Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Loreen azərbaycanlı jurnalistin müdafiəsinə qalxdı


Loreen
Loreen
Bakıda keçirilən «Eurovision 2012» mahnı yarışmasının qalibi isveçli müğənni Loreen Talhaoui fotomüxbir Mehman Hüseynovun xuliqanlıqda ittiham olunmasına münasibət bildirib.

O, iyunun 15-də «Facebook» profilində belə bir status yazıb:

«Bakıda azərbaycanlı hüquq müdafiəçiləri ilə görüşümüzdən sonra ümid edirdik ki, onların vəziyyəti yaxşılaşacaq. Amma indi biz bunun əksini görürük. Görüşdüyümüz cəsur insan hüquq müdafiəçilərindən biri Mehman Hüseynov xuliqanlıqda günahlandırılır, 5 illik həbs oluna bilər. Mehman gənc fotojurnalistdir və «Eurovision» həftəsi Bakıda keçirilən azadlıq aksiyasında ancaq öz işini görüb».

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) fotomüxbiri Mehman Hüseynov iyunun 12-də Səbail rayon Polis İdarəsində 3 saata yaxın dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb.

Sonradan Mehman Hüseynov sərbəst buraxılsa da, istintaq davam edir və iş Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə araşdırılır. Həmin maddə 2 ilədək islah işləri və ya 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

Mehman Hüseynov ittihamları rədd edir, ona qarşı cinayət işini siyasi motivli sayır.
XS
SM
MD
LG