Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Zəlimxan Yaqub "Peyğəmbər" (Poemadan parça)


-

BİR İŞIQ DOĞULUB GƏLDİ DÜNYAYA
(Peyğəmbərin doğumu)

Arzu uja idi
ümid mötəbər,
Duyğular getdikjə
çözələnirdi.
Xəbər gözləyirdi
dünya şad xəbər,
Səs-səs, nəfəs-nəfəs
təzələnirdi.
Jahillik insanın
fajiəsiydi,
Nadanlıq tarixin
baş qəhrəmanı.
Anjaq xilas yolu
haqqın səsiydi,
Qaramat basmışdı
əsri, zamanı.
Yol yoxdu haqq yolu
tutub getməyə,
Jəhalət dünyası
dağılmalıydı
Köhnə fikirləri
alt-üst etməyə
Ruhun xilaskarı
doğulmalıydı.
Tanrını tanıyan,
haqqa yüksələn,
Bir məqam gəzirdi
xalqın niyyəti.
"Tövrat"da səslənən,
"İnjil"dən gələn
Mücdə gözləyirdi
bəşəriyyəti!
Adəmin dilində
adı səslənən,
“Əhməd” gəlməliydi
dünya üzünə.
Duyğuda yetişən,
ruhda bəslənən,
Rəhmət gəlməliydi
dünya üzünə.
İtirib ruhunu,
qalmışdı darda,
Bu dünya özünü
tanımalıydı.
Qibləsi hardadı,
Zəmzəmi harda,
Bulağın gözünü
tanımalıydı!
Dərmansız ağrıyan,
məlhəmsiz qalan,
Qövr edən yaralar
bitişməliydi.
Bütün zamanları
sahmana salan
Zamanın sahibi
yetişməliydi.
Tapıldı ən dərin
dərdin əlajı,
Gəldi, xoş niyyətin
xəbəri gəldi.
Gözlərin işığı,
başların tajı,
Qolların qüvvəti,
təpəri gəldi.
Min illər keçmişdi
o vaxtdan bəri,
Həzrət İbrahimin
duasıydı o1!
Mələklər qatında
dillər əzbəri,
Əminə ananın
röyasıydı o2!
Bir işıq doğulub
gəldi dünyaya,
Gün bazar ertəsi,
ay Nisan ayı.
Yaydı ziyasını
Günəşə, Aya
Tanrının vergisi,
Allahın payı.
Körpə bir vüjudda
nələr var, nələr.
O, Ay parçasıydı,
nur topasıydı.
İşıqsız ürəklər,
tutqun çöhrələr,
Onun gəlişiylə
nur tapasıydı.
Duyğular sirdaşı,
könüllər yarı,
Jənnət bağçasında
uçan quşdu o.
Barmağı tuşlanıb
göylərə sarı,
Tanrıya səjdədə
doğulmuşdu o1!
Göydəmi kəsildi
göbəyi onun?
Dünyaya göbəyi
kəsili gəldi.
Əvvəlin, axırın
əzəlin, sonun,
Bütün diləklərin
hasili gəldi.
O günün tarixi
şərəfli, şanlı,
Allaha imanı
ürəyindədi.
Peyğəmbər möhürlü,
Rəsul nişanlı
"Hatəmi-Nübüvvət"
kürəyindədi.
Eşqini gül kimi
dərdilər onun,
Sözünü eşq dedi,
məhəbbət dedi.
Adını göylərdə
verdilər onun,
Bir səs pıçıldadı,
"Məhəmməd" dedi.
Yerdə peyğəmbərim
doğulan kimi,
Göydə bir peyğəmbər
ulduzu doğdu.
Nuru qujaqladı
yeddi iqlimi,
Gur yanan işıqlar
zülməti boğdu.
O sirli nəfəsə
hey qulaq asdı,
Gördü ətri güldü,
nəfəsi çiçək.
Süveybə1 anamız
bağrına basdı
Körpə Məhəmmədi
öz balası tək.
Çəkdi diqqətini
doğmanın, yadın,
Beləjə ötüşdü
vaxt da, vədə də.
Həzrəti Həmzəyə
süd verən qadın,
Süd verdi körpəjə
Məhəmmədə də!
Həlimə2 ananın
kasıb daxması
Onun gəlişiylə
aşıb-daşırdı.
Toy-düyün olurdu
ələmi, yası,
Bərəkət bu evlə
doğmalaşırdı.
Gah meh tərpədirdi,
gah sərin külək,
Bulud qanadını
gərirdi göyə.
Onu qoruyurdu
göz-bəbəyitək
Səhranın istisi
vurmasın deyə.
Məhəmməd qədəmi
hara toxunur,
Məhəmməd nəfəsi
hara dəyirdi —
Orda güllər açır,
xalı toxunur,
Ora jənnət kimi
gülümsəyirdi.
Göylər verilmişdi
ixtiyarına,
Onun hökmündəydi
çaylar, dəryalar.
Odlu baxışları
gəlir karına
Yağışdan doyurdu
qumlu səhralar!
Janından jan verdi
Həlimə ana,
Böyütdü beş-altı
yaşına qədər.
Sevdi Məhəmmədi
tər çiçək kimi,
Öpdü kirpiyinə,
qaşına qədər.

Seçdi Yaradanım
sıradan onu,
Mələklər səslədi
Hiradan onu.
Beləjə yaratdı
Yaradan onu,
Alnında aydınlıq,
üzündə həya,
Məhəbbət doğulub
gəldi dünyaya!
Yerlərin ləngəri,
göylərin qatı,
Zamanın ən şirin
vaxtı, saatı.
Həyatın jövhəri,
dinin həyatı,
Saflıqdan yük tutdu,
halaldan maya.
Ünsiyyət doğulub
gəldi dünyaya!
Dillərin
"Allahu-Əkbər"indədir,
Sözlərin yükündə,
ləngərindədir.
İslamın həmişə
səngərindədir,
Dar gündə
Xızırtək yetişdi haya,
Jəsarət doğulub
gəldi dünyaya!
Yağdırana şükür,
yağana şükür,
Damlanın içinə
sığana şükür.
Doğulana şükür,
doğana şükür.
Min şükür zamana,
həftəyə, aya,
Məhəmməd doğulub
gəldi dünyaya!
Həqiqət doğulub
gəldi dünyaya!!!

ZAHİRİ GÖRMƏK ASAN,
BATİNDƏN NƏ BİLİRSƏN?


...Bu yolu tutub gedən haqqa yetişər.
(Yasin surəsi-3)


