Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

Kamal Abdullanın "Nobel"ə namizədliyini öz universitetinin alimləri irəli sürüb


Kamal Abdulla "Nobel"ə namizədliyinin qeydə alınması haqda
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00
Direct-ə keçid

Kamal Abdulla "Nobel"ə namizədliyinin qeydə alınması haqda

Martın 30-da Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla Ədəbiyyat üzrə Nobel mükafatına namizədliyinin qeydə alınması ilə bağlı mətbuat konfransı keçirib.

Universitetdə düzənlənən mətbuat konfransında sözügedən ali məktəbin professoru Rəhilə Qeybullayeva bildirib ki, birinci dəfə 2007-ci ildə BSU-ya Nobel Komitəsi adından məktub daxil olub:

"Biz Kamal müəllimin kitablarını mükafat üçün həmin komitəyə təqdim etdik. Çünki Kamal Abdullanın əsərləri Nobel mükafatının standartlarına uyğun gəlirdi. Həm də namizədliyi irəli sürülmüş yazıçının çox nüfuzlu dərgilərdə məqalələri yayımlanmalı, beynəlxalq konfranslarda çıxışları olmalıdır”

Mətbuat konfransında bildirildiyinə görə, bir müddət sonra universitetin professorları Məmməd Qocayev, Rəhilə Qeybullayeva, Asif Hacılı, Rəhilə Quliyeva, Naidə Məmmədxanovaya ayrı-ayrı məktublar göndərilib və təklif edilib ki, öz namizədlərini irəli sürsünlər. Həmin professorlar Kamal Abdullanın namizədli üzərində dayanıblar.

Kamal Abdulla mətbuat konfransında "Nobel"ə namizədliyinin qeydə alınması haqda ona gələn məktubu da jurnalistlərə nümayiş etdirib.

Son on ildə Qərbin inkişaf etmiş ölkələri xaricində Latın Amerikası, Afrika və Asiya ölkələrindən Nobel Mükafatına layiq görülmüş yazarlar öz siyasi baxışlarını açıq ifadə etmiş şəxslər olub. Məsələn, Mario Vargas Llosa (2010), Herta Müller (2009), Orhan Pamuk (2006), John M. Coetzee (2002)

Bu baxımdan Kamal Abdulla mükafatı alma şanslarını necə qiymətləndirir?

"Oxu zalı"nın bu haqda sualına yazıçının cavabı belə olub:

“Bu mükafat ədəbiyyat üzrə siyasiləşdirilibsə, bəli, mən bu mükafata sahib çıxa bilməyəcəm. Mənim ona sahib çıxmaq fikrim yoxdur. Düşünmürəm ki, Nobel komitəsinin Azərbaycana, bizə borcu var. Bu mükafatı almağa iddalı deyiləm. Mənim üçün şərəfdir ki, həmkarlarım bunu qiymətləndiriblər və komitə bunu qeydiyyata alıb”.

Xatırladaq ki, "Nobel"in qaydalarına görə, yazıçılar mükafata namizədliklərini özləri irəli sürə bilməzlər.

Amma ayrı-ayrı universitetlərin ədəbiyyatşünas və dilçi professorları bunu fərdi qaydada edə bilərlər.

Onlar bunu Nobel Komitəsindən dəvət məktubu (namizəd irəli sürülməsinə dəvət) almadan da edə bilərlər.

Amma qaydalara görə, Nobel Komitəsi və İsveç Akademiyası mükafata namizədliklərin irəli sürülməsi, müzakirələr və qalibin seçilməsi haqda məlumatları 50 il məxfi saxlayırlar.
XS
SM
MD
LG