Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

Deputatların illik gəlirləri açıqlanıb


Arxiv foto
Arxiv foto
-

Rusiyada deputatlar illik gəlirlərini elan ediblər. Siyahıya hakimiyyətdə olan Vahid Rusiya partiyasının üzvü Nikolay Botsov başçılıq edir. RİA Novosti agentliyinin məlumatına görə 2011-ci ildə Nikolay Botsovun gəlirləri təqribən 43 milyon dollar (1 milyard 281 milyon rubl) olub.

“Ədalətli Rusiya”dan olan deputat Sergey Petrovun həyat yoldaşı ilə birgə gəlirləri isə təqribən 44 milyon dollar (1 milyard 305 milyon rubl) olub. Ailə həm də Mercedes-Benz markalı (S-500 deputatın, GL-500 isə həyat yoldaşının) iki avtomobilə sahibdir.

Deputatlarının 2011-ci ildəki gəlirləri barədə məlumat aprelin 14-də Dövlət Dumasının saytında yayılıb.

Rusiya Dövlət Dumasının deputatlarından biri isə gəlirlərinin dərc olunmaması üçün Duma spikeri Sergey Narışkinə müraciət edib. RİA Novosti-nin yazdığına görə, bu barədə gəlirlərin dürüstlüyünə nəzarət üzrə Duma komissiyasının sədri Vladimir Vasilyev məlumat verib.

Qanuna görə, Dövlət Dumasının deputatları, digər dövlət qulluqçuları özlərinin, həyat yoldaşları və həddi-buluğa çatmamış uşaqlarının gəlirləri barədə bəyannaməni dərc etməlidirlər.

Həmin bəyannamədə illik gəlirlə yanaşı, deputat və dövlət qulluqçuları malik olduğu daşınmaz əmlak və avtomobil haqqında da məlumat verilməlidir.

Spiker hesab edir ki, qanun tələb etdiyi üçün belə istisnaya yol vermək mümkün deyil.

Amma Dövlət Dumasının vitse-spikeri İqor Lebedev isə spikerin mövqeyini bölüşmür. O hesab edir ki, deputatın razılığı olmadan onun gəlir bəyannaməsinin dərc edilməsi düzgün deyil:

“Mənin gəlirlərim barədə məlumatın internetə yerləşdirlməsindən xoşum gəlmir, sonra hamı başlayır onu müzakirə etməyə”.

Artıq prezident Dmitri Medvedev və Baş nazir Vladimir Putin də öz gəlirləri barədə məlumatlar veriblər. Həmin məlumata görə ötən il dövlət başçısının gəlirləri 114 min dollardan artıq, Baş nazirin gəlirləri təxminən 124 min, prezident administrasiyasının rəhbəri Sergey İvanovun gəliri isə 213 min dollara yaxın olub.
XS
SM
MD
LG