Hansı gejədə gəldi,
nurlandırdı yuxumu,
Hardan düşdü qəlbimə
bu arzunun toxumu?
Mələklər asta-asta
nejə qondu çiynimə,
Nur dağının işığı
nejə düşdü beynimə?
Məni havalandıran
istək – həvəs nədir,
Uzaqdan qulağıma
dolan gələn səs nədir?
Bu nə külək səsidir,
nə tar, nə də ney səsi,
Nə şikayət səsidir, nə də bir giley səsi.
Bu nə bir iniltidir,
nə də kaman səsləri,
Allah özü göndərir,
qəlbə daman səsləri!
Bunlar adi səs deyil,
söz səsidir, söz səsi,
Hər damlanın öz rəngi,
öz ahəngi, öz səsi,
Səs sözü gətirəjək,
söz "Quran"ı, ayəti,
Mələklər danışajaq
min dürlü hekayəti.
Bu duyğular içində
mən də işıq saçıram,
"Peyğəmbər"dən danışıb,
"Quran"dan söz açıram.
Ey qələmim əsmə sən!
Fikirləş dönə-dönə,
fikirləş, tələsmə sən!
Peyğəmbərdən söz açsan
buyruğu haqdan gərək.
Məhəbbətin "Quran"dan,
güjün torpaqdan gərək!
Adəmnən Məhəmmədə
sənələrjə yol gələn,
Mərifət dəryasında
gur suları bol gələn,
Nuru, hökmü, işığı
heç zaman azalmayan,
Daima yollar gedən,
anjaq yolda qalmayan,
İslam adlı imanda
müqəddəs qaynaq apan,
Namaz adlı sütunda
sarsılmaz dayaq tapan,
İbrahimə, Yaquba,
Yusifə, İsmayıla,
Gün kimi agah olan,
Mənzili, mərtəbəsi
ən uja dərgah olan,
İslam adı daşıyan
bu dindən nə bilirsən?
Zahiri görmək asan,
batindən nə bilirsən?
Öyrənə bilmisənmi
Əminə anamızın
jövhərini, əslini?
Tanıya bilmisənmi
Əbdülmüttəlib1 oğlu
Abdullahın nəslini?
İçdikləri sərin su
hansı bulaqdan gəlir,
Hansı qatdan süzülür,
hansı torpaqdan gəlir?
Zəmzəm adi çeşmədir,
yoxsa dirilik suyu?
Nejə əfsanələşdi
Qupquru səhralara
həyat verən bir quyu?
Suya təşnə ürək nə,
quruyan dodaq nədir?
Qızıl qumlu səhrada
qaynayan bulaq nədir?
“Quran”ın ruhundakı
sehrli avaz nədir?
Tutulan oruj nədir,
qılınan namaz nədir?
Peyğəmbər Məhəmmədin
neçə sirli adı var?
Neçə kökü, budağı,
neçə qol-qanadı var?
Məkkə nədir, Kəbə nə,
Kəbədəki daş nədir?
Din yolunda şəhidlik,
haqq üçün savaş nədir?
Öyrənə bilmisənmi
mələklərin dilini?
Mələklərdən güj alan
fələklərin dilini?
Yox müəllim, yox ustad,
yox məktəb, yox ədrəsə,
Ata-ana sarıdan
yetim qalan bir kəsə,
Ata üzü görməyən,
Doyunja anasına
ürəyini verməyən,
Qırx yaşında oğula
Peyğəmbərlik qatında
vergini verən Allah,
Nə üçün Məhəmmədə
"peyğəmbərimsən", – dedi.
"Göydə göyümsən"- dedi,
"yerdə yerimsən", – dedi.
Sual sual dalınja,
javab axtarır, javab,
Sual verməyə nə var,
oğulsan javabı tap!
Düşündükjə bunları
biz-biz olur tüklərim,
Azdı, min dəfə azdı
Bu suallar önündə
Mənim öyrəndiklərim,
mənim düşündüklərim!!!
Götürdüyüm yük ağır,
girdiyim meydan geniş,
Mənzilə varmaq üçün
min yoxuş var, min eniş.
Sərt yoxuşlar çıxanda,
polad dizim bükülsə,
Uçrumları enəndə,
eniş üstümə gülsə,
Bu yükü götürməyə
əgər güjüm çatmasa,
Ürəyimdən keçəni
ilhamım yaratmasa,
Məni sevindirməsə
bu zaman, bu ərəfə,
Zəhmətim çatdırmasa
ömrümü bu şərəfə,
Bəxtimi yarıtmasa
bu yolda arzum, kamım,
Ya susub şairliyim,
ya da susub ilhamım.
Mənə güj ver, Allahım!
Enişləri enməyə,
yoxuşları çıxmağa,
Yazdığım bu əsərlə
Həzrəti Məhəmmədin
əllərini sıxmağa!
Peyğəmbərdən yazıram,
eşqi dayağım olsun!
Onun arxalandığı
Nur dağı dağım olsun!


RƏSMİNDƏ RƏSMİMİZİ
YAŞADAN SÜBHAN NƏDİR?


İlk salamı ilk dəfə
kim verdi mələklərə,
Adəm ata deyilən
ilk qədim insan nədir?
Ruhla palçıq qovuşdu,
nəfəslə bədən oldu,
İlk insanı yolundan
çıxardan şeytan nədir?
Niyə yaradan Nuhu
tufanlara vermədi,
Nuh qövmünü batıran
qasırğa, tufan nədir?
Qırx gün ün yağmuruyla
nə deyirdi Yaradan?
Bir gəmiyə yüklənən
quş, böjək, heyvan nədir?
Qarışqayla dil tapan,
quşlar ilə danışan,
Yerə-göyə hökm edən
Həzrət Süleyman nədir?
Həzrəti İbrahimi od
niyə yandırmadı,
Atəşlərin içində
gülən gülüstan nədir?

PEYĞƏMBƏRİN ÜRƏYİ

Ağ libaslı iki adam qar dolu qızıl bir ləyəndə yanıma

gəldilər. Məni tutub köksümü yardılar. Qəlbimin

içindən qara və laxtalanmış bir qan parçasını çıxarıb atdılar!

Hz. Peyğəmbər

(M. Asim Köksal, İslam tarixi, II jild, səh. 39)


Gül-çiçək naxışlı
göy çəmənlərin,
Ulduz haşiyəli
üfüqlərin də,
Göylərə dirənən
ağ zirvələrin,
Günəş təmtəraqlı
şəfəqlərin də,
Dolu dənizlərin,
dəli çayların,
Yerin də, göyün də,
asimanın da,
Əski tarixlərin,
yeni çağların,
Hər günün, saatın,
hər zamanın da,
Dillərin, dinlərin,
təriqətlərin,
Qadir Allahın da,
Peyğəmbərin də,
Sevinjin, şadlığın,
toy-düyünlərin,
Hər jür ayrılığın,
dərdi-sərin də,
Birjə mərkəzi var,
birjə mərkəzi —
Ünvanı ürəkdi,
adı ürəkdi,
Ulu Yaradanın
yaratdıqları
Nə varsa hər şeyin
dadı ürəkdi.
Payızın, baharın,
çiçəyin, qarın,
Rəngi, təravəti,
ətri ürəkdir.
Bütün sevənlərin,
sevilənlərin,
Sevgisi, istəyi,
xətri ürəkdir.
Alim ürəyində
düyğu, düşünjə,
Qazi ürəyində
Vətən sevgisi,
Qazi ürəyində
hərarət yaşar.
Jəllad ürəyində
qan hərisliyi,
Aşiq ürəyində
məhəbbət yaşar.
Ürəklər içində
bir ürək də var,
İşığı Tanrıdan,
hünəri haqdan.
Eşqi, möjüzəsi
min illər boyu
Silinməz könüldən,
düşməz dodaqdan.
Peyğəmbər ürəyi –
nur içində nur.

