Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:36

Bakı Olimpiada - 2020 seçimindən kənarda qaldı


Olimpiya halqaları
Olimpiya halqaları
2020-ci ildə Yaz Olimpiya Oyunlarının keçirilməsi üçün İstanbul, Tokio və Madrid namizəd şəhərlər olub. Bundan əvvəl adları bu siyahıda olan Bakı və Dohanın adı siyahıdan çıxarılıb.

Qərar mayın 23-də Beynəlxalq Olimpiya Komitəsinin Kanadanın Quebec City şəhərində keçirilən iclasında verilib.

15 üzvdən ibarət komitə Bakının genişmiqyaslı beynəlxalq idman tədbirləri keçirmək təcrübəsinin olmadığını, Dohada isə yayda havaların isti keçdiyini düşünür. Qətər həm də 2022-ci ildə Futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

Doha və Bakı 2016-cı il Olimpiya Oyunları üçün də finala qalmamışdı. Bakı, Doha və Tokio iki dəfə namizədliyini irəli sürüb. Madrid üçüncü, İstanbul isə beşinci dəfə namizədliyini irəli sürür.

2020-ci il Yaz Olimpiya Oyunlarının bu şəhərlərdən hansında keçiriləcəyi ilə bağlı yekun qərar 2014-cü il sentyabrın 7-də Buenos Airesdə veriləcək.

Fevral ayında Roma şəhəri İtaliyadakı iqtisadi böhrana görə namizədliyini geri götürmüşdü. Madrid isə iqtisadi böhrana baxmayaraq namizədliyini qoruyub saxlaya bilib.
XS
SM
MD
LG