Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Azərbaycan homoseksuallara münasibətdə mənfi qiymət alıb


Foto: Arxiv
Foto: Arxiv
Mayın 17-si Homofobiya Əleyhinə Beynəlxalq Gün kimi qeyd olunur.

Beynəlxalq Lezbiyan və Qey Assosiasiyası Avropada qey, lezbiyan, transseksual, biseksual və interseksualların hüquqlarına dair hesabatını açıqlayıb.

Avropa ölkələrini əhatə edən hesabatda Azərbaycanın da adı var. Təşkilatın hazırladığı «Avropa Göyqurşağı Xəritəsi»ndə Azərbaycanda LGBT-nin (Lesbian, Gay, Biseksual, Transseksual) hüquq və azadlıqlarının vəziyyəti mənfi 4 balla qiymətləndirilib.

Azərbaycanda cinsi azlıqların problemləri ilə məşğul olan «Gender və İnkişaf» Qeyri-Hökumət Təşkilatının sədri Kamran Rzayev deyir ki, Azərbaycan cəmiyyətində homofobiya çoxdur:

«AMMA ATMACALAR ÇOX OLUR»

«Həm də camaat toplu halda - 10-15 nəfər birlikdə olanda homofobiya özünü daha çox göstərir. Məsələn, 10 nəfərə yaxınlaşıb sual versək ki, «siz homofobsuz?», deyəcəklər, hə. Amma onlara ayrı-ayrılıqda yaxınlaşsaq, ola bilər ki, 6-sı homofobdur, 4-ü yox. Bakıda küçədə kim necə istəyir, gəzir. Kimsə nə daş atar, nə də döyər. Amma atmacalar çox olur».

Beynəlxalq Lezbiyan və Qey Assosiasiyası Azərbaycana verdiyi mənfi balı bir neçə göstəriciyə görə hesablayıb. Ölkədə insanların seksual oriyentasiyasına görə müdafiəsinin olmadığı, eynicinsli nikahın tanınmadığı
Çexiyada qey-parad, 28 iyun 2008
Çexiyada qey-parad, 28 iyun 2008
hesabatda əksini tapıb.

Kamran Rzayev deyir ki, Azərbaycanda homoseksuallar qanunla təqibə məruz qalmasalar da, müdafiəsizdirlər:

«EVDƏKİLƏR XƏSARƏT YETİRƏ BİLƏRLƏR»

«Evdəkilər xəsarət yetirə bilərlər. Məişət zorakılığı bizdə çoxdur. Yəni, ata, ana, qardaşı tərəfindən daha çox zora məruz qalırlar, nəinki bayırda. Bizdə, məsələn, qanunda yazılıb ki, dinindən, irqindən və s. asılı olmayaraq bütün insanlar bərabərdir. Amma «seksual oriyentasiyadan» sözü yazılmayıb. İki kəlmədir, amma çox şeyi dəyişdirə bilər».

Kamran Rzayevin fikrincə, Azərbaycanda qeylərlə müqayisədə lezbiyanların vəziyyəti daha ağırdır:

«LEZBİYANLARI ZORLA ƏRƏ VERİRLƏR»

«Azərbaycanda, ümumiyyətlə, qadınların vəziyyəti ağırdır. Bir də var sən lezbiyan qadın olasan. 18-20 yaşlarında artıq başlayırlar ki, «niyə ərə getmirsən?», «ərə getməlisən» və s. Zorakılıq çoxdur. Zorla ərə verirlər lezbiyanları. Onlar da təbii ki, istəmirlər, çünki qadını sevərək kişi ilə yaşaya bilməzlər».

Təşkilat sədri deyir ki, Azərbaycan ailəsində homoseksual olduğuna görə basqıya qalanlar arasında çıxış yolunu intiharda görənlər də az deyil.

GÜRCÜSTAN İRƏLİDƏDİR
Braziliyada qey-parad, 6 iyun 2010
Braziliyada qey-parad, 6 iyun 2010

Azərbaycanda homoseksualların statistikası aparılmır. Amma Ümumdünya Səhiyyə Təşkilatına görə, hər ölkədə əhalinin ən azı 4 faizi homoseksualdır.

Beynəlxalq Lezbiyan və Qey Assosiasiyasının bu hesabatında cinsi azlıqlara ən çox haqq tanıyan ölkələrə 21 balla İngiltərə başçılıq edir.

Mütəxəssislər bu sənəddə Ermənistana da Azərbaycanla eyni qiyməti veriblər – mənfi 4 bal. Gürcüstan isə Cənubi Qafqazda bu baxımdan irəlidədir – müsbət 1 bal.

Ötən ay Gürcüstanda prezident Mikheil Saakashvili Cinayət Məcəlləsinə dəyişiklik edərək, ora seksual oriyentasiyaya görə diskriminasiyanı pisləyən maddə salıb.

Azərbaycanda homoseksuallığa görə cəza Cinayət Məcəlləsindən 2001-ci ildən çıxarılıb. Azərbaycan rəsmiləri ölkədə homoseksuallara mənfi münasibət bəslənməsi haqda məlumatları təkzib edirlər.
XS
SM
MD
LG