Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:40

AB Suriyaya qarşı yeni sanksiyalar qəbul edib


Suriya prezidenti Bashar al-Assad və həyat yoldaşı Asma ölkədə keçirilən referendumda iştirak edərkən. 26 fevral 2012
Suriya prezidenti Bashar al-Assad və həyat yoldaşı Asma ölkədə keçirilən referendumda iştirak edərkən. 26 fevral 2012
Avropa Birliyi Suriyaya qarşı daha sərt sanksiyalar qəbul edib. Brüsseldə Xarici İşlər nazirləri toplantısında qərara alınıb ki, Suriya Mərkəzi Bankının bütün hesabları dondurulsun, prezident Basahr al-Assada yaxın olan daha 7 adamın Avropaya səfərlərinə qadağa qoyulsun, Suriya yük təyyarələrinin Birlik ölkələrinə səfərləri və bu ölkəylə qızıl və başqa qiymətli metallar satışına embarqo qoyulsun.
Bundan əvvəl Avropa Birliyi 150-ə qədər Suriya rəsmisinin adını qara siyahıya salmış, Suriyaya qarşı neft və silah embarqosu qoymuşdu.
Bu sanksiyalar barədə Tunisdə ötən həftə keçirilən Suriyanın dostları konfransında qərar verilmişdi. Bashar al-Assad rejimini dəstəkləyən Rusiya və Çin həmin konfransı birtərəfli adlandırıb, iştirakdan imtina eləmişdi.
Suriyada ötən ilin martından başlanan rejim əleyhinə nümayişlərdə öldürülən etirazçıların sayı 5 mini keçib.
XS
SM
MD
LG