Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:15

«2 aprel məhbusları»ndan 9-u azad edildi [Video]


Arif Hacılı azadlıqda...
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00
Direct-ə keçid
İyunun 22-də prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Sərəncamla İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi aksiya zamanı saxlanılan 9 nəfər azad edilib.

Bunlar Arif Hacılı, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Babək Həsənov, Tural Abbaslı, Sahib Kərimov, Əhəd Məmmədli, Zülfüqar EyvazlıMəhəmməd Məcidlidir.

Əfv sərəncamı ümumilikdə 66 nəfərə şamil olunub.

Aksiyalar zamanı həbs edilənlərdən bir neçə nəfər bu əfv fərmanına düşməyib.

ƏFV OLUNANLARIN TAM SİYAHISI BURADA

ARİF HACILI HƏM MƏMNUNDUR, HƏM DƏ TƏƏSSÜF HİSSİ KEÇİRİR...

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İctimai Palatanın aksiyalarında həbs edilənlərdən 9 nəfərin bir gündə buraxılmasını müsbət hal kimi qiymətləndirir:
Arif Hacılı
Arif Hacılı

«15 ay həbsxanada olandan sonra azadlığa çıxmaq məmnuniyyət hissi yaradıb. Biz 1 il əvvəl azadlığa çıxacağımızı gözləyirdik. Nəhayət, bizim bu ümidlərimiz doğruldu. Bizim azadlığa çıxmağımız üçün çalışan bütün beynəlxalq təşkilatlara, yerli hüquq-müdafiə təşkilatlarına, siyasi partiyalara, ziyalılara, deputatlara, ümumiyyətlə, bu işdə fəallıq göstərən yaxınlara, dostlara öz təşəkkürümü bildirirəm».

Arif Hacılı vicdan məhbusu sayılanların hamısının azadlığa çıxmamasından təəssüfləndiyini də bildirir:

«Şahin Həsənli, Vidadi İsgəndərli, jurnalistlərdən Əvəz Zeynallı və başqalarının azadlığa buraxılmaması təəssüf hissi doğurur. Amma ümid edirəm ki, bu tendensiya davam edəcək və yaxın zamanlarda beynəlxalq qurumların siyasi və vicdan məhbusu kimi tanıdığı şəxslər tezliklə azadlığa qovuşacaq».

SƏİDƏ QOCAMANLI: HƏLƏ 10 SİYASİ MƏHBUS QALIR

Hüquq müdafiəçisi Səidə Qocamanlı son əfv fərmanını yüksək qiymətləndirir:

«İki gün ərzində baş verənləri çox müsbət dəyərləndirirəm. Dünən (21 iyun) Orxan Kərimov azadlığa buraxıldı, bu gün də bizim 19 nəfərlik siyasi məhbus hesab etdiyimiz siyahıdan 9 nəfəri əfv edildi. İndi bizim siyahımızda 10 nəfər siyasi məhbus var. Biz Avropa Şurasına 10 nəfərlik siyahı ilə gedirik. Bu, bizə Strasburqda heç olmasa müsbət dəyərlərdən danışmağa imkan verəcək. Bu, həm də problemin ölkə daxilində həll olunması deməkdir. Bu, çox vacib məsələ idi».
Səidə Qocamanlı
Səidə Qocamanlı

Səidə Qocamanlı deyir ki, iyunun 26-da Avropa Şurasında Christoph Strasser'in siyasi məhbuslarla bağlı hesabatını açıqlayacağı ərəfədə bu, Azərbaycanın nüfuzuna müsbət təsir edəcək.

Səidə Qocamanlı «2 aprel məhbusları»ndan 2 nəfərin əfvə düşməməsinə isə təəssüflənir.

VİDADİ İSGƏNDƏRLİNİN QARDAŞI: «ÇAŞQINLIQ İÇİNDƏYİK»

Əfv siyahısında adı olmayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli AzadlıqRadiosuna müsahibəsində bir qədər anlaşılmazlıq içində qaldıqlarını deyir:

«Biz bir qədər çaşqınlıq içindəyik. Belə olmaz axı! 11 nəfərdən 9-u buraxılır, amma 2 nəfər niyə saxlanılır».

GÖZƏL BAYRAMLI: «YAXŞI OLARDI Kİ, O VAXT BURAXAYDILAR»

AXCP sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna deyib ki, «vicdan məhbusları»nın azadlığa çıxmasını müsbət qiymətləndirir:
Sahib Kərimov
Sahib Kərimov

«Günahsız insanların nəhayət azadlığa buraxılmasını müsbət dəyərləndirirəm. Onlar axır ki, yaxınlarına qovuşacaqlar. Onların «Eurovision»dan qabaq azad olunacaqlarını gözləyirdik, amma bu, olmadı. Yaxşı olardı ki, o vaxt belə bir addım atılaydı. Biz indi yoldayıq. 14 saylı həbsxanada cəza çəkən Tural Abbaslı, Əhəd Məmmədli, Sahib Kərimov, Babək Həsənli və Əhəd Məmmədlini qarşılamağa gedirik».

SAHİB KƏRİMOV: «CƏMİYYƏTİN AZADLIĞI UĞRUNDA MÜBARİZƏMİZİ DAVAM ETDİRƏCƏYİK»

AXCP fəalı Sahib Kərimov AzadlıqRadiosuna deyib ki, azadlığa çıxmağın sevincini yaşayır:

«Ancaq bu, elə sevincdir ki, mən bunu indi azadlıqda olan heç kimə arzu etmirəm. Bu sevinci ancaq məhbəsdəkilərə arzulayıram . Biz fundamental azadlıqlar uğrunda fərdi azadlığımızı itirmişdik. İndi fərdi azadlığımıza qovuşduq. Ancaq bundan sonra da cəmiyyətin azadlığı uğrunda mübarizəmizi davam etdirəcəyik».

14 saylı həbsxananın qarşısında olan AXCP sədrinin müavini Gözəl Bayramlı isə deyib ki, mübarizə dostlarını azadlıqda görməkdən fərəh hissi keçirir:

«Bu gözəl duyğunu azadlıq mübarizəsindəki dostlarımız bizə yaşatdılar».
XS
SM
MD
LG