Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Özbəkistan prezidentinin qızı xalqa toy edir


Özbəkistanda toy mərasimi
Özbəkistanda toy mərasimi
-
Gulnara Karimova artıq müğənnidir, bəstəkardır, moda dizayneridir, professordur, diplomatdır, xeyriyyəçi və biznes-ledidir. İndi Özbəkistan diktatoru Islam Karimov’un qızı öz fəaliyyət siyahısına birini də əlavə edə bilər: toy təşkilatçılığını.

2012-ci il Özbəkistanda «Ailənin möhkəmləndirilməsi ili» elan edilib və Gulnara Karimova'nın Forum Fondu «1000 toy və 1000 sünnət toyu»nu planlaşdırır.

Forum Fondunun tərəfdaşları UNESCO, BMT-nin İnkişaf Proqramı və «British Council» kimi yüksək profilli təşkilatlardır.

Fonddan deyirlər ki, bu şənliklər aztəminatlı ailələrdən olan cütlüklər üçün keçirilir. Belə bir mərasim bu ilin martında, Navoi və Kaşkadarya regionlarında təşkil edilib. 123 cütlüyə eyni vaxtda toy çalınmışdı və 200 oğlan sünnət olunmuşdu.

TOY QAN QARALDIB

Amma bu bayram əhval-ruhiyyəsindən məmnunluq yağmır. Adamlar şikayətlənməyə başlayıblar ki, belə mərasimlərə qatılmaq üçün məcbur edilirlər. Məsələn, onlar pensiyadan, sosial xidmətdən məhrum olunmaq hədəsi ilə üzləşirlər. Yerli məmurlar və biznesmenlər isə iddia edirlər ki, belə mərasimlər yerli büdcəni tükədir.

Əlilliyinə görə pensiya alan 26 yaşlı Arazdurdi Toshmatov AzadlıqRadiosuna deyib ki, yerli məmurlar onu kütləvi toy mərasimində evlənməyə məcbur
Özbəkistanda toy mərasimi
Özbəkistanda toy mərasimi
ediblər:

«Meriyaya gedib kasıblığımdan şikayətləndim, kömək istədim. Onlar da məni məcbur etdilər ki, Forum Fondunun keçirdiyi toy mərasiminin iştirakçısı olum».

Meriyadan deyiblərmiş ki, mərasimə qatılmasa, aylıq təqaüdü kəsiləcək.

Sonda Toshmatov yenə də təqaüdsüz qalıb:

«Biz iyun və iyul ödənişlərini almamışıq. Bankdan bizə dedilər ki, bütün pullar toya xərclənib. Toy yaxşıdır, amma daha yaxşı olardı ki, onun pulu bizim cibimizdən çıxmamayaydı».

«600 MİLYONLUQ VARİDATIN SAHİBİ»

Forum Fondunun əsası 2004-cü ildə qoyulub. Fondun möhtəşəm tərəfdaşları var. Onlardan biri də Luvr Muzeyidir.

Gulnara Karimova'nın var-dövlətinin mənbəyi sirr olaraq qalır. Amma onun adı uzun müddət «Zeromax» holdinqi ilə hallanırdı.
Gulnara Karimova
Gulnara Karimova
Bu şirkət 2010-cu ilə qədər Özbəkistan sənayesinin mühüm sahələrinə nəzarət edib. Sonra dövlətə verilib. İsveçrə vergiödəyicisi kimi, Gulnara Karimova 600 milyonluq varidatın sahibi sayılır.

PR MAŞINI

Bəziləri üçün Forum Fondu Karimova üçün yaxşı maliyyələşdirilən PR maşınıdır.

«Amnesty International»ın 2011-ci il hesabatında Özbəkistan insan hüquqlarını ən çox pozan ölkələrdən biri sayılır. Görünür, Forum Fondu bu mənzərəni dəyişmək məqsədi daşıyır.

Fondun rəsmi saytında deyilir ki, «Karimova gözəlliyini, xarizmasını və xeyriyyə layihələrini dövlət səviyyəli işlərə çevirməyi bacarır». İndi özbəklər onun bayrağı altında evlənə, geyinə bilirlər. Bu, onların xoşuna gəlir, ya yox, bunun məsələyə dəxli yoxdu.
XS
SM
MD
LG