Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:25

Ədalət Əsgəroğlu. Yenə düyün-düyün qarışıb halın...


-

Yenə düyün-düyün qarışıb halın,
Belə bir təhərsən, dünya, a dünya!
Rəbbinə qul oldum, asi olmadım,
Nə hesab çəkərsən, dünya, a dünya!

Məni qəm oynadır yerimdən, neynim,
Qəm ilə açılır, tutulur eynim.
Yandım şam ömrümü pərvanə deyin,
Gördüm ki, şəkərsən, dünya, a dünya!

Zalım zülm eyləyib şahanə gəzir,
Bir deyil, yüz edib, daha nə gəzir?
Yoxsa can almağa bəhanə gəzir,
Niyə, bixəbərsən, dünya, a dünya!

Düşdü Əsgəroğlum çox qəsdləriynən,
Daş atıb baş yaran ya bəxtləriynən...
Durdum, yıxılmadım, bu dərdləriynən,
Məndənmi bezarsan, dünya, a dünya!
XS
SM
MD
LG