Məhəbbət, mərhəmət,
əzəmət, qürur!
Peyğəmbər ürəyi –
qədimdən qədim.
Mən onun sehrinə
dalmaq, düşünmək,
Mən onun sirrini
bilmək istədim.
İlk dəfə dünyanın
ilk peyğəmbəri
Adəmin köksündə
döyünüb ürək.
Allahın, bəndənin
məhəbbətinə
Sirdaş olmasıyla
öyünüb ürək.
İbrahim ürəyi,
Musa ürəyi,
İsmayıl ürəyi,
İsa ürəyi,
Dünya nizamlanıb,
sahmana düşüb,
Taxt qurub ən böyük
ürəklər üstə.
Çalıb havasını,
deyib sözünü,
Ən şirin arzular,
diləklər üstə.
Məhəmməd böyüyür
bir məhəllədə,
Zaman gələjəyə
səsləyir onu.
Hələ yanındadı
süd anasının,
Ana doğmasıtək
bəsləyir onu.
Hər gün gözlərinin
üstə saxlayır
Bilir ki, yetimdi,
anası yoxdur.
Körpələr sevgiylə
böyüməlidir,
Sevgisiz həyatın
mənası yoxdur.
Çəkir qayğısını
ulu bir zatın,
Onun süd anası
Həlimə Xatın.
O hardan bilsin ki,
kimə süd verir
O nədən bilsin ki,
böyüyən kimdi?
Sultandı, çobandı
yoxsa alimdi,
Bir dinə özüldü,
himdi böyüyən
Hələ çoxlarının
xəbəri yoxdur,
Beş-altı yaşında
körpədir hələ.
Görənlər nə gözəl
uşaqdır deyir,
Heyrətlə başını
tərpədir hələ.
Bir gün süd qardaşı
Abdullah ilə
Quzu otarırdı
çöldə Məhəmməd.
Möjüzə baş verdi,
birdən möjüzə,
Göydənmi atıldı,
yerdənmi çıxdı,
O iki ərmişlə
gəldi üz-üzə.
Ağ libas geyinən
bu iki nəfər,
Məhəmməd özünə
gələnə qədər
Torpağın üstünə
yıxdılar onu.
Əlini, qolunu
tutub, saxlayıb,
Yüngüljə torpağa
sıxdılar onu.
Dünyanın ən mahir
jərrahlarıydı,
Yardılar köksünü
bir an içində.
Yardılar körpənin
ürəyini də,
Bir ürək çırpındı
bir jan içində.
Qapqara qan vardı
qəlbin içində,
Gözə görünürdü
bir ləkə kimi.
O şeytan qanıydı,
atılmasaydı,
Qalardı ürəkdə
təhlükə kimi!
Qarın suyu ilə
arındırdılar.
Körpə ürəyini
qoyub yerinə
Körpə bala kimi
barındırdılar.
Qardan pak eləyib
qəlbi, ürəyi,
Çatdılar müqəddəs
diləklərinə!
Tanrı göndərmişdi
Məhəmməd üçün,
Belə buyurmuşdu
mələklərinə:
Gedin, Məhəmmədin
yarın köksünü,
Qəlbinin içində
bir laxta qan var,
Qoy bilsin indidən,
onun qəlbini
Şeytanın qanından
bir qurtaran var!
Peyğəmbər ürəyi
təmizdən təmiz,
Qar kimi ağdan da
ağ olmalıdır.
Təbiətdə ipək,
xislətdə mələk,

Görkəmdə möhtəşəm
dağ olmalıdır!
Şeytandır dünyanın
evlər yıxanı,
Şeytandı dünyanın
ara vuranı.
Şeytanı içindən
atdırmasaydım,
Göndərə bilməzdim
ona "Quran"ı!!!
Ləkəli ürəklə,
havalı başla,
Dünyanı sahmana
salmaq çətindir.
Əgər gedirsənsə
sabaha doğru,
Şeytanla baş-başa
qalmaq çətindir. Mən onu qovmuşam
öz dərgahımdan,
Atmışam qəlbindən
peyğəmbərin də.
Onun fitvasıyla,
şeytanlığıyla,
Nə qədər gəmilər
batdı dərində.
Ən şirin arzuya,
diləyə çatmaq,
Taleyi güldürüb,
ömrü uzatmaq,
Duyan könüllərdə
nur kimi qalmaq,
Tanrı dərgahına
qalxıb ujalmaq,
Dünyanı tufandan,
xilas eləmək,
İnsanı şeytandan
xilas eləmək,
Sevginin üstündə
qurub həyatı,
Nur ilə doldurub
bu kainatı,
Ürəkdə haqq odu
qalamaq üçün,
Sevgini sevgiyə
jalamaq üçün,
Peyğəmbər ürəyi
gərəkdir mənə!
Allah sevgisiylə
daşan, qaynayan,
Bir bəşər ürəyi
gərəkdir mənə!!!

PEYĞƏMBƏR YAŞINA ÇATANA QƏDƏR

Onun gəlişindən
qabağa düşdü
Ata ayrılığı,
ana həsrəti.
Dünyada kədərlə,
qəmlə görüşdü,
Gördü körpəlikdən
hər məşəqqəti.
Ata deyiləndə
doldu gözləri,
Ana deyiləndə
yandı sözləri.
Əriş-arğaj oldu
baxışlarında,
Dərdin jığırları,
qəmin izləri.
Ata kölgəsindən
əli çıxan kəs,
Əmi kölgəsinə
pənah gətirdi.
Ürəklər yandırdı
çəkilən nəfəs
Qəlbində bir ağrı,
bir ah gətirdi.
Qan-qada da gördü,
savaş da gördü,
Savaşlar içində
qan-yaş da gördü.
Onu az güldürüb
çox ağlatdılar,
Həyəjan da gördü,
təlaş da gördü.
Bütə tapınanlar,
haqdan sapanlar,
Ağajdan, taxtadan
Allah yapanlar,
Körpə sinəsinə
köz basdıranlar,
Yerə diri-diri
qız basdıranlar,
Şeytanla dost olub,
şərə varanlar,
Jansız əşyalarda
jan axtaranlar,
Zülmü biləklərdə
zənjir edənlər,
Əxlaqı, vijdanı
təhqir edənlər,
Günaha bələnib,
küfrə batanlar,
İnsanı kölətək
alıb-satanlar,
Ona zaman-zaman
əzab verirdi.
Qəlbində suallar
sıralanırdı,
Bütün sorğulara
javab verirdi.
Heç vaxt qoşulmadı
pis adətlərə,
Meylini vermədi
nəhs adətlərə.
Ana təbiətin
vergisi kimi
Alnında müqəddəs
nuru saxladı.
Ürəyi, idrakı,
ağlı, vijdanı,
Zirvə qarı kimi
duru saxladı.
Ürəkdə məhəbbət
nəfəsdə sevgi,
Duyub eşitdiyi
hər səsdə sevgi.
Varlığı aləmə
ətir payladı,
Sevildi güllərin
butası kimi.
Birliyə çağırdı
doğmanı, yadı,
Əxlaq dünyasının
atası kimi.
Hamının qəlbinə,
ruhuna yatdı,
Yatmış vijdanları
nurla oyatdı.
İnsanın əşrəfi
həddinə yetdi,
Peyğəmbər yaşına
çatana qədər.
Zamanın bətnində,
vaxtın janında,
Bir işıq, bir ziya
hazırlanırdı.
Ulu peyğəmbərlər
kəhkəşanında
Xatəmül-Ənbiya
hazırlanırdı.
Arzular dalınja
səhralar gəzər,
Səfərə çıxardı
Məkkədən Şama.
Yerlərə, göylərə
yetirib nəzər,
Həmsöhbət olardı,
sirdaş olardı,
Ulduzlu gejəyə,
Aylı axşama.
Dünyanın dərdinə
ortaq olurdu,
Dünyanın qəmindən
keçib gedirdi.
Tanrı məqamında
qərar tutmağa
Məhəmməd Əmindən
keçib gəlirdi.
Aylarla yorğunluq,
İllərlə zəhmət,
Qəflə karvan-karvan
yük aparırdı.
Dünyanın yükünü
javan Məhəmməd
Qəlbində daşıyıb
tək aparırdı.
Gözü tox, nəfsi tox,
nəfəsi halal,
Saflıqda ad alıb,
ün qazanırdı.
Özündən xəbərsiz
peyğəmbərliyə
Ömür qazanırdı,
gün qazanırdı.
Nə qədər arzuya,
diləyə çatdı,
Səsi ərşə çatdı,
fələyə çatdı.
Mərtəbə-mərtəbə
mələyə çatdı,
Peyğəmbər yaşına
çatana qədər.
Beləjə yaşadı,
çiçək ömrünü,
Beləjə yaşadı
mələk ömrünü.
Beləjə uzatdı
gödək ömrünü,
Mürşidim, əfəndim,
ərənim mənim.
Qurutdu gözlərin
axan yaşını,
Kəsdi tayfaların
sərt savaşını.
Müqəddəs Kəbənin
qara daşını
Yenidən Kəbəyə
hörənim mənim.
Nurdan ayrılmadı
nurlu həyatda,
Haqq tapdı kamını
o uja zatda.
Batinin altında,
yeddinji qatda,
Yeni bir batini
görənim mənim.
Ruhu ipək olub,
qəlbi zər olub,
Hər sözü bu gün də
təzə-tər olub.
Qırx ilin başında
peyğəmbər olub,
Peyğəmbər çiçəyi
dərənim mənim.

