Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:41

Hekayə onluğu səsverməyə çıxarıldı (Sən də səs ver!)


Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az-da keçirilən "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğu ilə bağlı on-line səsvermə bitdi. İndi isə hekayə onluğu oxucuların ixtiyarına verilir. (BURDA SƏS VER!)

Şeir onluğu ilə bağlı on-line səsvermə aprelin 27-dən mayın 3-dək davam edib.

Səsvermədə 1387 nəfər iştirak edib.

Nəticələr belədir: (%-lə)

1. Dilqəm Əhməd - 30,1
2. Elmar Şahmar - 28.5
3. Aqşin Evrən - 14,1
4. Şəhriyar del Gerani - 9,4
5. Balayar Sadiq - 5,9
6. Rüqəyyə Kəbiri - 5
7. Elxan Məmmədov - 3,5
8. Babək Ağayev - 1,6
9. İntiqam Hacılı - 1
10. Hafiz Hacıxəlil - 0,9

Müsabiqə qaydalarına görə, on-line səsvermə nəticəsində 3 səbət formalaşıb. 1-3-cü, 4-7-ci və 8-10-cu yerlər.

Müsabiqənin hər bir münsifinə təklif ediləcək ki, on-line səsvermənin nəticələrinə uyğun olaraq hər səbətdən yalnız 1 müəllifə əlavə bal versin, yəni 1-3-cü yerləri tutan müəlliflərdən birinə 7 bal, 4-7-ci yerləri tutan müəlliflərdən birinə 4 bal, 8-10-cu yerləri tutan müəlliflərdən birinə isə 1 bal versin.

Bu ballar həmin müəlliflərin müsabiqənin 1-ci (imzasız əsərlər arasından seçim) və 2-ci (onluğun seçilməsi zamanı) aldıqları ballara əlavə ediləcək.

Qaydalara görə, münsiflər heyətinin üzvü on-line səsvermənin nəticələrini qəbul etməyə də bilər.

Buna görə də nəzəri cəhətdən onluqdakı bütün müəlliflər müsabiqənin 1-ci və 2-ci mərhələlərində yüksək bal toplayıblarsa, mükafatçılar sırasına düşmək şansını saxlayırlar.

Hekayə onluğu ilə bağlı on-line səsvermə isə mayın 4-dən 11-cən oxuzalı.az-da davam edəcək.

Keçid balını 2 müəllif topladığı üçün hekayə onluğuna 11 əsər düşüb:

Alik Əlioğlu. Qovun onu bu şəhərdən
Alpay Azər. Hər şey qaydasındadı
Anar Fərəcov. Пятница, на балконе
Anar Mahmudov. Yutub
Aslan Quliyev. Alacəhrə
Azər Həsənli (Ataqam). Şrödingerin qara pişiyi
NAHİD. Dərdimi çək
Reyhan Yusifqızı. Bir gecənin sirri
Rəşid Bərgüşadlı. İşıq pulu
Rüqəyyə Kəbiri. Mavayıl
Sevda Sultanova. Tarkovski

Hekayə onluğu ilə bağlı on-line səsvermənin qaydaları da eynidir.

Hamıya uğurlar!
XS
SM
MD
LG