Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Orhan Pamuk Nobel mükafatını “Masumiyet Müzesi”nə xərclədi…


Türkiyə - Pamuk muzeyin açılması ərəfəsində keçirdiyi mətbuat konfransında. 27 aprel 2012
Türkiyə - Pamuk muzeyin açılması ərəfəsində keçirdiyi mətbuat konfransında. 27 aprel 2012
Aprelin 28-də İstanbulda dünyada tayı olmayan romantik bir muzey açılıb.

Muzeyin özəlliyi onun bir romandan təsirlənərək yaradılmasıdır.

İş orasındadır ki, Nobel mükafatçısı yazıçı Orhan Pamukun 2008-ci ildə nəşr etdirdiyi “Masumiyet muzesi” romanında Kamal adlı qəhrəman aşiq olduğu qadının evini satın alaraq eşqini xatırladan əşyaları bir yerə toplayıb muzey yaradır.

Tanınmış yazıçı yazdıqlarını gerçəkləşdirmək qərarına gəlib.

Habertürk saytının bildirdiyinə görə, “Masumiyet müzesi”ndə XX əsrin ikinci yarısında istanbulluların gündəlik həyatda istifadə etdikləri əşyalar toplanıb.

Muzey İstanbulun Bəyoğlu səmtində Çukurcuma küçəsində 1897-ci ildə tikilmiş üçmərtəbəli tarixi bir binada yerləşir.

Orhan Pamuk türk mediasına bu sərginin yaranmasına Nobel mükafatından aldığından daha çox pul xərclədiyini deyib: ''Bu müze, yaşanan bir hayatı saptıyor. Kemal ile Füsun'un aşkı ve özel yaşamı var burada. Bu durum da müzeyi daha özel kılıyor".

Muzeyin eksponatları romanın 83 bölümünü təmsil edən 83 vitrində sərgilənəcək.

1950-2000-ci illər arasında istanbulluların istifadə etdiyi kibrit qutusundan tutmuş içki şüşələrinə, qapı dəstəklərindən tutmuş kino biletlərinədək, hətta adi fotoların toplandığı muzeydə o dövrdə çəkilən İstanbul filmləri də yer alacaq.

“Masumiyet müzesi” çərşənbə və bazar saat 10-dan 18-dək, cümə günləri isə saat 20-dək tamaşaçıların üzünə açıq olacaq.

“Masumiyet müze”yində XX əsrin ikinci yarısında istanbulluların gündəlik həyatda istifadə etdikləri əşyalar toplanıb.
XS
SM
MD
LG