XƏLVƏT

Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir.

(Davar surəsi -59)
Allahını tanımayan insanların səjdəsinə heç
vaxt mələk gəlməz.
(Hədisi-Şərif)


Bağban nejə dolanırsa
bardan ötrü, bağ başına,
O da elə dolanırdı,
çox sevdiyi dağ başına.
Sirdaşıydı, həmdəmiydi
dağda fikir, daşda fikir,
Onu rahat buraxmırdı
ürəkdə od, başda fikir.
Düşünjələr alovunda
bir şam kimi əriyirdi,
Fikir ilə yatıb durur,
fikir ilə yeriyirdi.
Səs verirdi gələn səsə,
bir tərəfə çəkilirdi,
Girirdi bir daş qəfəsə
bir tərəfə çəkilirdi.
Alnında Allahın nuru,
Sevgisi çeşmədən duru,
Qəlbində eşqin uğuru,
bir xəlvətə çəkilirdi.
O xəlvətə çəkildikjə
Mələklərin nidasıyla
məhəbbətə çəkilirdi.
Fikri, zikri, düşünjəsi,
yayınmırdı dağa-daşa.
Pıçıltıda haqqı tapır,
həqiqətə çəkilirdi,
Baxdığı tək Kəbə idi,
hər gün Kəbəyə baxırdı.
Bir Allaha əyan idi,
Məhəmməd niyə baxırdı,
Məhəmməd nəyə baxırdı,
Sirr özüydü, sirr Allahı,
bir xəlvətə çəkilirdi.
Bir özüydü, bir Allahı,
o xəlvətə çəkilirdi.
Xəlvətə çəkilən kimsə
çöldən içə doğru gedər,
Əzizlənər, təmizlənər,
durar günahdan yuxarı,
Bədən ruhun xidmətçisi,
ruh bədənin qayğıkeşi,
Qaldırar öz sahibini ağrıdan,
ahdan yuxarı.
Xəlvətə açdı sirrini,
xəlvətdə tapdı yerini,
Şahlar onun ayaq tozu,
o durub şahdan yuxarı.

Peyğəmbərəm deyən kimsə
onu əməldə göstərər,
Nəfsinə sultanlıq elər,
çıxar tamahdan yuxarı.
Könül adlı bir sarayda
yapdırırdı yapısını,
Yaradana tapşırırdı
qəlb evinin qapısını.

Qəlb evinə qapı açan
içində jənnət gəzdirər.
Dilində söz xəzinəsi,
sehrli sərvət gəzdirər.
Ürək bu dünyadan böyük,
ürəksiz dünyaya bir yük,
Ruhu sönməz olan kəslər
janda məhəbbət əzdirər.
Allah ilə dost olanın
yolu qırılmaz yarıda,
Yeddi qatdan yetmiş qata
keçər mərtəbə-mərtəbə.
Ən istəkli peyğəmbərin
bəxtinə Meraj yazılar,
Mənzilləri, məkanları
seçər mərtəbə-mərtəbə.
Allah özü əzizləyər
ən sevimli bəndəsini,
Bəndə onun eşqi ilə
uçar mərtəbə-mərtəbə.
Tanrı dostu olanlara
göylər açar qapısını,
Məhəbbət öz işığını
saçar mərtəbə-mərtəbə.
Hirada yeri xəlvətdi,
haqq sirdaşı Məhəmməddi,
Bəndə onun eşqi ilə
uçar mərtəbə-mərtəbə.
Mən də görmək istəyirəm
xəlvətdəki gizlinləri,
Peyğəmbərim işarəylə
mələyi göstərir mənə.

Allah birdi deyə-deyə

inanjına doğru gedir,
Boylanır Tanrıya sarı,
fələyi göstərir mənə.

Külək gözə görünmür ki,
tutam onun axasından,
O, göz ilə görünməyən
küləyi göstərir mənə.

Mən onun durduğu yerdə
yanmış qayalar örürəm,
O, qayanın yaxasında
çiçəyi göstərir mənə.

* * *

Məni arxasınja
bir səs apardı,
Bu səsdən güjümü
alınja getdim.
Düzdə dayanmadım,
dağda durmadım,
Axırınjı nəfəs
qalınja getdim.
Qəlbimə, ruhuma
Nur yağa-yağa
Baxdım Hira adlı
müqəddəs dağa.
Səsi anlamağa, sözü duymağa
Ən böyük arzunun
dalınja getdim.
Hara boylanıram,
hara baxıram,
Gözümün önünə
Yaradan gəlir.
Allah kəlamını
alıb mələkdən,
Peyğəmbər qayıdıb
Hiradan gəlir.
Yer də jilvələnir,
göy də, Günəş də,
Torpağa jan gəlib,
daşa jan gəlib.
Yazılıb alnına
peyğəmbər olmaq,
Hökmü, tapşırığı
Allahdan gəlib.
Sevgisi çəkiyə,
ölçüyə gəlməz,
Böyükdü dünyanın
ölçüsü kimi.
Gəlir kainatın əfəndisitək,
Gəlir Yaradanın
elçisi kimi!
Kitabla qayıdır
kitabsız gedən,
Gətirir "Ələq"in
Beş ayətini1.
Bütün yer üzünə
Yaymaq istəyir,
Bütün zamanların hekayətini.

"Oxu!" nidasıyla
başlanır həyat,
Eşqi qujaqlayır
bütün varlığı.
Onunçün dünyada
müsəlman olmaq,
Dünyanın ən böyük bəxtiyarlığı.
Salam yağışıdır
başından yağan,
Kitabın şahını gətirib gəlir.
Yerin ləngərini,
göyün sirrini,
Dinin sabahını
gətirib gəlir.
Sevgiylə dolmuşdu
çiçəklər, otlar,
Çəmənlər ətriylə
salam verirdi.
Səjdəyə gəlmişdi
göydən buludlar,
Allahın xətriylə
salam verirdi.
Saysızdı sayğılar,
salamlaşmalar,
Salam dağ salamı,
daş salamıydı.
Ona Allahının
verdiyi salam
Bütün salamların
baş salamıydı.
Gejikmiş olsam da
düz on dörd əsr,
Mən də qoşuluram
o salamlara.
Mən də qoşuluram
o gələn günü
Yanan çıraqlara
yanan şamlara.
Nur dağı dönmüşdü
bir xəzinəyə,
Peyğəmbər ürəyi
dolu gedirdi.
İbrahim, İsmayıl,
İshaq getdiyi,
Adəm başladığı
yolu gedirdi.
Hər qaya gözündə
məbədə dönür,
Uja göylər kimi
dolub gedirdi.
Gəlmişdi bu dağa
Məhəmməd kimi,
Bu dağdan Peyğəmbər
olub gedirdi.
Ayağı toxunan
qum dənəsi də
Özünü dağlardan
uja sayırdı.
Üfüq də, Günəş də,
Ulduz da, Ay da,
Məhəmməd nurunu
qujaqlayırdı.
Gejələr deyirdi:
Ay sənə qurban,
Gündüzlər deyirdi:
Günəş sənindi.
Buludlar deyirdi:
yağışlar, sular,
Səhralar deyirdi:
atəş sənindi.
Qaranlıq dünyada
qəndil, çilçıraq,
Qovrulan səhraya
gur yağışdı o!
Qırx yaşla təzəjə
qarşılaşsa da,
Bəlkə də qırx minil
yaşamışdı o!
"Oxu!" - Demişdilər
ona "Quran"ı,
Əlifdən başlayıb,
beydən gəlirdi.
"Oxu!" - Demişdilər
ona dünyanı,
Yer oğlu evinə
göydən gəlirdi.
Səslər də, sözlər də,
pıçıltılar da,
Ruhuna sərinlik
səpirdi onun.
Üfüqlər başına
sığal çəkirdi,
Torpaq ayağından
öpürdü onun.
Ata sevgisinə
həsrət qalanda,
Ana sevgisindən
əli çıxanda,
Uşaqtək hönkürüb
ağlamışdı o,
Ömrünü, gününü,
təbiətini,
Tanrı dərgahına
bağlamışdı o!
O gün Əminənin
torpağı nurdu,
O gün Abdullahın
məzarı işıq.
Onların yarımçıq
qalan ömrünü
Peyğəmbər elədi
haqqa yaraşıq.
İkinji Günəşi
doğdu dünyanın,
Günəş sevinirdi
tək olmayajaq.
Daha indən belə
zülmət, jəhalət,
Bəşər varlığına
yük olmayajaq!
Paslı beyinlərə
fikir, hərəkət,
Günsüz ürəklərə
gün gətirirdi.
Dinsiz olanları
dinə çatdırıb
Dünyaya təzə bir
din gətirirdi.
Bu ədalət dini,
bu, ixlas dini,
Bu, iman diniydi,
insaf diniydi.
İmanlar içində
ən mükəmməli,
Dinlərin içində
ən saf diniydi.

