Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:48

Şahin Həsənlinin beş yaşlı övladı: «O qədər elə deyib aldadıblar ki»


Şahin Həsənli iki il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid

Şahin Həsənli iki il azadlıqdan məhrum edildi

İyunun 22-də prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. 66 nəfərə şamil olun sərəncamla İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi aksiya zamanı saxlanılan 9 nəfər də azad edilib.

Əfvə düşməyənlərdən birinin – AXCP üzvü Şahin Həsənlinin həyat yoldaşı Zülfiyyə Həsənova ilə söhbəti təqdim edirik.

– Zülfiyyə xanım, Şahin bəyin əfv olunmamasını necə dəyərləndirirsiniz?

- Təbii ki, çox pis dəyərləndirirəm. Nəyə görə bu heç bir günahı olmayan adamı buraxmadılar? Şahini özləri şərləyib tutublar. 1 il 3 aydır həyatımızı alt-üst ediblər. Özü də ürəyi xəstə adamdır. Mən şokdayam. Hələ indi özümə gəlirəm. O qədər ağır keçirdik ki, bunu, mən də, uşaqlar da. Həbsdən çıxanların ailəsinə gözaydınlığı verirəm. Bu, onların haqqıdır. Hamısı günahsız insanlardır. Ən başlıca günahsız olan da Şahin idi. Özlərinin şərləyib tutduqları bir insandır Şahin.

– Bəlkə əfv olunmaq üçün ərizə yazsaydı, azad edilərdi, necə düşünürsünüz?

- Axı o nəyə görə əfv ərizəsi yazmalıdır? Nə edib axı? Heç bir günahı yoxdur. Həmin mitinq ərəfəsində axtarılırdı Şahin. Mitinqin təşkilatçılarından idi. Axtarıldığına görə də rayona getdi ki, tapa bilməsinlər. Gedib orada tapdılar və cibinə 5 ədəd güllə qoyaraq şərləyib tutdular. Sonra da 2 il həbs cəzası verdilər. Əfv ərizəsi yazmaq üzr istəyərək cinayəti üzərinə götürməkdir. Bu adam o cinayəti törətməyibsə, nəyə görə yazmalıdır?

– Şahin bəy həbs olunub gedəndən sonra evdə hansı çətinliklər yarandı?

- İşləmədiyim halda böyüyün 12, kiçiyin isə 5 yaşı olmaqla 3 azyaşlı uşaqla qaldım. Bilmirəm bu hökumət hara baxır. Bu necə siyasət, bu necə ölkədir biz yaşayırıq.

– Bəs dolanışığı necə çatdırırsınız?

- Köməklik edirlər, dost-tanış, qohum-əqrəba...

– Şahin bəyin silahdaşları, digər yoldaşları həbsdən azad ediləndə, Siz də onu gözləyirdiniz?

- Təbii gözləyirdim. Açığı, hamısına görə sevindim. Əksəriyyətinin özlərini, ailələrini tanıyırıq. Amma Şahinin də onların arasında olmasını çox istərdim. Qızım qəzeti açıb onların şəkillərinə baxanda, elə bir «ah» çəkdi ki, mən hələ də özümə gələ bilmirəm.

– Amma Şahin bəyi buraxmadılar.

- Ona görə ki, o, mitinqin təşkilatçısı idi. AXCP-nin təşkilat şöbəsinin müdiri idi. Buraxmadılar. Nə edək, bu da bizim yaşadığımız cəmiyyətdir, bu hökumətin qanunlara münasibətidir də.

–Şahin bəy azad olunsaydı ?

- 1 il 4 ay atası evdə olmayan uşaqların vəziyyəti dəyişərdi. Həftədə bir dəfə həbsxanaya gedib gəlməzdik. Güzəranımız, dolanışıq dəyişərdi yəqin ki. Ailə başçısıdır. Övladları var.

– Bəs övladlarınız nə baş verdiyini anlayırlarmı?

- Təsəvvür edin ki, 12 yaşlı qızım deyir atamızı da buraxacaqlar. Körpə, 5 yaşında uşaqsa deyir o qədər elə deyib aldadıblar ki. Dekabrda dedilər, buraxmadılar. Yanvardan bu yana neçə dəfə deyiblər. Martı, mayı gözlədik. Artıq uşaq inamını itirib.

– Kimə inamını itirib uşaq?

-Bizə-böyüklərə inamını itirib. O qədər demişik olmayıb ki, daha inanmır.

– Sizcə, uşaqlar atalarının cinayətkar olduğunu düşünmürlər ki?

- Yox. Qətiyyən elə düşünmürlər. Heç kimində yanında çəkinmirlər ataları həbsdə olduğuna görə. Atalarının hansı yolda olduğunu və nəyə görə həbs edildiyini də çox yaxşı bilirlər.

– Sizcə Şahin bəy hansı yoldadır, nəyə görə həbs olunub?

- Bu insan illər ərzində vergi sistemində çalışıb və ölkədə baş verən haqsızlıqları, cinayət, korrupsiya hallarını görüb. İndi də hansı cəmiyyətdə yaşadığımızı, ölkədə gedən prosesləri görür. Tutduğu yol da bu haqsızlıqlara qarşı mübarizədir. Buna görə də həbs ediblər onu.

– Şahin bəy həbsdən azad olub qayıdandan sonra Sizcə, necə yaşayacaq?

- Onda nəsə dəyişməyəcək. Şahin yenə həmin Şahindir. Yenə də əvvəlki yolunda qalacaq. Amma yaxşı olardı ki, buraxılardı və evində uşaqlarının başının üstündə olardı.

Şahin Həsənli qanunsuz odlu silah saxlama ittihamı ilə 2011-ci il iyulun 21-də 2 il həbs cəzası alıb.
XS
SM
MD
LG