Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:29

Nigar Duyğu. Ağlarkən gülməyi öyrəndim


-

Ağlarkən gülməyi öyrəndim

Sevməsini öyrəndim,
mənə sevilməyi öyrədən olmadı...

Sədaqəti öyrəndim,
xəyanəti öyrənə bilmədim.

Könül almayı öyrəndim..
qəlb qırmağı öyrənə bilmədim..

Sevməyi öyrəndim..
əl uzatmağı, xoşbəxtliyə doğru qaçmağı,
bəzən sevgilidən sevgi dilənməyi, əl açmağı öyrəndim...

Yaxama tikdiyim sevgimi,
canım ağrısa da qoparmağı,
Haqsızlara susmağımı öyrəndim.

ən böyük haqsızlığı sən etdin mənə,
sevə-sevə ayrılmağı,
sevgisiz yaşamğı,
Tikanı oxşamağı öyrəndim.

Yaşarkən ölümü,
Sevgini öldürməyi öyrəndim.

Sensizliyi,
Gedənə uğur diləməyi öyrəndim.

Həyatın qara üzünə ağ, ağ üzünə qara sərməyi,
Layiq olmayanı sevməyi,
Sevərkən ölməyi,
Ağlarkən gülməyi öyrəndim.
XS
SM
MD
LG