NUR DAĞININ MƏHƏMMƏDƏ SALAMI

Eşidilən səsə,
yetişən ünə,
Sənin bu dünyaya
gəldiyin günə,
Səni yaradanın
böyüklüyünə,
Bizdən salam olsun
Ya Rəsulallah!
Yazılan dəftərə,
yazan qələmə,
Dilində səslənən
sözə, kəlama,
Sənin qazandığın
haqqı-salama
Bizdən salam olsun,
Ya Rəsulallah!
Tanrıdan başına
qoyulan taja,
Qalxıb ujaldığın
sirli Meraja,
Öpdüyün Kəbəyə,
getdiyin Haja,
Bizdən salam olsun,
Ya Rəsulallah!
Saçına əl çəkən
mehə, küləyə,
Başına dolanan
çərxi-fələyə,
Adını dilində
tutan mələyə,
Bizdən salam olsun,
Ya Rəsulallah!
Şirin ülfətinə,
şirin mehrinə,
Alnında parlayan
nurun sehrinə,
İdrak zirvəsinə,
“Quran” möhrünə,
Bizdən salam olsun
Ya Rəsulallah!
Gejələr qəlbində
alışan şama,
Haqqın əllərindən
içdiyin jama,
Külli kainata, küllü
islama,
Bizdən salam olsun,
Ya Rəsulallah!
Bizdən salam olsun,
Ya Rəsulallah!

PEYĞƏMBƏRƏ UJA VƏHYİ, ŞAİRƏ İLHAM VERDİLƏR

Ya Peyğəmbər! Həqiqətən biz sənə kövsər
jənnətin kövsər irmağını və ya bol nemət, yaxud
Quran, peyğəmbərlik bəxş etdik!

(Əl-Kövsər surəsi, ayə 1)


Şirin-dərin yuxudaydım,
sevgi dolu jam verdilər,
Dedim, hər yer qaranlıqdı,
yandırmağa şam verdilər.
Hər sözümə, söhbətimə
bir şirinlik qatmaq üçün
Yaradanın süfrəsindən
dad verdilər, tam verdilər.
"Al bu qələm, bu da kağız",
Peyğəmbərə üz tut – deyib
Tükənməz bir həyat eşqi,
sönməz bir inam verdilər.
Göy üzünün nemətləri
yer üzünə paylananda,
Peyğəmbərə uja vəhyi,
şairə ilham verdilər.
Allah verən o vergidən
bir damla da mən götürdüm,
Zəmisindən sünbül yığdım,
sünbülündən dən götürdüm.
Həyəjanlı ürəyimdə
nur dənizi dalğalandı,
Qısılmadım, basılmadım,
meydanımı gen götürdüm.
O sərvəti alan gündən
haqq tərəfə yol gedirəm,
Eldən-elə, yoldan-yola,
səfdən-səfə yol
edirəm,
Dildə zikrim, başda fikrim,
ruhda şükrüm qanadlanır,
Çatmaq üçün ən müqəddəs
bir şərəfə, yol gedirəm.
Məkkə gördüm, Kəbə gördüm.
Kəbədəki daşı gördüm,
Qara daşın yaddaşında
saya gəlməz yaşı gördüm.
Yaradanı dərk edəni
müdrik insan, kamil ustad,
Yaradana xor baxanın
gözlərində çaşı gördüm.
Qədimlərdə peyğəmbərə
Əbu-Ləhəb atan daşı
Gözümüzün qabağında
yenə atır nadan, naşı.
Ləkələmək istədilər
Günəş boyda həqiqəti,
Anjaq ləkə götürmədi
həqiqətin daş yaddaşı!
Bir tərəfdə sevgi, barış,
bir tərəfdə kin yaşadı,
Məhəbbətə tapınanlar
yüz yaşadı, min yaşadı.
İslam adlı ujalığı
qadağalar yıxammadı,
Ən şərəfsiz kafir öldü,
ən şərəfli din yaşadı.
Haqq nuruna çatmaq üçün
bu eşqimi göyə yazdım,
Nadanlığı döymək üçün
haqqı öyə-öyə yazdım.
Arxalandım Allahıma
Peyğəmbərlə görüşməkçün,
Çağırdım Qadir Allahı,
Allah deyə-deyə yazdım.
Bu qismətdi, Peyğəmbərə
ayə kimi gələn qismət,
Sahibinə yetişəndə
"şükür" deyib gülən qismət.
Ağzındakı son tikəni,
dilindəki son kəlməni,
Arzularla, diləklərlə,
insanlarla bölən qismət.
"Quran" ali bir nemətdi,
Peyğəmbərə qismət olub,
Mən yazdığım "Peyğəmbər"di,
o da qismət, bu da qismət.
Hökmü haqdan verilməsə
bəndə bir iş görə bilməz
Udduğumuz bu hava da,
içdiyimiz su da qismət.
Üzünü Allaha tutan
nigaranlıq keçirməsin,
Haqq aşiqi olanların
sorağı jənnətdən gələr.
Döşünə döyməsin insan,
hər alnın öz yazısı var,
Nə getsə qismətdən gedər,
nə gəlsə qismətdən gəlir.
Ey Yaradan! İltimas et
bu qismətə şükür deyim,
Harda olsam, hara varsam
ordan gələn səs ismətim.
Nə bulaqdı, nə şəlalə,
nə çaydı, nə joşan
əniz,
Eşitdiyim ünlərə bax,
sükut dostum, pəs qismətim!
Külüngünü tutan tutdu,
qayasını çapan çapdı,
Dünyasını bir gözəlin
dünyasında gedib tapdı.
Mənə qalan bir qələmdi,
bir ilhamdı, bir kitabdı,
Yaradanım nə veribsə
mənə bəsdir, bəs qismətim.
Quş budağa, ağaj kökə,
arılar şana bağlandı,
Jan jana körpülər saldı,
jahan jahana bağlandı.
Şükür haqqın qismətinə,
gəldi "Quran"a ağlandı,
Mənim ulu, mənim uja,
mənim müqəddəs qismətim!

