Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

80 yaşlı qadın icra hakimiyyətində zorakılığa məruz qaldığını deyir


Afizə Şıxəliyeva
Afizə Şıxəliyeva
Saatlı rayonun Musalı kənd sakini, 80 yaşlı Afizə Şıxəliyeva rayon icra başçısının köməkçisi tərəfindən döyüldüyünü iddia edir.

A.Şıxəliyeva deyir ki, daşqından zərərçəkmiş kimi, yarımçıq qalan evinin nə vaxt tamamlanacağını öyrənmək üçün martın 1-də icra hakimiyyətində olub, orada təzyiqlə üzləşib:

«Mən fevralın 28-də Sabirabadda daşqından zərərçəkənlərlə keçirilən görüşdə üzləşdiyim problemlərdən danışdım. Saatlı rayon İcra Hakimiyyətində döyüldüyümü dedim. Bildirdim ki, evimin tikilməsi üçün 10 min manat rüşvət istənilir. Bu görüşdən sonra yenidən getdim icra hakimiyyətinə ki, evi tikib başa çatdırmırlarsa, heç olmasa, bir çadır versinlər, həyətdə qurub orda yaşayım. Amma bunun əvəzində məni döyüb, təhqiramiz ifadələr deyərək icra hakimiyyətindən qovdular».

A.Şıxəliyeva bu zaman qolundan təkrar xəsarət aldığını deyir.

Saatlı rayonu icra başçının köməkçisi Seyran Ağayev isə deyir ki, əslində onlar həmin qadının təhqirlərinə məruz qalıblar:

«O, icra hakimiyyətindəki vətəndaşları, polisi təhqir edib, onlar da onu götürüb atıblar çölə. Kimə ixtiyar verilib ki, icra hakimiyyətində çalışanları təhqir eləsin, söysün».

S.Ağayev deyir ki, onlar həmin qadınla bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar.
XS
SM
MD
LG