Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:27

Ədalət Əsgəroğlu. Karvan-karvan can üşüdən zavalnan...


-

Karvan-karvan can üşüdən zavalnan,
Hara gedib çıxa billəm bu halnan.
İnnən belə denən zurna-qavalnan,
Hayın getdi, vayın qaldı, Ədalət.

Qərib durna qanadının lələyi,
Ağ-qara yaz viran olmuş ürəyi.
Sözə çəkin üzü dönmüş fələyi,
Zalım gördüm əl qanın içində.

Zalım gördüm əli qanın içində,
Bəla verdi, diri yandım içində.
Saç ağartdım bircə anın içində,
Hayı getdi, vayı qaldı ömrümün.

Hayı getdi, vayı qaldı ömrümün,
Dost gözündə payı qaldı ömrümün.
Qışa məhrəm yayı qaldı ömrümün
Dedi məni yava dillər, ay aman!

Dedi məni yava dillər, ay aman!
Yedi məni qara günlər, nə yaman!
Dildən olsun görüm məni qınayan!
Qəmlər məni çürütməsin, neyləsin!

Qəmlər məni çürütməsin, neyləsin?
Açsın yükün, düymələsin heybəsin.
Mən dadmışam cəhənnəmin meyvəsin,
Cənnət quşu gədaların öyündə.

Cənnət quşu gədaların öyündə,
Allı-güllü köynəkləri əyində...
Adım gəzir indi hansı löyündə?
Hayın getdi, vayın qaldı, Ədalət.
XS
SM
MD
LG