SƏHRADAKI QUM DƏNƏSİ SAL AYADAN NİŞANƏDİ

Elə bir insan yoxdur ki, onun üstündə
bir gözətçi mələk olmasın.
(Ət-Tariq sürəsi-4)


Peyğəmbərdən yazırsansa,
yazdığın anı dərk elə,
Könlünü aç mələklərə,
yerdə insanı dərk elə.
Min-min kitab yazılsa da,
başı bir kitaba bağlı,
Min-min kitab oxusan da,
əvvəl "Quran"ı dərk elə.
Yollar da çox, yoxuşlar da,
hansı yoldu sənin yolun,
Doğru səmtə varmaq üçün
yolu-ərkanı dərk elə
Dağı yarar, daşı kəsər,
Haqq sözünü qılınj əsməz,
İsmayılın eşqi ilə
enən qurbanı dərk elə.
Azan özü nə danışır,
nə söyləyir insanlara,
Doğan günü, batan ayı,
sökülən danı dərk elə.
Bədən ruhla, işıq gözlə,
baş ağılla gözəlləşər,
İmandı qəlbin işığı,
dini, imanı dərk elə.
Məzlum kimdir, zülmkar kim,
jənnət nədir, jəhənnəm nə,
Ölüm-dirim yollarında
tökülən qanı dərk elə.
Haqqın varmı haq yolunda
qələmini çalmaq üçün,
Nəfsi öldür, tamahı boğ,
ağlı, vijdanı dərk elə.
Səhradakı qum dənəsi
sal qayadan nişanədir,
Zərrəyə bax, bir zərrədə
bir kəhkaşanı dərk elə.
Jəsarətin çatajaqmı
dağı yerdən qaldırmağa,
Özünə bax, qəlbindəki
güjü, imkanı dərk elə.
Hər ağ üzdə bir Günəş var,
hər könüldə bir atəş var.
Bax Peyğəmbər jamalına,
bütün jahanı dərk elə.

ALLAHIM, ÖZÜN MƏNİ GÜNAHLARDAN TƏMİZLƏ

Günahlardan, küfrdən təmizlənən
nijat tapajaqdır!
(Əl-Əla surəsi-14)


Batdığım bir günah varsa,
savaba çevir, Allahım!
Sualların aç sirrini,
javaba çevir, Allahım!
Dodağımdan çıxan dua
küləklərə yem olmasın.
Köçür onu yaddaşlara
kitaba çevir, Allahım!
Mənəm eşqin kitabını
jani-dildən yazan bu ün,
Hər sözümə bir avaz ver,
rübaba çevir, Allahım!
Ürəyimdən keçənləri
varaqlara köçürməsəm
Yandır bağrım tikə-tikə
kababa çevir, Allahım!

* * *

Bu gün günah tutmuşam,
azdı, çoxdu nə fərqi,
Allahım, özün məni
günahlardan təmizlə!
Hər günah insan üçün
bir ahdı, bir ağrıdı,
Məni bu ağrılardan,
bu ahlardan təmizlə.
Şeytan aldadıb məni,
nəfsə əsir olmuşam, Nəfsimi, nəfəsimi
tamahlardan təmizlə.
Mən ki, heç vaxt, heç zaman
bütpərəst olmamışam,
İçərimi bütlərdən,
ilahlardan təmizlə.
İnsanın ürəyini
nəfs adlı timsah yedi,
Sən bizim içimizi
timsahlardan təmizlə.
Könülləri hiylədən,
gözü kindən təmizlə,
Göydə mələklər gəzir,
yeri jindən təmizlə.
Yalan deyən dilləri
yalanlardan təmizlə,
Ruhu talançılardan,
talanlardan təmizlə.
Məsəldi, qurd ağıjı
çəkib içindən yeyər,
Amandı, içimizi
ajgöz qurddan təmizlə.
O, əslini, kökünü
unudan manqurt olar,
Sən bizim ruhumuzu
bu manqurtdan təmizlə.
Əli halala öyrət,
yapışmasın haramdan,
Məlhəm qoy, əlaj elə
qan axmasın yaramdan.
Paklıq Allah işidir,
verdiyi paydan gəlir,
duruluq bərəkətdi,
çeşmədən, çaydan gəlir.
Allahım, odu küldən,
suyu lildən təmizlə,
Pak et insan qəlbini,
Onu əyri əməldən,
ajı dildən təmizlə.
Xaini paxıllıqdan,
xəyanətdən təmizlə,
Jahili arif elə,
jəhalətdən təmizlə.
Yazıqdı bəşər oğlu!
Ona birjə sifət ver,
min sifətdən təmizlə.
Mənə Məhəmməd ömrü,
övliya taleyi ver,
Azadlıq eşqi göndər,
əsarətdən təmizlə.
Bu eşqlə gejə-gündüz
alışıram, yanıram,
Ölürəm, dirilirəm,
yatıram, oyanıram.
Nöqtəsini qoyanda
yamanlığın, pisliyin,
Köklərini kəsəndə
böhtanın, xəbisliyin,
Ürək təmiz olanda,
Sevgi dəniz olanda,
Allaha istəyimiz
jandan əziz olanda,
Peyğəmbərə sevgimiz
qaynar bulaq olanda,
İnsan xeyrə bağlanıb
şərdən uzaq olanda,
Ürəkdə yandıranda
məhəbbətin odunu,
Dilimizdən siləndə
hər jür dedi-qodunu,
Zülmət gejələr belə
işıqlanar, dan olar,
içərimiz küfrə yox,
işığa meydan olar.
Xoş əmələ güvənib
qüvvət, nijat taparıq,
Bu dünya içində də
nurlu həyat taparıq.
Daha da işıqlanar,
göydən enən kəlamlar,
Peyğəmbərə yetişər
verdiyimiz salamlar!

MÖJÜZƏLƏR DÖVRÜNƏ O BİR MÖJÜZƏ GƏLDİ

Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə sizə: "Bizə nə bir jənnətdə mücdələyən, nə də jəhənnəm əzabı ilə qorxudan gəldi!" - deməməyiniz üçün Peyğəmbərim Məhəmməd gəldi. Artıq sizə mücdə verən və qorxudan şəxs gəlmişdir.
Allah hər şeyə qadirdir.
(Əl-Maidə surəsi, ayə 19)


Ulu Tanrı insan üçün
görün nələr yaratdı,
Ağıllara sığışmayan
möjüzələr yaratdı.
İlk dəfə bir insan kimi
o Adəmi yaratdı.
Möjüzələrlə dolu
bir aləmi yaratdı.
O, atadan olmadı,
doğulmadı anadan,
Onu belə yaratdı Tanrı,
başdan, binadan
Ağaj ilana döndü,
ilan isə əsaya.
Verdi möjüzəsini
o Həzrəti Musaya.
Gəldi neçə möjüzə —
Həzrət İsaya gəldi.
O bir peyğəmbər kimi
seçildi, saya gəldi.
Min illərdi, elə bil
dünya ona tanışdı,
Beşiyində dil açdı,
bələyində danışdı.
Bəndənin üzərində
olsa haqqın nəzəri,
Balığın qarnında da
Sağ-salamat saxlayar
Yunustək peyğəmbəri!
Təfəkkürdə, ağılda
nələr yaratdı, nələr.
Məhəmməd zamanında
yaranan möjüzələr,
Ujalan sarayları
çəkilən bir ah yıxar.
Könül evi yıxanın
evini Allah yıxar.
Fili nə sərt enişlər,
nə sərt yoxuşlar yıxar,
Əgər Allah istəsə
filləri quşlar yıxar.
Allahın əmrindədir
göy üzünün quşları,
Əgər Allah istəsə
Kəbə yıxmaq istəyən
Əbrəhələr1 başına
o yağdırar daşları!
Bu da bir möjüzədir.
Haqqa düşmən olana
nifrət möjüzəsidir.
Allahın öz evinə
rəğbət möjüzəsidir.
Ən böyük möjüzəsini
Məhəmmədə göndərən,
"Quran"la fikirləri
gülüstana döndərən,
Qadiri-qüdrət olan
Yaradandı, Yaradan!
Böyük möjüzələri
o endirər yerlərə,
Ən böyük dərdləri də
o qaldırar aradan.
Dünyaya gələn kimi
nurla göz-gözə gəldi,
Möjüzələr dövrünə
o bir möjüzə gəldi.
O qədər nurlandı ki,
yollar, izlər, jığırlar,
Min ilin köhnəsi də
hamıya təzə gəldi.
Yağıştək səpələdi
ulduzlar işığını,
Göylər yerlərə verdi
o gün yaraşığını.
Haqq sözü əzizlədi
öz yetim uşağını,
Onu ziyarət üçün
dağ endi, düzə gəldi,
Möjüzələr dövrünə
o bir möjüzə gəldi.
Kürəyində görəndə
peyğəmbərlik möhrünü,
Doğmaları çoxaltdı
ülfətini, mehrini,
O bir nur parçasıydı,
açdı könül səhrini,
Baş endirdi önündə,
zirvələr düzə gəldi.
Möjüzələr dövrünə
o bir möjüzə gəldi.
Yayıldı bu xoş xəbər
haqqa, ərşə zəminə,
Elə bil son qoyuldu
bu dünyanın qəminə.
Arzular qanadında
ujalanda Əminə
Ananın bu sevinji
çoxaldı yüzə gəldi,
Möjüzələr dövrünə
o bir möjüzə gəldi.
Dedi gərək indidən
o seçilə, sayıla,
Adı, səsi-sorağı
yer üzünə yayıla.
Allahın tapşırığı
yetişdi Jəbrayıla,
Mələk ilə Məhəmməd
o gün üz-üzə gəldi.
Möjüzələr dövrünə
o bir möjüzə gəldi.

