Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:31

CNBC telekanalı “Çirkli zəngin” adlı verilişində Azərbaycanın da adını çəkir [VIDEO]


Dubayda Azərbaycan prezidentinin oğlu ilə eyni ad və soyadda olan 13 yaşlı oğlana məxsus villalardan birinin şəkli.
Dubayda Azərbaycan prezidentinin oğlu ilə eyni ad və soyadda olan 13 yaşlı oğlana məxsus villalardan birinin şəkli.

ABŞ-ın CNBC telekanalı beynəlxalq miqyaslı korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınma barədə araşdırmasını yayacaq. Bakı vaxtilə fevralın 24-ü səhər saat 9-da efirə gedəcək proqramda Azərbaycandan da bəhs olunur.

Telekanalın anonsunda qeyd edilir ki, dünyada hər mil 1.5 trilyon dollar korrupsiya pulu dolaşır. Bir çox ölkələrdə hakimiyyət başında olan ailələr sadəcə olaraq istədikləri hər şeyi götürürlər. Həmin ölkələrdə vətəndaşların əksəriyyəti səfalət içərisində, bu ailələr isə dünyanın ən lüks həyatını yaşayırlar.

“Çirkli zəngin” adlı bir saatlıq sənədli filmdə Dubay, London, Paris, ABŞ və başqa ölkələrdə dolaşan gizli milyardlardan söhbət açılır.

Verilişin anonsunda Azərbaycan haqqında deyilir: “CNBC-nin müxbiri Xəzər sahilində yerləşən keçmiş sovet respublikası Azərbaycana da baş çəkib. Vətəndaşlarının orta aylıq gəliri 420 dollardır.

Ölkəyə rəhbərlik edən prezident İlham Əliyevin ailəsinin əlində cəmləşən var-dövlət milyonlarla dollardır. Əliyevin 13 yaşlı kiçik övladının adına Dubayda 75 milyon dollarlıq əmlak olması barədə məlumat var.”

Verilişin video anonsuna burada bax
XS
SM
MD
LG