Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Xədicə İsmayılova Bakı prokurorluğuna cavab verir


Xədicə İsmayılova Bakı prokurorluğuna cavab verir
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00
Direct-ə keçid

Xədicə İsmayılova Bakı prokurorluğuna cavab verir

Aprelin 27-də AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova mətbuat konfransı keçirərək onun şantaj olunması ilə bağlı Bakı şəhər prokurorluğunun apardığı istintaqa münasibətini bildirib.

XƏDİCƏ İSMAYILOVA VS. BAKI ŞƏHƏR PROKURORLUĞU

Xədicə İsmayılova istintaqdan narazı olduğunu deyib. Bildrib ki, intim video onun yaşadığı mənzildə çəkilib. O ehtimal edirk ki, videoqurğu mənzilə telefon naqili ilə birləşdirilib. Bu naqili çəkən ATS-in montyoru ilə söhbət edib, prokurorluqdan montyorun dindirilməsini istəyib. Bununla bağlı özünün də əlavə ifadə vermək istədiyini deyib. Amma, Xədicə İsmayılovanın sözlərinə görə, istintaq bu məsələyə maraq göstərməyib.

X.İsmayılova aprein 26-da Bakı Şəhər prokurorluğunun bu işin istintaqı ilə bağlı yaydığı məlumatı tənqid edib. Xəbər verildiyi kimi, prokurorluq Xədicə İsmayılovanın dəfələrlə istintaqa ifadə verməkdən imtina etdiyini bəyan edir, bildirirdi ki, araşdırma məqsədilə X.İsmayılovanın ailə üzvləri, evdə təmizlik işləri aparan qadın və mənzilə müxtəlif məqsədlərlə gələn şəxslər dindirilib. Prokurorluq şahid qismində dindirilən bu şəxslərin adlarını, iş yerlərini və mənsub olduqları qurumları açıqlayıb. Prokurorluq həm də qeyd edirdi ki, istintaqı tənqid edən Xədicə İsmayılova ictimaiyyətdə yanlış təsəvvür yaratdığından belə bir məlumatla çıxış edir.


İSTİNTAQA İFADƏ: MÜXTƏLİF VERSİYALAR

Mətbuat konfransınada çıxış edən Xədicə İsmayılova istintaqa ifadə verməkdən imtina etdiyi haqda prokurorlıuğun ittihamlarını rədd edib. Deyib ki, istintaqa bir dəfə dəvət olunublar. Onda da:

- Adil İsmayılovla getdik, gözlədik, Bakı şəhər prokurorunun müavini qarşımıza çıxdı, bizə ürək-dirək verdi ki, iş gedir, hər şey yaxşıdır. Amma məlumat vermədi ki, hansı işlər görülür. Və bizdən ifadə alan da olmadı. Həmin gün baş prokurora şikayət yazdım. Qeyd elədim ki, prokurorluqdan nələr gözləyirəm və görmürəm. Onu da dedim ki, mənə müavinin mənəvi dəstəyi lazım deyil. İstintaqın gedişatında irəliləyiş lazımdır. Təəssüf ki, bunu da görmürəm. İstintaqa ifadə verən dostlarım mənə dedilər ki, şəxsi həyatımla, vərdişlərimlə bağlı, məsələn spirtli içkilərələ bağlı suallar verirlər. İstintaqla bağlı təssüratım budur ki, Aqil Xəlilin işində olduğu kimi mənim üçün də Sergey Strekalin olayı yaratamağa çalışırlar. - deyə X.İsmayılova mətbuat konfransında bildirdi.

ŞAHİDLƏRİN ADLARININ AÇIQLANMASI PİSLƏNİR

Prokurorluğun şahidlərin adlarının açıqlanmasını da tənqid edən X.İsmayılova qeyd etdi ki, bu şəxslər haqda istintaqa məlumat verərkən bunların yayılmamasını, onların narahat olmamasını istəyib. İstintaq isə, onun sözlərinə görə, cinayətin üstünü açmaq əvəzinə onu və dostlarını araşdırmaqla məşğuldur. Jurnalist onun dostları və yaxınları haqda məlumatların ictimaiyyətə açıqlanmasını pisləyib.

AzadlıqRadiosu adları açıqlanan şəxslərin bəziləri ilə söhbət edib, onların məsələyə münasibətini öyrəndi. Əksəriyyəti Bakı şəhər prokurorluğun məlumatını pisləyir.

