Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Daşqın qurbanları: "Nazirin özü gəlsin!" [VİDEO]


Daşqın qurbanları: "Nazirin özü gəlsin!"
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00
Direct-ə keçid

Daşqın qurbanları: "Nazirin özü gəlsin!"

Fevralın 28-də Sabirabad rayonunda daşqınlardan zərər çəkənlərlə rəsmi və ictimai qurumların görüşü olub.

“Kür” Vətəndaş Cəmiyyəti üzvlərinin təşəbbüsü ilə təşkil edilən görüşdə Fövqəladə Hallar Nazirliyinin (FHN) sektor müdiri və rayon icra hakimiyyətinin müavinləri də iştirak ediblər.

Amma görüş başlayan kimi zala yığılan zərərçəkənlər daha yüksək rütbəli şəxsləri gözlədiklərini deyiblər və onların tədbirdə iştirak etməməsinə etirazlarını bildiriblər.

Evlərin tikintisi və yardımların verilməsində xeyli korrupsiya hallarının olduğunu iddia edən sakinlər həmin faktları demək üçün Saatlı və Sabirabad rayonlarının icra başçılarının, Fövqəladə Hallar Nazirinin özünün, ya da müavinlərinin toplantıya gəlməsini tələb ediblər.

Görüşdə iştirak edən Sabirabad, Saatlı və İmişli kəndlərinin sakinləri rəsmi qurumlar tərəfindən aldadıldıqları bildiriblər.

Zərərçəkənlərə görə, fevralın 24-də keçirmək istədikləri aksiyanın qarşısını almaq üçün rəsmi qurumlar onları qapalı yerə yığıblar.

Cəsarət Camalov
Cəsarət Camalov
Etirazlar təxminən 20-30 dəqiqə davam edib və bir qrup adam görüşü tərk edib.

Bundan sonra 2 saata yaxın davam edən tədbirdə zərərçəkənlər onlara çatan yardımların mənimsənildiyini, daşqından zərərçəkənlərə evlərin rüşvətlə tikildiyini deyiblər.

Tədbirdə iştirak edən FHN-nin sektor müdiri Cəsarət Camalov səslənən bütün iradları yuxarılara çatdıracağını deyib.

O, bütün evlərin rüşvət hesabına tikilməsi və digər korrupsiya halları ilə bağlı səslənən fikirləri isə təkzib edib.

Tədbirdə məlumat verilib ki, görüşə gəlmək istəyən Saatlı rayonunun Novruzlu və Dəllər kəndlərindən olan 2 nəfər polisə aparılıb.

Onlara bir neçə gün əvvəl görüşdə iştirak etməməklə bağlı xəbərdalıq edildiyi də diqqətə çatdırılıb.

Saatlı və Sabirabad rayonlarının daşqınların təsirinə məruz qalmış sakinləri fevral 24-də etiraz aksiyası keçirmək istəyirdi.

Sabirabad rayon icra hakimiyyətinin fevralın 28-ə görüş üçün razılıq verib yer ayırmasından sonra həmin aksiya təxirə salınıb.

“Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevin dediyinə görə, onlar növbəti belə bir görüşü İmişli rayonunda keçirməyi planlaşdırılar.​

Görüşdən videosüjetə fevralın 29-da saytımızda bax!

XS
SM
MD
LG