm. Yəqin ki, dostlarımın məsləhətlərinə ehtityacım olacaq.”

Xatırladaq ki, bu il üçüncüsü baş tutan Milli Kitab Mükafatı Azərbaycanda ədəbiyyat sahəsində ən böyük layihə hesab olunur. MKM 2009-cu ildə "Əli və Nino" Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində mediada və cəmiyyətdə çox geniş rezonans doğurub.

Cəlil Cavanşir
publika.az
XS
SM
MD
LG