.ERKİN QƏDİRLİ PROKURORLUĞUN ADDIMINI QANUNSUZ SAYIR

Şahid qismində dindirlənlərdən biri hüquqşünas Erkin Qədirlinin ilkin reaksiyası belə oldu:

- Respublika Prokuroluğu bizdən dindirmə haqqında başqalarına məlumat verməmək, ordakı söhbəti yaymamaq haqda iltizam alıb. Amma özü bunu yayırsa düşündürücüdür. Bu, prokurorluğun nəyinə lazımdır? Bu nə dərəcədə cinayəti törədənlərin tapılmasına, ədalətli istintaqa kömək edir? Əslində bu, pis tendensiyadır. - deyə E.Qədirli bildirdi.

Onun sözlərinə sözlərinə görə, qanunla şahidin adı yayılmamalıdır. Yalnız cinayətkar tapıldıqdan sonra bu addım atıla bilər. Çünki ağır cinayətlərdə bu pis nəticələrə gətirə bilər. Cinayətkar şahidlərin adını, iş yerlərini oxumaqla onları neytrallaşdıra bilər. Erkin Qədirli deyir ki, bununla bağlı məhkəməyə müraciət etmək haqqı var. Amma buna həvəsi və vaxtı yoxdur.

VƏKİL PROKURORLUĞUN MƏHKƏMƏYƏ VERİLƏCƏYİNİ DEYİR

Xədicə İsmayılovanın vəkili Adil İsmayılov da bunun qanunsuz olduğunu deyir. Bu günlərdə məhkəməyə müraciət edəcəklərinin bildirir.

- Cinaət Məcəlləsinin 199-cu maddəsində deyilir ki, prosesual hərəkətlərin gedişində hər hansı şəxsin həyatına aid məlumatların, habelə onun gizli saxlanmasını lazım bildiyi şəxsi xarakterli məlumatların lüzumsuz toplanmasına, yayılmasına yol verilmir. İstintaqı həyata keçirən orqanın şəxsin həyatına aid məlumatların bildirilməsini, təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs də bu məlumatların cinayət işi üzrə toplanmasının zəruriliyinə əmin olmaq, əks halda onları verməkdən imtina etmək hüququna malikdir.

PROKURORLUQ İTTİHAMA CAVAB VERİR

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirir ki, həmin məlumatların yayılması cinayət prosesual qanunvericiliyinə uyğundur. Burda qanunsuz heç nə yoxdur. Onun sözlərinə görə, Xədicə İsmayılova şəxsi həyatının toxunulmazlığının pozulması barədə cinayət işi üzrə istintaqın ləng və keyfiyyətsiz aparılması ilə bağlı şikayət edirdi. Bu məlumatlar da verilməklə istintaqın hərtətəfli və obyektiv aparıldığnı göstərmək istəyiblər.

PREZİDENT ADMİNİTRASİYASI X.İSMAYILOVANIN İŞİ İLƏ BAĞLI

SalamNews-a Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Xədicə İsmayılova özü istintaqa çox böyük kömək göstərir və onunla yaxşı əlaqələr qurulub. “Xədicə İsmayılovanın istintaqı ilə bağlı əhaliyə də çox geniş məlumat verilib. Ona məktubların haradan göndərilməsi, kimlər tərəfindən təhdidlərin olunması və digər məsələlər hazırda çox ciddi araşdırılır. Əminəm ki, istintaq bu məsələlərin hamısını araşdıracaq. Bununla bağlı hər hansı narahatlığa lüzum yoxdur”.

HƏR ŞEY BELƏ BAŞLADI

Bu il martın 8-də X.İmsayılovanın ünvanına hədə-qorxu məktubu daxil olub, gizli çəkilişlə aparılan intim videonun mövcudluğuna işarə ilə ondan susması tələb olunub. X.İsmayılova şantajın tələblərini rədd edəndə isə görüntülər internetdə yayılıb.

Martın 17-də Bakı şəhər prokurorluğu Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət işi başlanyıb. Bu maddə şəxsi həyata müdaxilə ilə bağlıdır. Jurnalist isə həmçinin şantaj olunması faktı ilə cinayət işinin açılmasını tələb edir. Bildirir ki, şantajın əsas məqsədi onun prezident ailəsi üzvlərinin biznesi ilə bağlı apardığı araşdırmaların qarşını almaqdır. Prezident administrasiyasının rəsmiləri jurnalistin təhdidinə rəsmi qurumların aidiyyatı haqda ittihamları rədd edirlər.
XS
SM
MD
LG