Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:45

İran tarixində ən dəhşətli zəlzələlər


İranın Şərqi Azərbaycan vilayətində zəlzələnin törətdiyi dağıntı, 12 avqust, 2012.
İranın Şərqi Azərbaycan vilayətində zəlzələnin törətdiyi dağıntı, 12 avqust, 2012.
-

Damğan zəlzələsində 200 min, Ərdəbil zəlzələsində 150 min. Təbriz zəlzələsində isə 77 min nəfər insan tələf olmuşdu...


Xəzərin cənub sahillərinə yaxın ərazilər dünyanın seysmik cəhətdən ən aktiv zonalarındandır. İran tarixində ən güclü zəlzələlər də burda olub.

Avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş verən, 200-dən çox insanın ölümünə səbəb olan, Azərbaycan Respublikasının cənub rayonlarında da hiss edilən zəlzələ bunu bir daha yada saldı.

Əlbəttə, lap qədim zamanları nəzərə almasaq, İran tarixində ən dəhşətli zəlzələ 856-cı il dekabrın 22-də baş vermiş Damğan zəlzələsi sayılır.

Tarixdə altı ən güclü zəlzələdən biri sayılan, Xəzər dənizinin cənub sahillərinə yaxın ərazilərdə baş vermiş və gücü təqribən 7,9 bal olmuş həmin təbii fəlakət zamanı 200 minəcən insan tələf olmuşdu.

Onların 45 mini yalnız Damğanda ölmüşdü. Zəlzələnin episentri Damğan şəhəri yaxınlığında idi. Damğanın yarısı, Bastam şəhərinin üçdə biri yerlə yeksan olmuşdu.

Bundan başqa o zaman Parfiya dövlətinin paytaxtı olan və indi Şəhre-Qumis adlanan Hekatompilos dağılmış, Ahevanu, Astan, Taş və Şahrud şəhərləri ziyan görmüşdü.

Ümumilikdə, zəlzələ 350 kim-lik bir ərazidə dağıntılara səbəb olmuş, kəndlərdə də böyük tələfat olmuşdu.

ƏRDƏBİL VƏ TƏBRİZ...

İran tarixində ikinci ən güclü zəlzələ 893-cü il martın 23-də Ərdəbili yerlə bir edib. 150 minəcən insan həyatını itirib. Bu zəlzələ haqqında məlumatlar ziddiyyətlidir.

Əgər tarixi
Bəm şəhəri zəlzələdən əvvəl
Bəm şəhəri zəlzələdən əvvəl
mənbələrin yazdıqları dəqiqdirsə, Ərdəbil zəlzələsi bu ölü sayı ilə dünya tarixində 9-cu ən dəhşətli zəlzələ sayıla bilər.

1997-ci ildə Ərdəbili silkələyən zəlzələ isə 1100 nəfərin həyatına son qoymuşdu.

Təbrizin tarixində böyük insan tələfatına səbəb olmuş iki zəlzələ olub. Onlardan biri 1042-ci ildə baş verib. Təxminən 40 min insan həyatını itirib. 1727-ci il noyabrın 18-də baş vermiş zəlzələ isə daha dəhşətli olub. Şəhəri tamamilə dağıdan təbii fəlakət zamanı ölü sayı 77 minə çatıb. Zəlzələnin episentri Təbrizə yaxın olub.

Bəm şəhəri zəlzələdən sonra
Bəm şəhəri zəlzələdən sonra
20-ci əsrdə İranda ən dəhşətli zəlzələ də Xəzərin cənub sahillərinə yaxın baş verib. 1990-cı il iyunun 20-də Mancil, Rudbar, Luşan şəhərləri və 700 kəndi dağıdan zəlzələnin qurbanlarının çox olması (təx. 40 min) həm də təbii fəlakətin gecə saat 00 30-da, sakinlərin çoxunun yatdığı zaman baş verməsi ilə bağlı idi. Yarım milyon insan evsiz qalmışdı.

21-ci əsrdə İranda baş vermiş ən güclü zəlzələ 2003-cü ilin Bəm fəlakətidir (tələfat: 30 min nəfər). Bəm İranın cənub-şərqində yerləşir. İnsan tələfatının çoxluğu həm də həmin ərazidə evlərin çoxunun palçıqdan tikilməsi, zəlzələyə davamsız olması ilə bağlı idi.

İran tarixində ölkənin şərqində baş vermiş ən güclü zəlzələ 1978-ci ilin Tabas zəlzələsi (tələfat: 15 min adam), ölkənin mərkəzində baş vermiş ən güclü zəlzələ isə 1755-ci ilin Kaşan zəlzələsi sayılır (ölü sayı: 40 min).

İranda tələfatla nəticələnmiş zəlzələlərin siyahısı burda
XS
SM
MD
LG