Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Azərbaycan-İran sərhədində yük terminallarında yenidən problem yaranıb (VİDEO)


Azərbaycan-İran sərhədində yenidən problem yaranıb
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

Azərbaycan-İran sərhədində yenidən problem yaranıb

Fevralın 16-dan yenidən Azərbaycanın yük maşınları İrana buraxılmır

3 gün əvvəl Astara gömrük keçid məntəqəsindəki problem ötən gün öz həllini tapsa da fevralın 16-dan yenidən Azərbaycanın yük maşınları İrana buraxılmır.
Ötən gün sərhəddin hər iki tərəfində 60-a yaxın yük maşının növbə dayandığı xəbər verilirdisə bu dəfə sərhəddə saxlanan maşınların sayı 100-dən çoxdur.
İlk günlər yük maşınlarının standartlara uyğun gəlməməsi səbəbindən İrana buraxılmadığı deyilirdisə indi sürücülər səbəblərin dəyişdiyini bildirirlər. Uzun illər İrana gedib-gələn sürücü İmran Hüseynov deyir ki, indi onlara deyilir ki, bu Azərbaycanda iranlı sürücülərin incidilməsinə cavabdır:

«İranda bizə deyirlər ki, Azərbaycan tərəfi Ələt qəsəbəsində İran maşınlarının müxtəlif bəhanələrlə günlərlə saxlayır, onlardan hər maşına görə 200-300 manat rüşvət istəyir. Biz də ona görə sizin maşınları buraxmırıq».
İmrah Hüseynovun sözlərinə görə, hazırda Astara Gömrük keçid məntəqəsində İrana buraxılmayan 100-ə yaxın yük maşını dayanıb.
Sürücünün sözlərinə görə, Azərbaycan maşınlarından fərqli olaraq Rusiya maşınları maneəsiz İran tərəfə buraxılır. Bundan başqa İran maşınları da maneəsiz Azərbaycana keçə bilir.
Bu günlərdə İrandan geri qaytarılan sürücü Xəzər Məmmədovun dediklərini təkrarlayır:
«Bizə dedilər ki, geri qayıdın. Nə qədər ki, İran maşınlarını Qaradağ rayonunda, Ələt qəsəbəsində saxlayıb onlardan rüşvət alırlar biz sizi İrana buraxmayacağıq».
Azərbaycan İran sərhədi
Azərbaycan İran sərhədi
İlk günlər Azərbaycan tərəfi də adekvat olaraq İrandan gələn yük avtomobilləri ölkəyə buraxmayıb. Amma indi İran maşınları maneəsiz Azərbaycana buraxılır.
ASTARA YÜK TERMİNALINDA AZƏRBAYCANA AİD 60-DAN ÇOX YÜK MAŞINI TOPLANIB
Astara yük terminalın direktor müavini Rafael Abdullayevin Azadlıqradiosuna dediyinə görə, İran tərəfi əvvəllər Azərbaycan maşınlarını ciddi yoxlamayıb. Amma son günlər yoxlamaların çox ciddi aparıldığını və bütün maşınların geri qaytarıldığını deyir.
Bir müddət əvvəl İrandan olan sürücülər Qaradağ rayonunun Ələt qəsəbəsindəki günlərlə saxlanmaları və onlardan rüşvət tələb edilməsi ilə bağlı danışıblar. Hətta onlar hər maşına görə onlardan tələb edilən rüşvətin daha çox olduğunu deyiblər.
Uzun müddət İrana gedib-gələn sürücülər bildirirlər ki, indiyə qədər onlara avtomobillərinin standarta uyğun gəlmədiyini deyən olmayıb. Sürücülərin sözlərinə görə, standartlarla bağlı tələblər Rusiyadan gələn maşınlara şamil edilmir
Sürücülərin bəziləri baş verənləri son zamanlar Azərbaycanla İran arasındakı diplomatik gərginliklə də izah edirlər. Hətta İrandan geri qaytarılan sürücülərdən birinin dediyinə görə, onlara «gedin sizin problemlərinizi Amerika» həll etsin kimi cavablar da verirlər.
Hələki nə Azərbaycan, nə İran tərəfindən baş verənlərə rəsmi münasibət bildirilməyib.
XS
SM
MD
LG