Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Müsəlman miqrantlardan qorxanlar yanılırmış: xristian miqrantlar daha çox imiş


Siciliya - Şimali Afrikadan balıqçı gəmisiylə İtaliyaya gələn miqrantlar, 26 oktyabr, 2010
Siciliya - Şimali Afrikadan balıqçı gəmisiylə İtaliyaya gələn miqrantlar, 26 oktyabr, 2010
Qərb ölkələrində miqrasiya ilə bağlı debatlar açılanda nədənsə birinci yada düşən müsəlman miqrantlar olur.

Halbuki indi dünyada xristian miqrantların sayı müsəlman miqranlardan daha çoxdur.

Bu faktlar Pew Araşdırma Mərkəzinin Din və İcrimai Həyat Forumunun son tədqiqatında əksini tapıb. Tədqiqat 2010-cu ildə 1 ildən artıq başqa ölkədə məskən salmış insanları əhatə edir.

Qurum dünyada dinlərarası münasibətləri daha dərindən anlamaq üçün araşdırmalar aparır.

Tədqiqatın nəticələrinə görə, öz Vətənini tərk edərək başqa ölkəyə üz tutmuş 214 milyon insanın 106 milyonu, yəni təxminən yarısı xristiandır.

Dünya boyu miqrantların yalnız 27 faizi müsəlmandır

Miqrantlar arasında 3,6 milyon yəhudi də var. Bu isə dünyadakı yəhudilərin təxminən 25 faizdir.

Bu, bir dinə mənsub insanlar arasında ən böyük miqrasiya faizidir.

Son illərdə Avropa Birliyi ölkələrində millətçi və dinçi qruplar müsəlman miqrantlara qarşı kampaniyalar aparırılar, bunu seçkilərdə şüara çevirirlər.

Halbuki Avropa Birliyə gəlmiş 47 milyon nəfər miqrantın 56 faizi xristiandır.

Müsəlman miqrantların sayı bundan 2 dəfə azdır

Araşdırma zamanı miqrasiyanın səbəblərinə dair ekspertlər arasında sorğu da keçirilib.

Norveç terrorçusu Breivik - onu onlarla insanı öldürməyə "məcbur edən" səbəblərdən biri də müsəlman miqrantların artmasıdır. 8 fevral 2012
Norveç terrorçusu Breivik - onu onlarla insanı öldürməyə "məcbur edən" səbəblərdən biri də müsəlman miqrantların artmasıdır. 8 fevral 2012
Onların çoxu bu fikirdədir ki, insanların öz vətənlərini tərk edib başqa dövlətlərə üz tutmasının əsas səbəbi daha yaxşı iş və maaş arzusudur.

Xristianların ən çox üz tutduqları ölkə ABŞ-dır. Bu ölkəyə getmiş miqrantların 74 faizi xristiandır - yəni 32 milyon nəfər.

Amerikada doğulmayan, amma hazırda Amerikada yaşayan 43 milyon nəfərin 3-də 2-si Latın Amerikası ölkələrindəndir.

Təkcə Meksikadan ABŞ-a 12 milyon miqrant gedib. Bura həm qanuni miqrantlar, həm də iznsiz yaşayanlar aiddir.

Amerika həm də buddistlərin ən çox üz tutduğu ölkədir. Onların çoxu Vyetnamdan gəlir.

Amerikaya üz tutan miqrantların yalınız 5 faizi müsəlmandır.
XS
SM
MD
LG