Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:32

Zaqatalada 7 ballıq zəlzələ olub [FOTOQALEREYA]


Turan informasiya agentliyinin Zaqatalada zəlzələdən dağılmış evdən fotosu. 7 may 2012-ci il.
Turan informasiya agentliyinin Zaqatalada zəlzələdən dağılmış evdən fotosu. 7 may 2012-ci il.
FÖVQƏLADƏ HALLAR NAZİRİ ZƏLZƏLƏ ÖLGƏSİNDƏDİR


Azərbaycanın şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalaya səfər edib.

FHN-in rəsmi səhifəsindəki xəbərə görə, nazirlik yeraltı təkanların Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunduğunu bildirir.

Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunub.

Bunun ardınca daha iki zəlzələ olub.

ZAQATALADA 3 DƏFƏ ZƏLZƏLƏ OLUB

Mayın 7-də səhər saat 9.40 radələrində Zaqatala rayonunda zəlzələ olub. Respublika Seysmoloji Xidmətin yaydığı məlumata görə, Zaqatala və Qaxda 7-bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub. Tikililərdə dağıntı var və insan təlafatı yoxdur.

Zaqatala rayonu Yuxarı Tala kənd sakini Sultan Sultanovun AzadlıqRadiosuna verdiyi məlumata görə, bu indiyədək gördükləri ən güclü və tələfatlı zəlzələdir: «Bir çox evlərin dam örtüyü dağılıb və kənddə 80-ci illərdə tikilmiş 2 nömrəli uşaq bağçasının binasında uçulma var. Uşaqlar bağçadan dərhal evakuasiya olunublar».

Zaqatalada 2-ci və 3-cü dəfə zəlzələ olub. Bu dəfə zəlzələnin gücü 4 bal olub. Respublika Seysmoloji Xidmətin yaydığı məlumata görə, Zaqatalada 4 , Qax, Oğuz, Şəki, Mingəçevir, Gədəbəy, Şəmkir rayonlarında 2-4 bal gücündə hiss olunub.
XS
SM
MD
LG