Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

"Ulduz"un iyul sayı Aysel Əlizadənin redaktorluğu ilə çıxdı


-

Aysel Əlizadə:

“Elə ilk olaraq jurnalın üz qabığını dəyişdirdik və gənc müəlliflərin şəkillərini yerləşdirdik”


“Ulduz” jurnalının iyul nömrəsini Azərbaycanın gənc yazarları hazırlayıb. Artıq işıq üzü görən jurnalın hazırlanmasına rəhbərliyi Aysel Əlizadə edib.

“Qafqazinfo” saytına “Ulduz”un yeni nömrəsini təqdim edən A. Əlizadə nömrədə 23 gənc müəllifə yer verildiyini bildirib. O, jurnalda publisistik yazıların, tərcümələrin, şeirlərin, müsahibələrin və sorğu materialının yer aldığını deyib: “Gənc müəlliflərlə birlikdə hazırladığımız bu buraxılışa yeniliklər etdik. Elə ilk olaraq jurnalın üz qabığını dəyişdirdik və gənc müəlliflərin şəkillərini yerləşdirdik. Arxa tərəfində isə İranda həbs olunan iki şairimizin şəkillərini və onların yaradıcılığından nümunələr təqdim etdik. Bir neçə imza isə sırf tapıntıdır. Onları ilk dəfə biz çap etdik və düşünürəm ki, bu işi bacardıq” .

A. Əlizadə “Bu işi davam etdirə bilərsinizmi” sualına da “Əlbəttə, “Ulduz” özümüz çıxarda bilərik. Burada heç bir problem yoxdur” .

Qeyd edək ki, “Ulduz” jurnalının sözügedən nömrəsini gənclər hazırlasa da, bu barədə jurnalda heç bir arayış verilməyib.

Jurnalın növbəti sayını da gənclər buraxacaq. Bu dəfə Kəramət Böyükçölün rəhbərliyi ilə.

Sədan
XS
SM
MD
LG