AND OLSUN QƏLƏMƏ

And olsun qələmə və yazdıqlarına.
(Qələm surəsi- 68)
O Rəbbin ki, qələmlə yazmaq öyrətdi.
(Ələq surəsi - 96)


O qələm ki, tarixlərə
şərəf yazıb şan yazıb,
O qələm ki, gözəlliyin
eşqinə fərman yazıb,
O qələm ki, naxış vurub
yaddaşına dünyanın
O qələm ki, göydə mələk,
yerdə də insan yazıb,
O qələm ki, insanları
fələklərə qaldırıb,
O qələm ki, bəxtimizə
jənnəti-rizvan yazıb,
O qələm ki, ərş üzünə
"İlliyunu" nəqş edib,
O qələm ki, Tanrı tutub,
xaliqi-sübhan yazıb
And içirəm o mübarək,
o müqəddəs qələmə.
And içirəm bizi yoxdan
var eləyən aləmə.
And içirəm qələmdəki
yazıların rənginə,
"And olsun səhər çağı
hüjum edən atlara1"
And olsun jihad üçün
çırpınan qanadlara,
And olsun "Quran" üstə
səslənən avazlara,
And olsun gündə beş vaxt
qılınan namazlara,
And olsun vədəsində
verilən zəkatlara,
And olsun İlahidən
gələn mükafatlara
Ey mənim Peyğəmbərim!!!
Fikrim, zikrim əzbərim!!!
Hər zaman səninkidir
ruhum, sevinjim, qəmim,
Sən deyəni yazajaq
mənim dürüst qələmim.
Heç yerdə, heç bir zaman
yolunu azmayajaq,
Həqiqətdən gəlməyən
bir kəlmə yazmayajaq.
Eşqinlə əriyəjək
buzlu yolların donu,
Elm Çində də olsa
tapajağam mən onu.
"Oxu!" - Deyilən elmi
oxuyub varaq-varaq,
Eşqinlə alışajaq
hər ürəkdə şam-çıraq!
Şeytanların fitnəsi
göynətməsin bağrını,
Özün qurtarajaqsan
hər əzabı, ağrını.
Görsək də haqsız yerə
İslamın bostanına
hərdən atılan daşı,
Bütöv dinim, tam dinim,
ey mənim sağlam dinim,
Əymə kafir önündə
haqqa əyilən başı!
...Şumerlər Asiyadan
qaldıranda səsini,
Yayanda yer üzünə
elmin təntənəsini,
Neçə qədim əsrdən,
Neçə sirli qəsrdən,
Qədim Dəjlə Fəratdan,
Türküstandan, Misirdən,
Dünya aydın görəndə
oyanan intibahı,
Hələ açılmamışdı
Avropanın sabahı!..
Qərb şirin yuxudaydı
Şərq ayağa duranda,
Qərb rəngi tanımırdı
Şərq naxışlar yaradıb,
kəşanələr quranda!
İslam sevgi bəslədi
Özündən əvvəl gələn
kitablara, dinlərə.
Qəlbini, ürəyini
batırmadı kinlərə,
And olsun qələmə ki,
Türk-islam ellərinin
düşüb dərin eşqinə,
Müsəlmanın, islamın,
Peyğəmbərin eşqinə,
Nə şişirdib, artırıb,
nə də ki kəm yazajaq.
Ən böyük həqiqəti
Nə var olduğu kimi
bax, bu qələm
azajaq!!!

PEYĞƏMBƏR VƏ ŞAİRLƏR

Şairlərə, peyğəmbəri həjv edən müşrik və kafir şairlərə gəlinjə onlara yalnız azğınlar uyar. Anjaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa.
(Əş-Şüəra surəsi - 224-227)


