Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Misirdə prezident kim olacaq? [Video]


Misirdə prezident seçkisi keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Misirdə prezident seçkisi keçirilir

30 il prezident olan Hüsni Mubarak devriləndən sonra Misirdə ilk prezident seçkiləridir.

Seçki iki gün olacaq- mayın 23-ü və 24-ü.

Ölkə boyu 13 min seçki məntəqəsi yaradılıb.
Seçicilərin rəsmi sayı 50 milyondur.

Prezidentliyə namizədlərin sayı isə 12-dir.
Apreldə Seçki Komissiyası 10 namizədi seçkidən uzaqlaşdırıb. Bəziləri, o cümlədən Nobel Sülh Mükafatı laureatı Muhammad El Baradei seçki yarışından özü çıxıb.

Namizədlər arasında Mübarək dövründə vəzifə tutanlar da var. Bir çox namizədləri isə islamçı qruplar dəstəkləyir.

İki namizəd seçkilərin favoriti hesab olunur: ABŞ-da təhsil almış və Müsəlman Qardaşlığının namizədi olan Muhammad Mursi və Ərəb Liqasının keçmiş baş katibi və Mubarək hökumətinin keçmiş xarici işlər naziri Amr Moussa.

Amr Moussa
Amr Moussa
Birinci mərhələdə heç kimin 50 faizdən çox səs yığacağı gözlənilmir.

Bu halda seçkilərin ikinci mərhələsi olacaq və bunun da iyunda keçiriləcəyi gözlənilir.

SEÇKİ NECƏ GEDİR?

Mayın 23-də Qahirədəki seçki məntəqlərindən birində yerli sakin Ahmed Nazem səs verəndən sonra jurnalistlərə deyir:
“Mən bura seçməyə gəlmişəm. İlk dəfədir ki, respublikanın prezidentini seçirəm. Elə prezidenti ki, yaxşı olacaq və ölkəni yuxudan oyadacaq.

Seçki ilə bağlı əsas sual odur ki, islamçılar bu seçkini də udacaqlarmı?
Yanvarda parlamentə seçkilərdə yerlərin əksəriyyətini islamçılar qazandı.

ƏSAS NAMİZƏDLƏR

Müsəlman Qardaşlığının Azadlıq və Ədalət Partiyasının sədri Mursi prezident yarışına son anda qatılmağa məcbur oldu.


Mohammed Mursi (sağda)
Mohammed Mursi (sağda)
Buna səbəb Seçki Komissiyasının Müsəlman Qardaşlığının birinci və əsas namizədi Khairat El-Shateri seçkilərdən uzaqlaşdırması oldu.
El-Shater vaxtilə cinayət məsuliyyətinə cəlb olunubmuş. Ancaq onun tərəfdarları bildirirlər ki, bu, Mübarək dövründə olub və həmin cinayət işi siyasi motivli idi.

Seçkilərdə müstəqil islamçı namizədlər də var.
Müsəlman Qaradaşlığının keçmiş üzvü Abdel Moneim Abol Fotouh həm müstəqildir və həm də radikal Sələfilərdən fərqli olaraq mötədil islamçıdır. Onu bəzi liberallar və xristianlar da müdafiə edir.

Fotouh əsas namizədlər arasında Mursidən və Amr Moussadan sonra 3-cü hesab olunur.

Abdel Moneim Abu El Fatouh
Abdel Moneim Abu El Fatouh


4-cü əsas namizəd Misir Hava Qüvvələrinin keçmiş komandanı Ahmed Shafiqdir.
O, Mübarəkin axırıncı baş naziri olub.
Apreldə seçki komissiyasının seçkiyə buraxmadığı 10 namizəddən biri Shafiq idi. Ancaq o məhkəmə yolu ilə namizədliyini bərpa edə bildi.

O da qeyd olunmalıdır ki, bu namizədlər təhlilçilərin fikrincə, favorit hesab olunurlar.
Seçkiqabağı Misirdə bir dənə də olsun, sorğu keçirilmədiyinə görə, ictimai rəydə kimin lider olması bilinmir.

PREZİDENT SƏLAHİYYƏTLƏRİ MƏLUM DEYİL

Misirdə prezident seçkisidir, ancaq bu seçkini udanın səlahiyyətləri nə olacaq?- hələ də məlum deyil.
Çünki yeni konstitusiya hələ qəbul olunmayıb.

Müşahidəçilərin fikrincə, konstitusiyanın istənilən variantında Mübarəkdən sonra ölkəni idarə edən Hərbi Şura hakimiyyətin bir hissəsini əlində saxlayacaq.

4 QRUPUN MÜBARİZƏSİ

Carnegie Beynəlxaql Sülh Araşdırmaları Fondunun təhlilçisi Marina Ottaway Azadlıq Radiosuna deyir:

“Biz keçidin hələ də ortasındayıq. Keçidin özü 4 qüvvə arasında mübarizəyə çevrilib – bir tərəfdə hərbçilər və Mübarək rejiminin tərkib hissələri, o biri tərəfdə islamçı partiyalar, dünyəvi partiyalar, küçə nümayişçiləri. Hazırda bu 4 qüvvə arasında çox çətin dava gedir”.

HƏRBÇİLƏR KİMİ DƏSTƏKLƏYİR?

Misiri idarə edən hərbçilərin dəstəklədiyi namizəd Shafiqdir.
Ahmed Shafiq
Ahmed Shafiq

Təhlilçilərin fikrincə, Amr Moussa da hərbçiləri qane edir.

Fotouh prezident olsa, o hərbçilərə problem yarada bilər.
Fotouh seçkidə söz verir ki, prezident olan kimi hərbidə ən yuxarı vəzifə tutanların yerinə cavanları gətirəcək.

Hərbçilərin ən çox istəmədiyi isə islamçı Morsinin qələbəsidir.
İslamçılar ölkədə şəriət qanunlarına daha geniş yer verilməsini, polisdə islahatlar tələb edirlər.
Onlar tələb edirlər ki, polisdə islahat insan haqlarına hörmət qoyulması prinsipi ilə aparılmalıdır.
XS
SM
MD
LG