Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Londona qızıl medal ardıyca... [Video]


İdmançılar Londona yola salındı
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00
Direct-ə keçid

İdmançılar Londona yola salındı

-
XXX Yay Olimpiya oyunlarında iştirak edəcək idmançıların ilk qrupu iyulun 24-də Londona yola düşüb. İdmançıları musiqi sədaları altında rəsmi şəxslər, azarkeşlər və ailə üzvləri yola salıblar.

ELNUR MƏMMƏDLİ: «LONDONA QIZIL MEDALIN DALINCA GEDİRİK»

İlk qarşılaşdığım cüdo üzrə Pekin olimpiadasının qalibi Elnur Məmmədli oldu. Onu yola salanlar arasında ikiyaşlı oğlu da var idi:
Elnur Məmmədli
Elnur Məmmədli

«Londona qızıl medalın dalınca gedirik. İnşallah, gedək Londondan qızılı götürüb qayıdaq vətənə».

Elnur Məmmədlinin məşqçisi Yaşar Allahverdi də çox ümidli görünürdü. O, təkcə Elnur Məmmədlidən deyil, Londona yollanan bütün cüdoçulardan nəticə gözlədiyini bildirdi:

«Mən hamısından nəticə gözləyirəm. Allah eləsin, hamısı çempion olsun».

İKİ CÜDOÇU XANIMIN İDDİASI

London olimpiadasına lisenziya qazanan 8 cüdoçudan ikisi xanımdır. Onlardan biri Ramilə Usubova, digəri isə Kifayət Qasımovadır. Ramilə Usubova deyir ki, xanımların sayı az olduğu üçün onlar kişi cüdoçulardan daha çox məsuliyyət daşıyırlar:

«Bizə çox məsuliyyət düşür. 6 oğlandır, 2 qız. Bu baxımdan iki qıza daha çox məsuliyyət düşür».

İLK YOLA SALINAN İDMANÇILAR

London olimpiadasına lisenziya qazanan 8 cüdoçudan ikisi xanımdır. Kifayət Qasımova
London olimpiadasına lisenziya qazanan 8 cüdoçudan ikisi xanımdır. Kifayət Qasımova
Gənclər və İdman Nazirliyinin sözçüsü Səmayə Məmmədovanın AzadlıqRadiosuna dediyinə görə, iyulun 24-də ilk yola salınan idmançılar atletlər, boksçular, üzgüçülər, qılınc oynadanlar, güllə atıcıları və cüdoçulardır. Onlar avqustun 4-ə qədər davam edəcək yarışlarda iştirak edəcəklər:

«İdmançılar, məşqçilər, rəsmilər və jurnalistlər birlikdə bu gün Londona haradasa 100 nəfərə qədər adam gedir. Mərhələ-mərhələ Azərbaycandan idmançılar yola salınacaq».

İdmançıların növbəti qrupu Londona avqustun 4-də yola salınacaq.

NÜMAYƏNDƏ HEYƏTİNİN HƏKİMİ: ZƏDƏLİ İDMANÇIMIZ YOXDUR

London olimpiadasına gedən Azərbaycan nümayəndə heyətinin həkimi Kamil İsgəndərov idmançıların səhhətində hər hansı problem olmadığını deyir:

«Hər şey yaxşıdır, lazım olan təlim-məşq toplantısını keçiblər. Zədələri yoxdur. Hamısı döyüşkən ruhdadırlar».

Fikirlərini öyrəndiyimiz paytaxt Bakı sakinləri isə ən yaxşı nəticələri güləşçilərdən, boksçulardan və cüdoçulardan
Kamil İsgəndərov: «Zədələri yoxdur. Hamısı döyüşkən ruhdadırlar».
Kamil İsgəndərov: «Zədələri yoxdur. Hamısı döyüşkən ruhdadırlar».
gözləyirlər.

BAKILILAR İDMANÇILARDAN NƏ GÖZLƏYİR?

- Güləş, cüdo və boks üzrə qızıl medal yəqin ki, olar.

- Komanda oyunlarında bizim idmançılar o qədər də yaxşı deyil. Amma ola bilər güləş və cüdo üzrə medallar olsun.

- Bizimkilər həmişə güləşdə birinci yer tutur. Gözləyirəm də, görək nə olur? Uğurlar arzulayıram.

- Mənə elə gəlir ki, Elnur Məmmədli ötən olimpiyadakı uğurunu bu dəfə də təkrar edəcək.

EKSPERT RƏYİ

İdman şərhçisi Sərxan Musalı hesab edir ki, 53 idmançıdan çoxu ilk dəfə olimpiya oyunlarında iştirak etdiyindən, onların yüksək nəticələr göstərməsi xeyli çətin olacaq. Amma ənənəvi idman növlərindən - güləş, cüdo və boksdan yüksək nəticələrin ola biləcəyini
«Güləşdə xüsusən medal gözləniləndir»
«Güləşdə xüsusən medal gözləniləndir»
proqnozlaşdırır:

«Güləşdə xüsusən medal gözləniləndir. Cüdoda Elnur Məmmədli ola bilər ikinci dəfə olimpiya çempionu olsun. Azərbaycan idmançıları qarşısında minimum hədəf kimi 9 medal qoyulub. Amma mən hesab edirəm ki, medalların sayı haradasa 11-12 ola bilər. Bir az utopik səslənsə də, mən 4-5 qızıl medal gözləyirəm. Hər halda, son Dünya və Avropa çempionatlarında göstərilən nəticələrə əsaslanaraq belə hesab edirəm».

İDMANÇILARA GÖRƏ BAKI-LONDON REYSİNİN VAXTI DƏYİŞİB

Hava limanından onu da öyrəndim ki, iyulun 24-də idmançılara görə Bakı-London reysində dəyişiklik edilib. Həmişəkindən fərqli olaraq uçuş vaxtı 4 saat 15 dəqiqə qabağa çəkilib. Nəticədə 17:55-də yola düşməli olan təyyarə 13:40-da Londona istiqamət götürüb.

XXX Yay Olimpiya Oyunlarında Azərbaycan 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunacaq.
2012 Olimpiya Oyunlarının medalları
2012 Olimpiya Oyunlarının medalları
Müstəqillik dövründə ilk dəfədir Azərbaycan belə böyük heyətlə olimpiya oyunlarına qatılır. Bundan başqa, olimpiadada Azərbaycanı 5 hakim də təmsil edəcək.

Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 27-də olacaq. 16 gün davam edəcək yarışlarda 200-dən çox ölkədən 10 minədək idmançı 302 medal komplekti uğrunda mübarizə aparacaq.

VƏD EDİLƏN MÜKAFATLAR

Prezident İlham Əliyevin sərəncamı ilə olimpiadada 1-ci yeri tutan idmançıya 400 min, 2-ci yeri tutanlara 200 min, 3-cü yeri tutan idmançılara isə 100 min manat mükafat veriləcək.
XS
SM
MD
LG