Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

«Azərbaycan jurnalistə qarşı hücumları dayandırmalıdır»


Jurnalistləri Müdafiə Komitəsi
Jurnalistləri Müdafiə Komitəsi
Azərbaycan hakimiyyəti jurnalist Xədicə İsmayılova əleyhinə ləkələmə kampaniyasını təcili araşdırmalı, onun təhlükəsizliyinə təminat verməli və cinayətkarları cəzalandırmalıdır.

Martın 14-də Jurnalistləri Müdafiə Komitəsinin (JMK) yaydığı bəyanatda belə deyilir.

«Xədicə İsmayılovanın şəxsi həyatına dair video martın 11-də yaradılmış saytda martın 13-də yerləşdirilib», deyə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov JMK-ə bildirib. O deyib ki, videoya keçidlər sosial media vasitəsilə yayılıb.

Jurnalist özü JMK-yə bildirib ki, mart ayının əvvəlindən şantaj edilir, hökumətyönlü media da bu işin içindədir.

«Xədicə İsmayılovanı susdurmaq üçün edilən cəhdlər bizi hiddətləndirib», deyə Komitənin Avropa və Mərkəzi Asiya ölkələri üzrə koordinatoru Nina Ognianova bildirib.

«Bu biabırçı kampaniyada hökumətyönlü mətbuatın da iştirakı onun əlamətidir ki, bu şantaja rəsmi şəkildə icazə verilib. Bu isə «Euriovision» Mahnı müsabiqəsinə qatılacaq 40-dan çox ölkənin jurnalistlərini xoş qarşılayacağını iddia edən hökumətin reputasiyasını aşağı salır».

Bəyanatda vurğulanır ki, hakim partiyanın rəsmi orqanı olan «Yeni Azərbaycan» qəzeti martın 12-də jurnalisti əxlaqsızlıq və korrupsiyada ittiham edən məqalə dərc edib. Bundan əvvəl isə onun evinə şantaj məktubları göndərilib.

«Bu, Azərbaycanda jurnalistlərin intim həyatına ilk müdaxilə və hədə deyil. 2008-ci ildə oxşar hadisəyə görə, «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil hökumətyönlü televiziyada aşağılanıb. 2005-ci ildə isə tanınmış redaktor və iqtidar tənqidçisi Qənimət Zahid eyni kampaniyanın subyektinə çevrilib».
XS
SM
MD
LG