Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:32

Sayman Aruz. Azərbaycan


-

Azərbaycan!
Sən də nazlan,
Sən də qırcan!
Tale tərsə fırlananda,
Gül də dönüb xarə dönər!

Ey toprağı ləli mərcan! evim yoxdur,
Deyəndə də Evin-Evin* sürüyürlər,
Qandallayıb,
Güllələyib,
Toprağına bürüyürlər.
Işim yoxdu,
Eşim yoxdu.
Mənim cibim-
Kafelər tək...
Azadlığım səndən böyük,
Səndən yüksək...
Rusu qoyub,
Farsı qoyub,
Sən mənəmi qırcanırsan!?
Sən Quzeydən Güneyədək
Kölgə kimi uzanırsan,
Nefti satıb qazanırsan,
Qızıl satıb qazanırsan,
Utanırsan , utanmırsan!
Amma mənim ovuc qədər sənim yoxdu!
Sənin məndən çox varındı,
Mənim səndən heç yoxumdu.
Nə Səttarxan,
Nə Bağırxan,
Nə də müasir yaranan
Arıq-cığaz millətçilər
Səni mənə vermədilər.
Qaranlığın döyüşünə çox getdilər,
Amma geri gəlmədilər.
Yaddaşımdan silinməyə az qalırsan,
Yadlaşırsan!
Dincəlməyin vaxtı deyil,
Sümüyümüzlə ney çalan,
Səni sağan, məni sağan,
Saçımızı qamçılayan,
Qolumuzu qayçılayan,
Hey kökəlir, hey dikəlir,
Toprağında əlsiz-ayaqsız kölələr,
Qara xuliqanlar əkir!
Artıq səni aparmağa,
Nə qol qalır,
Nə də ki, əl.
Dur ayağa yubanırsan
Dur ay kişi!
Tez ol dirçəl!
Səninləyəm Azərbaycan!

__________
*Evin: Tehranda zindan adıdır!
XS
SM
MD
LG