Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

İslam geylərin hüququnu tanımır


Rusiyada evlənən qadınlar
Rusiyada evlənən qadınlar

Müsəlman dövlətlər BMT-nin iclasında lesbiyan və transseksualların hüquqlarından danışılmasına etiraz ediblər

İslam Əməkdaşlıq Təşkilatının üzvləri BMT-də insan haqları ilə bağlı növbəti müzakirələrin mövzusuna etirazlarını bildiriblər. Çünki bu dəfə qurumda lesbiyanlar, gey, bi və transseksuallara qarşı ayrıseçkilik halları müzakirəyə çıxarılıbmış.

BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay iclas zamanı BMT-yə üzv dövlətlərə müraciət edib və insanları seksual zəmində diskriminasiyaya məruz qoyan qanunları ləğv etməyə çağırıb. Pillay bu cür insanların homofobiyadan müdafiə olunmalarını istəyib.

Lakin Pakistanın BMT-dəki nümayəndəsi Muhammad Saeed Sarwar gündəliyə seksual orientasiya anlayışının çıxarılmasını pisləyib. İslam Əməkdaşlıq Təşkilatının adından danışan Sarwar bir qrup dövlətin bu cəhdlərini kəskin qınayıb:

“Biz ona görə etiraz edirik ki, “seksual orientasiya” kimi qeyri-müəyyən bir anlayışı bura gətirmək istəyirlər. Bu, çox mübahisəli bir termindir və yanlışlığa səbəb ola bilər. Həm də bu anlayış hüquqi baxımdan təsbit olunmayıb və beynəlxalq hüquqda yer almayıb”.

Muhammad Saeed Sarwar onu da bildirib ki, beynəlxalq ictimaiyyət yalnız İnsan Haqları üzrə Bəyannamədə yer alan və bu sahədəki beynəlxalq sənədlərə salınan haqları tanımalıdır.

BMT-yə üzv olan 192 ölkədən 76-da cinsi azlıqların intim münasibətləri cinayət hesab olunur.
XS
SM
MD
LG