Əsli, nəjabəti,
südü, sümüyü,
Şeytandan gəlmələr
həjv edər səni.
Xəmiri, mayası
şərdən yoğrulan,
Böhtandan gələnlər
həjv edər səni.
Xain tənəsindən,
xəbis dilindən,
Nankor toxumundan,
namərd əlindən,
Nanəjib qarnından,
naşı belindən,
Nadandan gələnlər
həjv edər səni.
İçi yamanlığın paxırı,
pası,
Yerlərə müxənnət,
göylərə asi.
Hərzə danışmağın
məkrin ustası,
Hədyandan gələnlər
həjv edər səni.
Gejə də, gündüz də
Allah evində,
Çırpınan ürəklər
vəsf edər səni.
Müqəddəs torpağın
qara bağrında
Yamyaşıl çiçəklər
vəsf edər səni.
Pətəkdə bal olar,
çiçəkdə şirə,
Çevrilər ojağa,
çevrilər pirə.
Yeddidən yetmişə,
birdən min birə,
Dövr edən fələklər
vəsf edər səni.
Oxuyar eşqinlə
qumrular, qular,
Açar qanadını
nurlu duyğular.
Çağlayan seşmələr,
qaynayan sular,
Qanadlı küləklər
vəsf edər səni.
İrfan məjlisinin
xonçası, xonu,
Əxlaqın libası,
həyatın donu.
Sonun əvvəlisən,
əvvəlin sonu,
Ən təmiz diləklər
vəsf edər səni.
Üzündən, gözündən
nur yağa-yağa,
Vurar naxışını
qaraya, ağa.
Allahın əmriylə
enər torpağa,
Müqəddəs mələklər
vəsf edər səni.
Şairlər başqa-başqa,
şairlər jürbəjürdü,
Biri sakit, ağıllı,
biri dəlidi, kürdü.
Biri Allah eşqini
öz başına taj eylər,
Ağrısına təsəlli,
dərdinə əlaj eylər.
Bir sözünü dəyişməz
min-min sərvətə, zərə,
Şükr edər Yaradana,
üz tutar peyğəmbərə.
Baxar ilahi sözə
"Quran" ayəsi kimi,
Duyar şerin səsini
Tanrının səsi kimi!
Dildən çıxan haqq sözü
ojaq bilər, pir bilər,
Tanrıya şəkk gətirməz,
Allahını bir bilər.
Şairlər başqa-başqa
şairlər jürbəjürdü,
Ona verilən ömrü
hər kəs bir yolla sürdü.
Biri başın töhməti,
üzümüzün qarası,
Düzlərin sərgərdanı,
çöllərin avarası.
Biri şeytana uyan
kafirlərin kafiri,
Biri Allah yolunun
ən nurlu müsafiri.
Birinin qələmindən
pas tökülər, kir yağar,
Birinin qələmindən,
od parlayar, nur yağar.
Şairlər var
axar ilan zəhəri,
Şairlər var, dilindən
həmişə "şükür" yağar.
Şairlər başqa-başqa,
şairlər jürbəjürdü,
Birinin dedikləri
saman çöpünə dəyməz,
Birinin dedikləri
ləldi, gövhərdi, dürdü.
Allaha qarşı çıxıb,
haqq üzünə ağ olan,
Kəlməbaşı hər sözü
təhqir olan, lağ olan,
Yaradana yox deyən,
Allaha inanmayan,
İlahi sevdasına
birjə dəfə yanmayan,
Şeytanı möhür kimi
ürəyinə həkk edən,
Ən böyük həqiqətin
varlığına şəkk edən,
Müsibət xəbərçisi,
fəlakət bayquşları,
Xəbislər, yarasalar
onların tay-tuşları.
Peyğəmbərin gözündən
tökmək üçün yaşları,
Tökmür, tökmək istəmir
ətəyindən daşları.
Ən yaramaz bir işi
özünə gərək bilən,
Həjvi, məkri, təhqiri
yol bilən, örnək bilən,
Bu müşrik şairlərin,
bu kafir şairlərin,
Jəhənnəmə əbədi
müsafir şairlərin,
Payını vermək üçün,
Onların iç üzünü
açıb göstərmək üçün,
Gəldi, vaxtında gəldi
"Quran"dakı ayələr.
Azğınlar yaxşı bilsin
Uzaq yol gedə bilməz,
çürükdürsə qayələr!
Ey mənim Peyğəmbərim!
Ey nurum, ey səhərim!
Sənə sataşanların,
həddini aşanların,
Atmaja atanların,
günaha batanların,
Adı, sanı, soyadı
Jəhənnəm nişanəli
nifrət dəftərindədir!
Rəhmətdən uzaq olan
lənət dəftərindədir!
Lənət ilə anılır
min dörd yüz ildən bəri,
Abdulla Əl-Zibəri!
İblis ürəklilərlə
çəkiləndə haqq-hesab,
Lənət ilə anılır
Hubayrad ibn Vahab.
Şairliyi kafirlik
xəmrəsində yoğuran,
Nəfəsi müsibətlər,
fajiələr doğuran,
Qəlbində jin yığnağı
çiynində günah yükü,
Bu kafir şairlərin
Bu günün özündə də
kəsilmək bilmir kökü.
İyrənj əməllərini
yaşadanlar var hələ,
Peyğəmbər bostanına
daş atanlar var hələ.
Kafir şairlər öldü,
anjaq kafirlik qalır,
Onların arasında
şeytani birlik qalır.
Nə tapdı, nə qazandı
dünənki Zibərilər,
Nə olsun ki, sonradan
döndü müsəlman oldu.
Müsəlman olanadək
püskürdüyü qan oldu.
Lənət kitabında,
bu gün Salman Rüşdülər,
Tarixin kitabına
ləkə kimi düşdülər!
Ey mənim Peyğəmbərim!
Taxtım, tajım, sərvərim!
Məndən salamlar olsun
Sənə iman gətirən
Həsən ibn Sabitə,
Abdullah ibn Kəbə.
Bu gün onların yeri
Yaradanın yanında
Ən möhtəşəm saraydı,
ən uja bir mərtəbə!
Zaman nurtək yaşatdı
Allaha, peyğəmbərə
nur, işıq şairləri!
Bu günün özündə də
Peyğəmbər məqamına
yaraşıq şairləri!
Rəhmətlə anır bəşər
Allahı, Peyğəmbəri
zikr edən şairləri,
Qatlandığı əzabda,
yaratdığı kitabda
Yaradana, Allaha
şükr edən şairləri!
Bu gün kim xatırlamır,
Ölümsüz Nizamini?
Əlişir Nəvaini,
Əbdürrəhman Jamini?
Bu gün kim xatırlamır
Jəlaləddin Rumini?
Min ildi Allah deyib,
“Məsnəvi”ylə titrədir
ürəklərin simini!
Bu gün kim xatırlamır
Yəsəvini, Yunisi,
Hajı Bəktaş Vəlini.
Bu böyük şairlərin
qoy üstündən çəkməsin
Yaradan öz əlini!
Bu gün kim xatırlamır
Məhəmməd Füzulini?
Nəsimi deyildimi
danışan quş dilini?!
Bu gün kim xatırlamır
Adı Peyğəmbər adlı Pakistanlı İqbalı?
Bu günün Mövlanası
ruhun jəhi-jəlalı?
Peyğəmbər ürəyinə
vəhyi göndərən Allah,
Şairə, sənətkara
sözü, ilhamı verdi.
Məhəbbət çeşməsini
onlara bağışladı,
Söz dolu bir dəryanı,
nur dolu jamı verdi.
Ey mənim Peyğəmbərim!
Şah sözüm, şah əsərim!
Mənim də millətimin
ən uja şairləri
şeyxləri, pirləri,
Müqəddəs əməliylə
sənin hizmətindədir!
Sənin xeyir-duanda,
sənin rəhmətindədir!
Abbasqulu Ağanın
ruhu bu gün uyuyur
"Vadeyi-Fatimə"də1.
Anamızın adını
daşıyan bir səhrada!
Rajinin ölməz ruhu
Qırmızı dənizdədir,
dalğalanır dəryada2!
Ürfan Çobanı Javid,
Sənin eşqinlə yazdı
yaratdı "Peyğəmbər"i!
Səni sevdiyi üçün
Yağdırdılar başına
min jür böhtanı, şəri!
Anjaq qələbə çalan
nə şeytan, nə şər oldu,
Qalan Javid Əfəndi,
bir də "Peyğəmbər" oldu!
Şeytanın şairləri
yenə şər yanındadır,
Tanrıya ujalanlar
Allahın dərgahında,
Peyğəmbər şairləri
Peyğəmbər yanındadır!
Ey mənim Peyğəmbərim!
Yüküm, çəkim, ləngərim!
Sənin xidmətindədir
ilahi səs şairi,
ruh və nəfəs şairi!
Bu gün bir şair də var,
könül və jan şairi.
Zəlimxan Yaqub kimi,
Azərbayjan şairi!
Türk ruhuna, islama
sədaqətin şairi!
Sənin çox bəyəndiyin
bir millətin şairi!
Yaradana səjdənin,
ibadətin şairi!
Nə böyük bəxtəvərlik!
Su kimi aydın, duru,
bal kimi şirin olmaq.
Od içində Zəmzəmin
suyutək sərin olmaq.
Sənin xidmətçin, qulun,
sənin şairin olmaq.
Ey mənim peyğəmbərim,
sənin şairinəm mən!
Üçünjü minilliyin
əvvəlidir, əvvəli,
Qəlbimdə sənin eşqin,
üstümdə haqqın əli.
Dərya sən, qəvvas mənəm,
qoynunda tapdım ləli,
Ey mənim peyğəmbərim,
sənin şairinəm mən!
Mən də könlümü verdim
haqqa yar şairlərə,
Bayrağını daşıyan
bayraqdar şairlərə.
Qoşulmadım birjə gün
qəlbi dar şairlərə,
Ey mənim peyğəmbərim,
sənin şairinəm mən!
Kimsənin bostanına
heç zaman daş atmadım,
Ömrümdə bir quşun da
dimdiyin qanatmadım.
Bir qəlbə toxunanda
şirin yuxu yatmadım,
Ey mənim peyğəmbərim,
sənin şairinəm mən!
Sənin dediklərini
başımda taj elədim,
Könlümün bağçasında
əriş-arğaj elədim.
Eşqini Kəbə bildim,
qəlbimi Haj elədim,
Ey mənim peyğəmbərim,
sənin şairinəm mən!!!

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG